İyulun 24-də ölkə mediasında yayılan rəsmi xəbərdən bəlli olur ki: İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qalınçaq kəndinin ərazisində yerləşən meşə sahəsində narkotik plantasiyası aşkar edilib. Əraziyə baxış zamanı oradan ümumilikdə 2457 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.
Araşdırma zamanı məlum olub ki, narkotik bitkilər Qalınçaq kəndi ərazisindəki meşə sahəsində xüsusi qulluq göstərməklə yetişdirilib.
Bura qədər yazdığımız rəsmi məlumatdır. Söhbət 3-4 çətənə kolundan deyil, minlərlə narkotik tərkibli bitkidən gedir. Necə olur ki, kimsə bağlı hasar arxasında öz həyətində 5-6 çətənə kolu əkən kimi uçastkovı- sahə müvəkkili xəbər tutur, ancaq açıq ərazidə, meşənin içində minlərlə narkotik bitki əkilir,özü də XÜSUSİ QULLUQ göstərməklə və bundan heç kimin xəbəri omur. Bu necə ola bilər ? XÜSUSİ QULLUQ deyəndə söhbət KULTİVASİYA-dan gedir, cənablar, başa düşürsünüzmü ? Söhbət hansısa meşə ərazisində aşkar olunmuş YABAN-ı şəkildə bitən 5-6 çətənə kolundan getmir, narko-PLANTASİYA-dan gedir. Görəsən necə olub ki, bu narko plantasiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrə nəzarət edən qurumlarının, meşə gözətçilərinin, meşəbəyilərin, meşəyə qulluq edənlərin diqqətini cəlb etməyib..? Ekologiya nazirliyinin regionda səlahiyyətli nümayəndəsi Əfqan Qəribov görəsən hara baxırmış ? Əfqan Qəribovun qardaşı olan meşəbəyi nə əcəb bu boyda narkoplantasiyanı görməyib ? Axı, meşənin bəyi sənsənsə, heç olmasa meşədə baş verənlərdən ən azı sənin xəbərin olmalıdır. Axı, minlərlə narkotik tərkibli çətənə kollarının əkilməsi, becərilməsi 1 saatın, 1 günün, hətta 1 ayın işi deyil. Necə olub ki, bu müddətdə Qəribov qardaşlarının bu plantasiyadan xəbəri olmayıb..? Axı, bu elementar məntiqə sığan məsələ deyil. Bəs rayonun hüquq-mühafizə orqanları hara baxırmış ? Necə ola bilər ki, kimsə Zaqataladan, yaxud Zərdabdan gəlib İsmayıllıda narkotik becərsin və kimsənin bundan xəbəri olmasın. Əfqan Qəribov kimə arxayındır ki, deyir narahat olmayın yaxın vaxtlarda məsələni ağsaqqalımız Novruz həll edəcək, tutulanlar buraxılacaq. Görəsən, qanunlarımıza meydan oxuyan Novruz kimdir ? Deyilənə görə, Muğanlı-İsmayıllı yolunun kənarında yerləşən “Şöhrətoğlu” istirahət mərkəzinin müdiri Novruz adlı şəxsin əli hər yerə çatır, hətta onun müsavatçı olduğunu da söyləyirlər. Onuda deyirlərki, Novruz Xalq Cəbhəsinin üzvlərinə icazə verir ki, iclaslarını “Şöhrətoğlu” istirahət mərkəzində keçirsinlər. Məlumata görə, Novruz kişi Əfqana deyib ki, qardaşını meşəbəylikdən 1-2 aylığa uzaqlaşdır, qoy adı hallanmasın, qalan məsələləri özüm həll edəcəm. Görəsən, Novruz kişinin ağsaqqalı kimdir? Yəqin ki, Əli Kərimli, ya da İsa Qəmbər olar.. Digər məlumata görə, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin müdiri Əfqan Qəribovun “krışa”sı uzun illər Xəlil Ramazanov olub. Xəlil Ramazanov isə uzun illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin rəhbəri olub, sonra nazir Hüseynqulu Bağırovun müşaviri və Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb. Bəli, narkoplantasiyanın izləri lap uzaqlara gedir. Bunu araşdırmaq bizim imkanımız daxilində deyil. Qoy dövlət qurumları bunu ciddi araşdırsın. /gundelik-baku.com
Sorğu
Yeni dizaynımız necədir?