GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Həsənov vətənə xəyanət şübhəsi ilə saxlanıb – səfirin həbsi ilə bağlı sensasion məlumatlar

Eldar Həsənov vətənə xəyanət şübhəsi ilə saxlanıb – səfirin həbsi ilə bağlı sensasion məlumatlar

Tarix: 14-08-2020, 10:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 525
 Eldar Həsənov vətənə xəyanət şübhəsi ilə saxlanıb – səfirin həbsi ilə bağlı sensasion məlumatlar


Azərbaycan Xarici İşlər Nazirliyində aparılan antikorrupsiya əməliyyatlarının miqyası hər gün böyüməkdədir. Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində 1 aydan çoxdur apardığı əməliyyatlarla və həbslərlə bağlı son günlər bir-birindən maraqlı və sensasiyalı məlumatlar yayılmaqdadır.

Xatırladaq ki, DTX-nın XİN-də apardığı əməliyyatlar zamanı öncə nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə əməkdaş saxlanılmışdı. İctimaiyyətdə belə bir fikir vardı ki, həbslər bundan o tərəfə getməyəcək. Lakin son günlər sürpriz isimlərin istintaqa cəlb edilməsi formalaşan bu fikrin doğru olmadığını göstərdi.

Gundemxeber.Az bildirir ki, avqustun 12-də Musavat.com mötəbər mənbəyə istinadla xəbər yaydı ki, xarici işlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırıblar və istintaq olunublar. Onların küllü miqdarda dövlət vəsaitlərini oğurladıqları haqda məlumatlar yayılıb. Yeri gəlmişkən, Musavat.com-a daxil olan mötəbər məlumatda bildirilir ki, Ramiz Həsənov avqust ayının 13-də də DTX-da saatlarla saxlanıb və sorğu-sual edilib.

İki nazir müavini ilə bağlı xəbərin ardınca isə daha bir səs-küylü həbs xəbəri yayıldı. Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi məlumatında bildirilirdi ki, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov saxlanılıb. Onun maliyyə pozuntusuna yol verdiyi, küllü miqdarda dövlət vəsaiti mənimsədiyi iddia olunur.

DTX-dan Musavat.com-a verilən məlumata görə, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Bu həbs xəbərindən sonra Musavat.com mötəbər mənbələrə istinadla daha ciddi bilgilər əldə edib. Həmin mötəbər qaynaqların məlumatında bildirilir ki, Serbiyadan Ermənistana silah satışının bəzi detalları üzə çıxmağa başlayıb. Həmin detalların bir birinə bağladıqda isə səfir Eldar Həsənovun silueti üzə çıxır...
Serbiyanın Ermənistana silah satması məsələsi ortaya çıxanda bir çoxları Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovu fəaliyyətsizlikdə günahlandırdı. İyul ayının 12-dən başlayaraq Ermənistanın Azərbaycanın Tovuz rayonuna növbəti təcavüz cəhdi zamanı Serbiya silahlarından istifadə etməsi mətbuatda və cəmiyyətdə geniş müzakirələrə, o cümlədən də narazılığa səbəb oldu. Bu barədə ən müxtəlif versiyalar irəli sürüldü. Serbiya nümayəndə heyətinin ölkəmizə səfərindən sonra da bu məsələyə tam aydınlıq gətirilmədi. Azərbaycan-Serbiya dostluğundan, strateji müttəfiqlikdən gen-bol danışılaraq silah satışında hansısa mifik üçüncü ölkənin adı hallandırıldı.

Lakin Azərbaycan XİN-in platformasında olan qaynaqlardan gələn məlumatlara görə, Serbiyadan Ermənistana silah-sursat satışında səfir Eldar Həsənovun dolayısı ilə iştirakı olub. Mənbənin bildirdiyinə görə, bu işə Eldar Həsənovu pul qazanmaq ehtirası sövq edib.

İstintaq getdiyi üçün bütün məlum detalları yaya bilmirik. Lakin Eldar Həsənovun uzun müddət bu məsələ ətrafında susması və yalnız Serbiya nümayəndə heyəti ilə birlikdə Azərbaycana son səfəri zamanı mətbuata tələsik açıqlamalar verməsi, konkret suallardan yayınması, bəzi suallara qeyri-konkret cavablar verməsi də bu gerçəklikdən qaynaqlanır. Musavat.com əmindir ki, Eldar Həsənov barədə irəli sürülən bu dəhşətli iddialar istintaq araşdırmaların nəticələrində öz əksini mütləq tapacaq.

Sonda onu deyək ki, XİN sistemində həbslər davam edəcək. Bu həbslərin isə hazırda fəaliyyət göstərən nazir müavinləri də daxil olmaqla, ali rəhbərliyi, o cümlədən, səfir və konsulları da əhatə edəcəyi barədə səhih məlumatlar var.

Yada salaq ki, Eldar Həsənov yerli mediada hər zaman Rusiyaya bağlı məmur kimi təqdim olunub. Bu iddiaların əsaslı olması haqda siyasi dairələrdə ciddi inam var.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdə diplomatlarla pullar oğurlanıb: İstintaqla bağlı yeni sensasion xəbər…

    Nazirlikdə diplomatlarla pullar oğurlanıb: ...

    13-08-2020, 15:19

  • 
  • XİN-də şok korrupsiya yemi: - diplomatlarla pullar kimlərin seyfində?

    XİN-də şok korrupsiya yemi: - diplomatlarla ...

    14-08-2020, 10:30

  • 
  • Xarici İşlər Nazirinin iki müavini DTX-da - Şok həbslər gözlənilir

    Xarici İşlər Nazirinin iki müavini DTX-da - Şok ...

    12-08-2020, 19:36

  • 
  • Xarici İşlər Nazirliyinidə DAHA BİR HƏBS - Konsulluq İdarəsinin rəisi saxlanıldı

    Xarici İşlər Nazirliyinidə DAHA BİR HƏBS - ...

    10-07-2020, 13:55

  • 
  • Səfir Eldar Həsənov həbs edildi - DTX-dan açıqlama

    Səfir Eldar Həsənov həbs edildi - DTX-dan açıqlama ...

    13-08-2020, 18:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu