“Ermənistanın təbliğat maşını gülünc bir şəkildə hər addımda hər şeydə Türkiyəni görür. Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücum etdikdən sonra birgə təlim keçmiş Azərbaycan mülki müdafiə qüvvələrini “türk qüvvələri” kimi təqdim edirlər”.
Gundemxeber.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan ərazisindən Gəncə şəhərinə bir neçə raket atılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?