Sentyabrın 10-da paytaxtdakı 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovanın yayılan səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Unikal.org-a verilən məlumatda deyilir. Xəbərə görə araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 1936-cı ildə istifadəyə verilmiş binası sonuncu dəfə 2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilib.
Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində əsaslı və ya cari təmirə olan ehtiyac məktəblərdən əldə edilən məlumatlar və tərəfimizdən keçirilən monitorinqlər nəticəsində müəyyənləşdirilmiş müvafiq siyahı aidiyyəti qurumlara təqdim edilir və bununla əlaqədar zəruri tədbirlər həyata keçirilir.
Xatırladaq ki, bu günlərdə məktəbin direktoru Arzu Nəzərovanın səs yazısı yayıldı və aydın oldu ki, direktor sinif rəhbərlərindən otaqların təmirini tələb edir.
Köhnə direktor təzə direktorun "torbasını necə tikdi"...
Bununla bağlı DİA.AZ-a ilginc informasiya daxil olub. Belə ki, sözügedən təhsil ocağından verilən məlumatda bildirilir ki, hazırki direktorun səsyazısı məqsədli olaraq paylaşılıb və bu işdə əvvəlki direktor Sevinc Abbasovanın maraqlı tərəf kimi çıxış etməsi istisna deyil.
Mənbə iddia edir ki, məktəbin hazırki direktoru Arzu Nəzərovanın səs yazısı yalnız məktəb müəllimləri üçün açılan "votsap" qrupundan götürülərək paylaşılıb və əvvəlki direktor bu işi sifariş edib.
Qeyd edək ki, Sevinc Abbasova həmin məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı fonunda görəvindən alınmışdı və barəsində məhkəımə istintaqı belə qurulmuşdu. Sonradan deyilirdi ki, S.Abbasova yenidən vəzifəsinə qayıtmaq istəyir. İndi isə aydın olur ki, bu cür çirkin yollarla...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq..
ZƏRURİ QEYD: Təbii ki, biz Dia.az olaraq burada hazırki direktor Arzu Nəzərovanın qanunsuz tələblərinə də heç bir halda haqq qazandırmırıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?