Prezidentin sabiq köməkçisi Əli Həsənov Türkiyədən Birləşmiş Ərəb Əmirliyinə daşınıb. GundemXeber.Az bildirir ki, bu barədə dominant.az məlumat yayıb.
Həmin məlumatda deyilir ki, Həsənov Əbu-Dabidə yerləşən "Klivlend” xəstəxanasında müalicə olunur. “Həsənov müalicə olunsa da, qeyri-müəyyən səbəblərdən xəstəxanada yatmır. Müalicə prosesini aldıqdan sonra xəstəxanadan çıxır, qeyri-müəyyən yerdə gecələyir”. İnformasiyanın mənbəyi vurğulayır ki, səhhətinin kritik olduğu deyilən Əli Həsənovun müalicə prosesinin necə nəticələnəcəyi məlum deyil. Məlumatda qeyd olunur ki, Əli Həsənovun Türkiyəni tərk edib, Əbu-Dabiyə yerləşməsi heç də səhhəti ilə bağlı deyil. Bəzi mənbələrdən alınan məlumatlara görə, Həsənovun səhhətində problem olsa da, heç də özünün dediyi kimi şiddətli formada deyil. Mənbə iddia edir ki, sabiq köməkçinin Türkiyəyə getməsi məqsədli olub. “Lakin həmin məqsədinə çata bilməyib. Daha sonra isə Əbu Dabiyə daşınmaqla vaxt qazanmağa çalışır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?