1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş milli hökumətin banisi Seyid Cəfər Pişəvərinin anadan olmasının günüdür .
21 Azər Təşkilatının Güney Azərbaycan türklərinin milli və demokratik hərəkatları sırasında 1945-ci il dekabrın 12-də (21 Azərdə) baş vermiş hərəkatın lideri Pişəvəri 1893-cü il avqustun 26-da Xalxal mahalının Zeyvə kəndində anadan olub. İlk təhsilini Xalxalda alandan sonra ailəsi ilə birlikdə Bakıya gəlib və burada təhsilini davam etdirib. Onun gənclik illəri 1917-ci il inqilabına və Qafqazda gedən mübarizələr dövrünə təsadüf edib. Bir müddət Ədalət firqəsinin mətbu orqanı olan “Hürriyyət” qəzetinin məsul redaktoru vəzifəsində işləyən Pişəvəri daha sonra İrana qayıdıb. 9 il Rza xanın əleyhinə mübarizə aparıb, 1930-cu ildə həbsə alınıb, 11 il Tehranda Qəsr Qacar zindanında saxlanıb.
1941-ci ildə SSRİ ilə İran arasında mövcud olan müqaviləyə görə, sovet ordusunun hissələri ırana daxil olub. Bu və bəzi başqa amillər ıranın ictimai-siyasi həyatını müəyyən qədər dəyişdirib. 1945-ci il sentyabrın 3-də Təbrizdə Pişəvərinin və onun yaxın silahdaşlarının iştirakı ilə yaradılmış Azərbaycan Demokrat Firqəsi 21 Azər inqilabının rəhbəri və təşkilatзısı olub. 1945-ci il dekabrın 12-də 21 Azər inqilabı qalib gəlib.
Cəmi bir il yaşamış Azərbaycan milli hökumətinin lideri Pişəvəri SSRİ-yə mühacirətə gələndən sonra Yevlaxda müəmmalı avtomobil qəzasında vəfat edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?