GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Çarəsiz hökumət, çökmüş iqtisadiyyat, ümidsiz xalq - Ermənistan bu gün

Çarəsiz hökumət, çökmüş iqtisadiyyat, ümidsiz xalq - Ermənistan bu gün

Tarix: 6-10-2020, 12:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 343
Çarəsiz hökumət, çökmüş iqtisadiyyat, ümidsiz xalq - Ermənistan bu gün


Sentyabr ayının 27-si səhər saatlarından Ermənistanın hərbi təxribatına Azərbaycanın əks- hücum əməliyyatları ilə cavab verməsi Yerevan üçün gözlənilməz oldu.

Müharibənin başlanmasında tək səbəbkar olan Nikol Paşinyan rejimi artıq məğlubiyyətin qoxusunu aldığı üçün bütün beynəlxalq qurumları və dövlətləri köməyə çağırır. Prezident İlham Əliyevin dediyi kimi, Paşinyanın zəng etmədiyi dövlət qalmayıb. Lakin Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan yalnız öz torpaqlarında döyüşü və onun azadlığı uğrunda mübarizə aparır.

Ermənistan əlindən gələn bütün təxribatları etsə də, bu ona heç bir kömək olmayacaq. Artıq Ermənistan ölkənin bütün sahələrində çöküş yaşayır. Bu həm iqtisadi-siyasi, həm hərbi, həm də psixoloji cəhətdən çıxılmaz duruma düşüb. Belə ki, Ermənistanın valyutası kəskin ucuzlaşıb, ölkədə daşınmaz əmlakın satış qiyməti və kirayəsi artıb və s.

"Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət”ə açıqlamasında Ermənistanın bir ay ərzində sonunu gətirəcək faktları sadalayıb:

“Azərbaycanla Ermənistanın müqayisəsini indi deyil, bundan əvvəl də aparsaq, görərik ki, bizdəki göstəricilər hər zaman 3- 5 dəfə yüksək olub. Məsələn, biz iqtisadi baxımdan 5 dəfə Ermənistandan üstünük. Orduda şəxsi heyətin və texnikanın sayı baxımdan bizim göstəricilər Ermənistanla müqayisədə 3 dəfə çoxdur. Bunu beynəlxalq hərbi ekspertlər və iqtisadçılar deyir. Hər bir müharibənin arxasında güclü iqtisadiyyat dayanır. Bizim iqtisadiyyatımız Ermənistandan qat-qat güclüdür. Bizdə ümumi daxili məhsul (ÜDM) 70 milyard civarındadır. Ermənistanda isə bu göstərici təqribən 12- 13 milyard civarındadır. Burda 5 qat fərq var. Bizim dövlət büdcəmiz 25 milyard, Ermənistanınkı isə 3.5- 4 milyarddır. Ermənilərin 2 milyard, bizim isə 50 milyard strateji rezervlərimiz var. Bunlardan başqa ordunun silah- sursat bazasında bizim üstünlüyümüz daha çoxdur. Çünki bunlar çox bahalı avadanlıqlardır və böyük miqarda maliyyə tələb edir. Beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesablamalarına görə, Ermənistan iqtisadiyyatı yalnız bircə ay müharibəyə davam gətirə bilər. Bir aydan sonra ölkə tamamən iqtisadi və hərbi cəhətdən çökmüş olacaq. Bundan əlavə, Ermənistanın tədiyyə balansında çox böyük biabırçı vəziyyət var. Belə ki, Ermənistanın tədiyyə balansında 3 milyard mənfi saldo var. Bunlar 2 milyardlıq məhsul ixrac edirlər, 5 milyardlıq isə alırlar. Hər il belə edirlər. Artıq Ermənistan müharibə vəziyyətində olduğu üçün ona kimsə borc verməyəcək. İndi Ermənistanın 5 milyardlıq idxala ehtiyacı varsa, eyni dərəcədə də ixrac etməlidir. Bu da mümkün deyil. Nəzərə alsaq, müharibə aparan dövlətə borc verilmir, onların bütün rezervləri sıfıra enəcək. Üstəlik, Ermənistanın məğlubiyyəti heç kəsə sirr deyil və dünya bunu gözəl bilir”.

Ekspert hesab edir ki, Qarabağdan Ermənistana qayıdan ermənilər Yerevan hökumətinin vəziyyətini daha da ağırlaşdıracaq: “Eyni zamanda hazırda Qarabağda məskunlaşmış ermənilər Ermənistana qayıdır. Onlar qaçqın hesab olunur və həyat şəraitlərini qurmaları üçün əlavə vəsaitə tələbat yaranacaq. Çünki onları ərzaqla, evlə və digər vasitələrlə təmin etmək lazım gələcək ki, Ermənistanın real şəraitdə buna imkanı yoxdur. Yəni hər cəhətdən Ermənistan çökmüş vəziyyətdədir. Faktiki olaraq ölkənin xarici borcu ÜDM-in 67 faizinə çatıb. Yəni bir neçə Afrika ölkəsini istisna olmaqla, bu göstəici dünyada ən ağır vəziyyətdir. Üstəlik beynəlxalq reytinq baxımından Ermənistanın durumu pisdir. Yəni onun müharibəni davam etdirməsi üçün heç bir imkanı yoxdur. Eyni zamanda ölkədə artıq sosial böhran yaşanır. Yaxın zamanda Ermənistanda sosial vəziyyətlə bağlı qarşıdurmalar başlanacaq. Ona görə də Ermənistanın bizim şərtlərimizlə razılaşmaqdan başqa çarələri yoxdur. Şərtləri isə Prezident İlham Əliyev diktə etdi. Göründüyü kimi ermənilərin texnikaları da köhnəlib. Atdıqları raketlərin əksəriyyəti partlamır. Yeniləməyə isə imkanları yoxdur. Hətta cəbhədə əsgərlərin qaçmaması üçün zəncirlə bağlayırlar. Mülki əhalini yaşayış yerlərindən çıxmağa qoymurlar. İstəyirlər mərmiyə düşüb ölsün və dünyaya car eləsinlər ki, guya biz sivilləri öldürürük. Bunu erməni xalqı özü də görür. Ermənilər psixoloji cəhətdən də çox gərgindirlər. Ermənistan xarici siyasətdə də defolt vəziyyətindədir. Əllərindəki bütün dəstək imkanlarını itiriblər. Çarəsizlikdən artıq bilmirlər nə etsinlər”.

E. Bayramlı əlavə edib ki, çarəsiz qalan ermənilər son ümidi dezinformasiya yaymaqda və Azərbaycanın dinc sakinlərini hədəfə almaqda görürlər: “Ermənistan artıq çıxılmaz "dalana dirənib". Onun əlində qalan yeganə mübarizə elementi dezinformasiya və əks-təbliğatdır. Yəni bütün günü yalan xəbərlər yaymaqla məşğuldurlar. Görün nə vəziyyətdədirlər ki, deyirlər Suriya ordusunun xüsusi təyinatlıları gəlib Azərbaycanda döyüşür. Suriyada 10 ildən çoxdur müharibə gedir və ərazisinin 15 faizdən çoxu terrorçuların işğalı altındadır. Yəni Suriyanın özünə peşəkar döyüşçülər lazımdır. Məntiqi cəhətdən Suriyanın Azərbaycana xüsusi təyinatlı əsgərlər göndərməsi mümkün deyil. Üstəlik dünya ölkələrinin peyki var və belə vəziyyət olsaydı, görünərdi. Eyni zamanda hazırda iki ölkə arasında kiber müharibə gedir və bunda da biz qalib gəlirik. Çünki bizim kosmik fəzada peykimiz var və Qarabağda hər hərəkəti anında görürük. Ermənistanın isə belə bir imkanı yoxdur. Bircə Gürcüstandan gələn kabelin ümidinə qalıb. Orda da bir problem olan kimi Ermənistan informasiya məsələsində havada qalır. Yəni Ermənistanın prosesi idarə etmək imkanları yoxdur. Ermənistan son addım kimi dinc sakinlərimiz hədəf alır ki, bizi də əks zərbəyə məcbur etsin. Ona görə Daşkəsənə, Tərtərə, Naftalana, Gəncəyə, Mingəçevirə raketlər atırlar ki, biz də onların ərazisinə ataq. Lakin biz təxribata getmirik və Ermənistan ərazisində heç bir marağımız yoxdur. Bizim tək istəyimiz işğal olunmuş ərazilərimizi azad etməkdir. Fikrimiz də qəti və açıqdır. Qarabağı azad edəndən sonra orada çoxdan yaşayan mülki əhali ilə də heç bir işimiz olmayacaq. Onlar istəsələr, Azərbaycan qanunları ilə yaşayarlar, istəməsələr, çıxıb gedərlər. Yəni bu məsələdə sərbəstdirlər. Bizim məsələmiz işğalçı Ermənistan ordusu ilə və Dağlıq Qarabağdakı terrorçu rejimlədir. Ermənistan bizim mülki şəhələrimizə raket atdıqca biz də onların həmin atəş nöqtələrini vuracağıq. Ermənistan üçün artıq təslim olmaq vaxtıdır. Qələbə Azərbaycanındır”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14

  • 
  • Paşinyan Ermənistanın bütün qubernatorlarını dəyişəcək

    Paşinyan Ermənistanın bütün qubernatorlarını ...

    22-05-2018, 12:58

  • 
  • Nikol Paşinyan Ermənistan polisini Qarabağa göndərir - düşmən müharibə hazırlığına başlayır?

    Nikol Paşinyan Ermənistan polisini Qarabağa ...

    4-07-2018, 12:22

  • 
  • Azərbaycan XİN: Populist Paşinyan oğlunun hərbi xidmətini şouya çevirməklə reytinqini qorumağa çalışır

    Azərbaycan XİN: Populist Paşinyan oğlunun hərbi ...

    11-07-2018, 11:54

  • 
  • Ermənistan hərbi vəziyyət rejimi və səfərbərlik elan edib

    Ermənistan hərbi vəziyyət rejimi və səfərbərlik ...

    27-09-2020, 13:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu