Prezidentin keçmiş köməkçisi Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntülənib.
Xatırladaq ki, Əli Həsənov bir neçə gün öncə "Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsində müalicə aldığını bildirmişdi. Son məlumata görə isə Əli Həsənov artıq Türkiyəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
Gundemxeber.az bildirir ki, Sfera.Az-ın Dubaydakı mənbələrdən əldə etdiyi məlumata görə Əli Həsənov Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W oteldə səhər yeməyində görüntülənib.
Maraqlıdır, Türkiyə dövlətinin rəsmi qəzeti olan "Türkiyə qəzeti"nin Əli Həsənovla bağlı FETÖ ilə işbirliyi faktlarını ortaya çıxandan sonra Dubaya edilən səfər təsadüfdürmü?
Qeyd edək ki, W oteli bütün dünyadan zəngin insanların yaşadığı və dincəldiyi Palm Jumeirah bölgəsində yerləşir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?