GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri - İLGİNC

Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri - İLGİNC

Tarix: 29-09-2020, 09:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 346
Qarabağda əməliyyatlar başlayanda ermənilərin qərb cəbhəsində susmasının sirri - İLGİNC


Sentyabrın 27-də saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhənin Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində törətdikləri genişmiqyaslı təxribatlardan sonra düşmənə cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar davam edir. Bu istiqamətlərdə düşmən sarsıdıcı zərbələr alaraq, işğal etdikləri kəndləri, strateji mövqeləri bir-birinin ardınca qəhrəman hərbçilərimizə təhvil verərək, geri çəkilməkdədirlər.

Düşmənin bu təxribatı bir məsələni də gündəmə gətirib. Belə ki, ermənilər Qərb bölgəsində təxribatlar törədəndə, orada əməliyyatlar gedəndə, atəşkəs günlərlə pozulanda Qarabağ cəbhəsində sakitlik olur.

Eləcə də Qarabağ istiqamətində döyüşlər başlayanda Qərb tərəfdə düşmənlə sərhəd rayonlarda bu hal yaşanır.

Bu ilin iyulunda Tovuz istiqamətində 4 günlük savaş yaşananda da Qarabağ cəbhəsində gərginliyə rast gəlmədik.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirdi ki, ermənilərin şəxsi heyəti, gücü, qüvvəsi bütün cəbhəboyu zonada aktiv döyüş əməliyyatı aparmağa qadir deyil: “Məhz buna görə də əsasən 1-2 istiqamətə qüvvələrini cəmləyə bilirlər. Azərbaycan Silahlı Qüvvələri isə bütün istiqamətlərdə lazımi döyüş apara bilirlər. Hazırda Qarabağ istiqamətində hərbi əməliyyatlar gedir. Lakin ermənilərin Tovuz-Qazax istiqamətində hər hansı bir addım atmaları üçün ciddi problemləri var. Bu isə daha çox şəxsi heyət, texnika ilə bağlı problemlərdir. Bütün bunlar da bizim üstünlüyümüzdür. Bu üstünlük isə hərbi əməliyyatların uğurla getməsində əsas rollardan birini oynayacaq”.

Qarabağ qazisi Rey Kərimoğlu belə düşünmür: “Əslində ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də bunu vurğuladı. Ermənilər bizi Tovuz istiqamətindən təxribata çəkmək istəyirdilər. Düşünmürəm ki, orada sakitlik olanda bu tərəfdə gərginlik olur, yaxud bu tərəfdə sakitlik olanda o tərəfdə gərginlik olur. Sadəcə, dediyim kimi, bizi Tovuz tərəfdə təxribata sürükləmək istədilər, buna nail olmadılar, biz tərəf onların təxribatına getmədi. Onların bu təxribatdan sonra ağızlarında şirə qalmışdı, bu dəfə isə layiqli cavablarını aldılar. Təmas xəttində istehkamlarını bizimkilər vurub dağıtdılar. Nəticədə xeyli ərazimiz azad olundu. Onu da deyim ki, hərbidə bir taktika var, sağ göstərib sol vurmaq. Buna aldadıcı manevrlər deyirlər. Bu da ola bilər. Yəni Tovuz tərəfində manevr etdilər, sonra da təxribatı başqa istiqamətə çəkdilər. Hər iki tərəfdə Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını aldılar. İnşallah, bu uğurlarımız davam edəcək. Düşmən harada təxribat törədəcəksə, ordumuzun qəhrəman əsgərləri tərəfindən layiqli cavablarını alacaqlar və onların dərinliklərinə qədər torpaqlarımız azad ediləcək. Hədəfimiz işğal altında olan bütün torpaqlarımızın azad edilməsidir. İnşallah, Qarabağ azad olunacaq. Prezidentimiz deməsə belə, ürəyimizin, arzularımızın başındadır, qana qan, hədəfimiz İrəvan şüarı ilə irəli gedəcəyik”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sual ətrafında bir sıra vacib məqamlara toxundu: “Hazırda əməliyyatlarla bağlı iki cür bəyanat səsləndirilir. Biri dəstək bəyanatıdır ki, Türkiyə, Ukrayna, Pakistan tərəfindən gəlib. İkinci bəyanat isə əməliyyatları dayandırdırın-filan yönündədir. Bunlara heç bir halda fikir vermək lazım deyil. Bizim üçün ən önəmlisi heç bir təşkilatın, dövlətin bizə mane olmamasıdır. Bu da hazırda təmin olunub. Hələ ki əməliyyatları davam etdirməklə bağlı heç kimə heç nə mane olmur. Fikir verin, əməliyyatların başladığı müddət ərzində müəyyən telefon danışıqları olub, əməliyyatların dayandırılması ilə bağlı sərt mövqe səslənməyib. Üstəlik, bir vacib məqamı da qeyd edim ki, artıq böyük dövlətlər və beynəlxalq təşkilatlar Cənubi Qafqazda Türkiyə amili ilə hesablaşmağa başlayıblar. Təsadüfi deyil ki, Türkiyə və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı oldu. Kremlin özü də artıq bu amili qəbul edib. Paşinyan qəbul etməyə bilər və bu da onun öz işidir. Türkiyə bölgədə var, Azərbaycan Ordusu qarşısına qoyduğu hədəfləri yerinə yetirməkdədir. Rusiya təzyiq edəcəksə, onun da qarşısında Türkiyə olacaq. İnanmıram ki, şimal qonşumuz birbaşa proseslərə müdaxilə etsin. Çünki Ermənistana hücum əməliyyatı həyata keçirilmir. Biz öz ərazimizdə torpaqları azad etmək əməliyyatı həyata keçiririk. Sualınıza gəlincə, deyim ki, bu hər zaman belə olur və əslində hazırkı vəziyyətdə elə bizə bu lazım idi. Ermənilər Tovuzda nə üçün təxribat törətdilər? Diqqətimizi yayındırmaq üçün... Bu yolla Qarabağda əməliyyatlara başlamağımızın qarşısını ala biləcəklərini düşündülər. Əsas istəkləri bu idi. Hazırda Tovuz tərəflərdə sakitliyin olması maraqlarımıza tam cavab verir. Əgər bu istiqamətdə yenidən təxribata əl atsalar, yerində cavablarını alacaqlar. Tovuzda bir də onun üçün təxribat törətdilər ki, Dağlıq Qarabağda istənilən an əks-hücuma başlaya biləcəyimizi bilirdilər”./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xocavənd - Füzuli istiqamətində düşmənə ağır zərbə-SON DƏQİQƏ

    Xocavənd - Füzuli istiqamətində düşmənə ağır ...

    4-04-2016, 23:06

  • 
  • Cəbhədən SON XƏBƏR - Düşmənin növbəti təxribatı davam edir

    Cəbhədən SON XƏBƏR - Düşmənin növbəti təxribatı ...

    2-11-2019, 10:32

  • 
  • Ötən il 1796 dəfə atəşkəs pozulub: 8 şəhid vermişik

    Ötən il 1796 dəfə atəşkəs pozulub: 8 şəhid ...

    4-01-2014, 00:46

  • 
  • Cəbhədən SON XƏBƏR - Düşmənin növbəti təxribatı davam edir

    Cəbhədən SON XƏBƏR - Düşmənin növbəti təxribatı ...

    11-05-2019, 12:00

  • 
  • Cəbhədə erməni təxribatı: düşmən toplardan atır

    Cəbhədə erməni təxribatı: düşmən toplardan atır ...

    26-04-2016, 23:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu