GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mehdiyevin “dibçəkdə” yetişdirdiyi akademik korpus

Mehdiyevin “dibçəkdə” yetişdirdiyi akademik korpus

Tarix: 16-09-2020, 15:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 513
Mehdiyevin “dibçəkdə” yetişdirdiyi akademik korpus


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyevanın ötən ayın 18-də gerçəkləşən toy mərasimi özlüyündə məişət hadisəsi sayılsa da, ölkənin siyasi həyatında aktiv müzakirələrin başlanmasına rəvac verdi.

GundemXeber.Az xatırladır ki, Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin, elm və mədəniyyət adamlarının qatıldığı məclis təxminən bir aya yaxındır ki, müzakirə olunur. YAP-çı deputat Siyavuş Novruzovun partiyadakı vəzifəsini itirməsinə səbəb olan məlum toy digər qonaqlar üçün də təsirsiz ötüşmədi. Əli Abbasov və Abel Məhərrəmov kimi tanınmış akademiklər karantin dövründə baş tutan toy məclisinə qatıldıqları üçün ölkənin ictimai həyatından tamamilə təcrid olunmuş vəziyyətə düşdülər. İctimai qınaqdan digər mərasim iştirakçılarına da pay düşdü.

Peşəsindən və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, müxtəlif adamların qanun pozuntusuna etiraz etməsi diqqətçəkən əsas məqamlardan biri kimi yadda qaldı. Təkcə siyasətçilər, ictimai xadimlər deyil, hətta tanınmış mədəniyyət xadimləri, ictimai proseslərdən kənarda qalmağı sevən şou əhli də karantin qaydalarının pozulmasına təpki göstərdi. Sözsüz ki, toy sahiblərinin qanun qarşısında cəzalandırılmasında ictimai qınaq əhəmiyyətli dərəcədə rol oynadı.

Maraqlıdır ki, məlum toy mərasimi son bir ayda ən müxtəlif kontekstlərdən təhlil olunsa da, AMEA-nın rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən bu qurumun həqiqi və müxbir üzvlərinin heç biri qanunların ayaq altına atılmasına, karatin qaydalarının pozulmasına, ayrıseçkiliyə yol verilməsinə etiraz etmədi. AMEA rəhbərliyinin israrla susması, qurumun həqiqi üzvlərinin hər vəchlə mətbuatla təmasdan yayınması diqqətdən kənarda qalmadı. Bu fakt AMEA üçün xarakterik olan “Mehdiyev xofu”nun davam etdiyinə dair qənaəti bir qədər də gücləndirdi.

Başa bir vacib məqam isə Ramiz Mehdiyevin AMEA-nın saytını şəxsi bloquna çevirdiyinə dair iddiaların cavabsız buraxılması oldu. Yerli mətbuat bu faktı dəfələrlə qabartsa da, qurumun rəhbər şəxslərindən heç kim məsələyə münasibət bildirmədi. Mehdiyevin dövlət vəsaiti hesabına fəaliyyət göstərən bir saytı məişət mövzularına alət etməsinə dair çağırışlar ən müxtəlif cinahlardan tənqid olunsa da, “akademik sükut” heç bir halda pozulmadı...

Nə baş verir? Akademik titulu daşıyan şəxslər gözlərinin qabağında baş verən bu pozuntulara niyə etiraz etmirlər?

AMEA rəhbərliyində təmsil olunan şəxslərdən biri bizimlə söhbət zamanı Ramiz Mehdiyevin bu qurum üzərində ciddi təsir imkanlarına malik olduğunu bildirib. Qeyd edib ki, son 20-25 il ərzində akademiyada baş tutan bütün təyinatlar Mehdiyevin xeyir-duası ilə gerçəkləşib. Onun sözlərinə görə, ötən əsrin 90-ci illərinin ikinci yarısından başlayaraq, akademiyanın bütün həqiqi və müxbir üzvləri Ramiz Mehdiyevin razılığı ilə seçilib. O vaxt Prezident Administrasiyasına rəhbərlik edən Mehdiyev soyuq münasibət bəslədiyi bir nəfərin belə həqiqi və müxbir üzv seçilməsinə imkan verməyib. Bu üzdən də çoxlu sayda tanınmış elm adamının həqiqi və müxbir üzvlüyə gedən yolu birdəfəlik bağlanıb. “Hazırda AMEA rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən müxbir üzvlər birmənalı şəkildə Ramiz Mehdiyevin adamı hesab olunur. Buna görə də onların qanun pozuntularına göz yumması başadüşüləndir” – deyə, mənbə fikrini tamamlayıb.

Qeyd edək ki, AMEA ətrafında cərəyan edən bu hadisələr qurumun ləğv olunmasıyla bağlı çağırışları yenidən aktuallaşdırıb. Akademiyanın böyük ştat cədvəliylə dövlət büdcəsinə yük olması bu strukturda islahatları qaçılmaz edib. Mütəxəssislər dünya təcrübəsini əsas gətirərək hesab edirlər ki, inkişaf etmiş ölkələrdə AMEA kimi qurumlar çoxdan ömrünü başa vurub. Onların fikrincə, AMEA-nən əsas institutları profilinə uyğun olaraq ayrı-ayrı nazirliklərin və universitetlərin tabeliyinə verildikdən sonra qurumu ləğv etmək lazımdır. Mütəxəssislərin qənaətinə görə, AMEA-nın tabeliyində fəaliyyət göstərən Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu SOCAR-ın, Yüksək Texnologiyalar Parkı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Neft və Qaz İnstitutu Azərbaycan Dövlət Neft Akademiyasının, İqtisadiyyat İnstitutu İqtisadi İnkişaf Nazirliyinin, Respublika Seysmoloji Xidmət Mərkəzi Ekologiya və Təbii Sərvətlər nazirliyinin tabeliyinə verməklə bu qurumların daha effektiv işləməyini təmin etmək mümkündür.

Bu çağırışların cavabsız qalmayacağı, çoxminlik işçi heyəti ilə dövlət büdcəsinə yük olan AMEA-nın tezliklə ləğv ediləcəyi və bu qurumun tabeliyində olan institutların islahatlar yolu ilə daha effektiv işləməsinin təmin olunacağı gözləniləndir./yenisabah.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehdiyev tayfası toy qalmaqalını niyə siyasiləşdirir?

    Mehdiyev tayfası toy qalmaqalını niyə ...

    7-09-2020, 11:54

  • 
  • “Ramiz Mehdiyev məni də aldadıb...” – Abel Məhərrəmovun İZAHI

    “Ramiz Mehdiyev məni də aldadıb...” – Abel ...

    25-08-2020, 14:47

  • 
  • Siyavuş Novruzovun istefası qəbul olunub

    Siyavuş Novruzovun istefası qəbul olunub ...

    24-08-2020, 12:32

  • 
  • Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələndi

    Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən ...

    24-08-2020, 09:54

  • 
  • İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi

    İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini ...

    23-10-2019, 17:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (171)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu