GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əli Həsənov cinayət məsuliyyətinə cəlb ediləcəkmi?

Əli Həsənov cinayət məsuliyyətinə cəlb ediləcəkmi?

Tarix: 7-09-2020, 10:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 451
Əli Həsənov cinayət məsuliyyətinə cəlb ediləcəkmi?


Hüquqşünas: “KİVDF işi üzrə Əli Həsənovun istintaqa cəlb edilməsi o halda mümkündür ki, onun əleyhinə konkret fakt və ya ifadələr olsun”

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti zamanı mənimsəmələr, o cümlədən jurnalistlər üçün binaların tikintisi zamanı yeyintilərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar davam edir. Cinayət Məcəlləsinin dörd maddəsi – 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1 (dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2 (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə istintaq aparılır.

Qanuna görə, “xüsusilə külli miqdar” anlayışı 500 min manatdan yuxarı məbləği ehtiva edir. Prokurorluqdakı mənbə “Press Klub”a bildirib ki, bu cinayət işində milyonlarla vəsaitin yeyintisindən söhbət gedir. Cinayət məsuliyyətinə cəlb olunanlar arasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin qohumu da var. “Vüqar Səfərli binaların tikintisini ona həvalə edib. İstintaq zamanı məlum olub ki, real tender keçirilməyib”, – deyə mənbə söyləyib.

Bu cinayət işi ilə bağlı məlumatlarda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri, prezidentin keçmiş köməkçisi Əli Həsənovun da adı hallanır. Məlumat yayılıb ki, istintaqda dindirilən şəxslərin bəziləri Əli Həsənovun əleyhinə ifadə verib. Bunun da əsasında o, bu iş üzrə istintaqa cəlb edilib. Lakin Ə.Həsənov hazırda Türkiyədə müalicədədir. Azərbaycanın hüquq-mühafizə orqanlarının onun durumu, təyyarəyə minməsinin mümkün olub-olmaması barədə Türkiyədəki xəstəxanaya sorğu göndərdiyi barədə məlumat yayılıb. Baş Prokurorluq bu məlumatı təkzib etməyib. Əli Həsənovun istintaqa cəlb olunub-olunmaması barədə suala prokurorluq ümumi şəkildə cavab verib: “Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla, təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir”.

Adətən hüquq-mühafizə orqanları həqiqətə uyğun olmayan məlumatları birmənalı şəkildə təkzib edir. Bu cavabda isə təkzib yoxdur.

Prokurorluğun məlumatından əvvəl Əli Həsənov özü “Facebook” səhifəsində bu haqda açıqlama yayıb: “Mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, 10-15 günə Azərbaycana qayıdacağam”.

Bir gün əvvəl isə daha bir məlumat yayıldı ki, artıq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Əli Həsənovu gətirmək üçün Türkiyəyə ezam olunub.

Sentyabrın 5-də Əli Həsənov yenə də sosial media hesabından daha bir açıqlama yayaraq, özü haqda məlumatları təkzib edib. Prezidentin keçmiş köməkçisi təkcə KİVDF ilə bağlı cinayət işi üzrə istintaqa cəlb olunması haqda məlumatlara yox, həm də hökumətə yaxın mediada onun dövlət çevrilişi cəhdində ittiham edilməsinə də etirazını bildirib. “Yalnız vicdanı olan hər kəsdən hazırkı vəziyyətimdə bir xahişim var: imkan verin, özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!”, – Əli Həsənov belə yazıb.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli “Press Klub”a bu mövzunu şərh edərkən yada saldı ki, jurnalistlər üçün bina tikintisi məqsədilə vəsaiti prezident ayırıb, binaların açılışında iştirak edib. Xərclənən vəsait barədə də ümumi şəkildə məlumat verilib. Amma xərclərin detalları ictimaiyyətə açıqlanmayıb. Halbuki, bu məlumat açıq olmalıdır.

Hüquqşünasın sözlərinə görə, binanı tikən şirkətin hansı kriteriyalar əsasında seçilməsi, tenderdəki şərtlər və s. məlumatları, hətta heç bir sorğu göndərilməsə belə, Fond özü açıq şəkildə yaymalıydı:

“İnformasiya əldə etmək haqqında qanunvericiliyə görə, bunlar açıq məlumatlar sayılır. Tenderin şərtləri aydın olmalıdır. Bilinməlidir ki, qalib şirkətə hansı cəhətlərinə görə üstünlük verildi. Əslində, o binaların tikintisində yeyintilər barədə məlumatlar yeni deyil. Hələ birinci binadan sonra narazı qalanlar bu istiqamətdə araşdırma aparmışdı. Hələ o zaman məlum olmuşdu ki, binaları tikən şirkət sifarişçiyə (Fondun rəhbərinə) yaxındır”.

Ə.Məmmədli xatırlatdı ki, DTX-nın müxtəlif dövlət orqanlarında həyata keçirdiyi əməliyyatlar da bu qurumlarda tenderlər zamanı korrupsiya hallarını üzə çıxardı. Məlum oldu ki, bir çox hallarda dövlət orqanları tenderləri şəffaf keçirmir, özlərinə yaxın şirkətlər qalib elan edilir, yaxud da görüləsi iş üçün büdcədən ayrılmış vəsaitin bir hissəsi şirkətdən geri alınaraq mənimsənilir. Hüquqşünasın fikincə, hökumətdə yüksək səviyyədə təmsil olunanlar da bu hallardan xəbərdardır, amma göz yumurlar. Kimlərsə hədəfə çevriləndə onları cəzalandırmaq üçün bu faktlardan istifadə olunur: “KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti, jurnalist binalarının tikintisi ilə bağlı da eyni vəziyyətdir. Bu haqda məlumatlar illərdir səslənir. Görünür, indi ortaya çıxarmaq məqsədəuyğun bilinib”.

Prezidentin sabiq köməkçisi Ə.Həsənovun bu prosesdə məsuliyyətə cəlb olunmasına gəlincə, hüquqşünas bildirdi ki, Fondun fəaliyyətinə görə o, hüquqi məsuliyyət daşımır. Ə.Həsənov yalnız o halda məsuliyyətə cəlb edilə bilər ki, onun bu işlərlə bağlı qanunsuz göstərişləri, müdaxiləsi barədə konkret faktlar, ifadələr olsun:

“Biri var, hüquqi bağ, bir də var, siyasi bağ. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyini prezident təyin edir. Onun Prezident Administrasiyasının şöbə müdirinə tabeliyi yoxdur. Siyasi kurasiya hüquqi məsuliyyət yaratmır. Azərbaycanda idarəçilikdə qeyri-rəsmi kurasiya məsələsi var. Hətta regionların da kurasiyası var. Bu, hökumətin özünün daxilində olan məsələdir. Prezidentin təyin etdiyi bir şəxsin elə onun təyin etdiyi başqa birinə tabeliyi də mücərrəd olur. Əli Həsənov şöbə müdiri olub, amma onun nəzarət etdiyi şəxsi də prezident təyin edib. Belə olan halda, buradakı bağ sadəcə, siyasi koordinasiya bağıdır. Fonda ayrılan vəsaitlərin xərclənməsinə nəzarət hüquqi baxımdan onun rəhbərliyinə aid olub. Bu baxımdan, Əli Həsənovun istintaqa cəlb olunması o halda mümkündür ki, ifadələrdə konkret onun adı çəkilsin. Məsələn, deyilsin ki, “mənə hansısa qanunsuz göstərişlər verirdi, məcbur edirdi”. Konkret fakt və ya ifadələr olmalıdır”.

Son günlər siyasi mühacir Qurban Məmmədova ev, əmlak verilməsi, xaricdə Azərbaycan hakimiyyətinə qarşı söyüş kampaniyasının təşkili məsələsində də Əli Həsənovun adı hallanmağa başlayıb. Televiziyalarda bu barədə geniş reportajlar yayınlanır. Bu da öz növbəsində yuxarılarda Əli Həsənova olan hazırkı münasibəti anlamaq üçün yetərlidir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Korrupsioner Əli özxoşuna geri dönəcəkmi?"

    "Korrupsioner Əli özxoşuna geri ...

    2-09-2020, 21:05

  • 
  • Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”

    Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu ...

    18-06-2020, 13:18

  • 
  • KİVDF-nin sabiq rəhbərliyinə cinayət işi açıldı

    KİVDF-nin sabiq rəhbərliyinə cinayət işi açıldı ...

    17-06-2020, 14:16

  • 
  • Azərbaycanda 400 minlik cinayət

    Azərbaycanda 400 minlik cinayət ...

    19-06-2013, 15:49

  • 
  • MMC ilə bağlı cinayət işi başladı

    MMC ilə bağlı cinayət işi başladı ...

    13-11-2013, 16:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (129)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu