Ağcabədi Rayon İcra Hakimiyyəti 3 tenderin qalibini açıqlayıb.
GUNDEMXEBER.AZ FED.az-a istinadla xəbər verir ki, hər üç tenderi fiziki şəxs Mütəlimov Kənan Soltan oğlu qazanıb.
Fiziki şəxs tikili və avadanlıqların cari təmiri, istehlakyönlü müxtəlif xidmətlər, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması tenderlərinin qalibi olub İcra hakimiyyəti Mütəlimov Kənan Soltan oğluna tikili və avadanlıqların cari təmiri üçün 9180 AZN, istehlakyönlü müxtəlif xidmətlər üçün 5800 AZN, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üçün 9180 AZN ödəyəcək. Ağcabədi Rayon İcra Hakimiyyəti ümüumilikdə Mütəlimov Kənan Soltan oğluna 24 min 160 manat ödəyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?