Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs edilməsi Vidadi Zeynalovun bütün planlarını pozdu.
Söhbət keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovdan gedir.
Ceyhun Cəfərovla yeznə-qayın olan Vidadi Zeynalov səs-küylü “Rabitə işinə” görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilsə də...sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib və…azadlığa buraxılıb. Vidadi Zeynalovun əmlaklarının bir hissəsi üzərindən həbs də götürülüb. Bir sözlə, Vidadi Zeynalov canını yaxşı qurtara bilib. Və düşünürdü ki, Kürdəmirin icra başçısı olan qohumu Ceyhun Cəfərovla birgə Çexiyada və başqa ölkələrdə olan bizneslərini bundan sonra rahat idarə edə biləcəklər. Amma atalar deyir ki, sən saydığını say, gör fələk, daha doğrusu Korrupsiya İdarəsi nə sayır. Atalar onu da deyir ki, dərd gələndə birdən gəlir. Yenicə həbsdən canını qurtaran Vidadi Zeynalov hardan biləydi ki, qohumu Ceyhun Cəfərovu qandallayacaqlar. İndi Vidadi Zeynalov qalıb türmə qapılarında, yəni Ceyhun Cəfərovun dalınca gedib,gəlir. Canını 11 illik cəzadan yüngül qurtaran Vidadi Zeynalov nəsə düşünüb planlaşdırır. GundemXeber.Az-ın gundelik-baku.coma istinadla məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin bəzi vəzifəli şəxsləri yaman təşviş keçirir. Görəsən yeznə-qayın yenə nə törədirlər ki, meriyada bəziləri qarınağrısı tutub. Bu barədə növbəti yazıda.
Sorğu
Yeni dizaynımız necədir?