"Son günlər barəsində neqativ informasiyaların sayı artan Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov vəzifəsindən azad ediləcək",
Gundemxeber.Az bildirir ki, bu barədə DİA.AZ-a məlumatlı mənbədən xəbər verilib.
Mənbə iddia edir ki, təkcə Şair Alxasov yox, eyni zamanda ilkin olaraq 3 rayonun da rəhbəri görəvdən alınacaq. Dia.az-a bildirilənlər:
"Şair Alxasov ən şox şikayət olunan icra başçıları siyahısında ilk yerdə gəlir. Onun qərarı bu həftə veriləcək. Onunla yanaşı Astara, Şəmkir və Yardımlı rayonlarının da rəhbərləri ilə bağlı qərar bu həftə elan oluna bilər".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?