Gürcüstan Qarapapaq Türkləri Birliyi Rəyasət Heyətinin üzvü Arif Yusbov 3 oktyabr saat 22.50 radələrində Gürcüstan Daxili İşlər Nazirliyinin Bolnisi Rayon Polis İdarəsinin əməkdaşları tərfindən siyasi motivlərlə həbs edilərək Bolnisi şəhəri müvəqqəti saxlama təcridxanasına aparılıb.
Bu barədə mətbuata Gürcüstan Qarapapaq Türkləri Birliyinin Sədri Elmar Həsənov bildirib. Elmar Həsənov deyib ki, 27 sentyabr tarixdə Bolnisi-Dmanisi-Tetriçkaro və Çalka seçki dairəsindən iqtidar partiyası “Gürcü Arzusu”-nun majoritar namizədi olan Qoqi Meşvelianinin qardaşı Qoça Meşvelianinin başçılıq etdiyi bandit-cəza dəstəsinin hucumuna məruz qalmış Arif Yusubov 3 oktyabr 22.50 radələrində qanunsuz olaraq həbs edilib və Bolnisi şəhərinə aparılıb. Arif Yusubovun heç bir günahı yoxdur. Onun həbsinin bircə səbəbi var, o Mixeli Saakaşvilini dəstəkləyir və majoritar namizəd Kaxa Okriaşvilinin tərfdarıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?