GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Pulumu verin, borcumu bağlayım” - GİLEY

"Pulumu verin, borcumu bağlayım” - GİLEY

Tarix: 12-10-2020, 10:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 553
"Pulumu verin, borcumu bağlayım” - GİLEY


Əslən Cəbrayıldan olan, hazırda Bakının Hövsan qəsəbəsində məskunlaşmış Namik Abdullayev taksi sürücüsü işləyir.

O, bir neçə il əvvəl iki bankdan kredit götürüb, ancaq 2015-ci ildə - manatın devalvasiyasından sonra dollar bahalandığı üçün borcundan artıq pul ödəməyə başlayıb.

Prezident İlham Əliyevin keçən il imzaladığı fərmana görə, xarici valyutayla kredit götürən şəxslərin maliyyə itkiləri qarşılanmalıdır. Bu sənədə əsasən, N.Abdullayev də "Bank of Baku” və " FİNCA Azerbaijan” banklarından kompensasiya almalıdır, ancaq ortada məhkəmə qərarı olmasına baxmayaraq banklar pulunu ona qaytarmırlar: "Fərman verilmişdi ki, ödənilən artıq məbləğ geri qaytarılmalıdır. Mənim 1277 manat "FİNCA” bankdan, 907 manat da "Bank of Baku”dan alacağım var”.

"Pulumu verin, borcumu bağlayım”

Fərmanın verilməsinə çox sevinən müştəri düşünüb ki, kompensasiyanı alsa, kredit borclarını da ödəyər: "Koronavirusa qədər ödənişlərimi aybay etmişəm, amma daha etmirəm. Pulumu versinlər, borclarımı bağlayım”.

"Mərkəzi Bankın nümayəndəsi pulumun iki aya veriləcəyini demişdi”

Kompensayiyanı ala bilməyən N.Abdullayev Nərimanov Rayon Məhkəməsinə müraciət edib, prosesi 3-4 ay çəkib və nəhayət, düyün çözülüb:

""Bank of Baku”nun nümayəndəsi məhkəmədə dedi ki, bizim günahımız yoxdur, işi Mərkəzi BankIn Palatasına göndərmişik. Sonra aydınlaşdırdılar ki, mənim adımın qeydiyyata alınmaması Mərkəzi Bankın səhvidir. Bu bankın nümayəndəsi ödəmələrimlə bağlı arayış gətirim. Sənədləri mənə "FİNCA” bankdan tam verməyibmişlər. Onların ucbatından məhkəmənin vaxtı uzandı, sonra da araya pandemiya düşdü. Nəhayət, mayın 9-da yenidən məhkəmə oldu. Mərkəzi Bankın nümayəndəsi də məhkəməyə gəldi. Sənədlərə baxdılar, gördülər ki, düz deyirəm. Məhkəmə qərar çıxardı ki, bu pul vətəndaşa çatmalıdır. Mərkəzi Bankın nümayəndəsi pulumu iki aya alacağımı dedi”.

N.Abdullayev məhkəmə qərarına əsasən iyulun 9-da ödənişi almalı olsa da, sonradan Nəsimi rayon İcra və probasiya şöbəsi işi Maliyyə Nazirliyinə göndəriib. O vaxtdan 4 ay keçsə də, kompensasiyadan xəbər yoxdur. Bu müddətdə şikayətçi dəfələrlə Maliyyə Nazirliyinə gedib: "Nazirliyin daxilindəki strukturlar "Bizə bildiriş gəlməyib” bəhanəsiylə işi bir- birinin üzərinə atırlar. Bu süründürməçilik nə vaxt bitəcək? Oktyabrın 9-da nazirliyə getdim. Yenə pulum verilmədi. Bu qurumların hamısından şikayətçiyəm”.

"FİNCA Azerbaijan”: "Bankın öhdəliyi yoxdur”

"Bank of Baku”dan "Toplum TV”yə məsələylə bağlı açıqlama verməyəcəklərini bildiriblər. Bundan sonra "Bank of Baku”ya informasiya sorğusu göndərilib. Yazılı sorğu da cavabsız qalıb.

"FİNCA Azerbaijan” bankı isə vətəndaşa yardım etməyə hazır olduğunu bildirib. Ancaq bankın əməkdaşı "Toplum TV”yə açıqlamasında onu da əlavə edib ki, kompensasiyaların hesablanması ilə bağlı bankın öhdəliyi yoxdur: "Əgər müştəriyə kompensasiya düşürsə, təşkilata borcu varsa, ordakı balansından silinir, ya da borcu bağlanıbsa, pul müştərinin özünə təqdim edilir. Hər bir vətəndaşın kreditinin hesablanmasıyla bağlı proseduru Mərkəzi Bank aparır. Yəni bu iş İcra və probasiya şöbəsi, məhkəmə və Mərkəzi Bankın işidir”.

Maliyyə Nazirliyindən yanıltmac kimi cavab

"Toplum TV” məsələylə əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə də informasiya sorğusu göndərib. Qurum sorğuya cavab verməyib.

Maliyyə Nazirliyinin isə informasiya sorğusuna cavabı belə olub: "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına əsasən devalvasiya tarixlərinə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği Mərkəzi Bankı tərəfindən müəyyən edilərək Maliyyə Nazirliyinə təqdim edilməlidir”.

Hüquqşünas məsləhəti

Zərərçəkmiş vətəndaşın kompensasiyası ödənilmirsə, o, hüquqi baxımdan hansı addımları ata bilər?

Hüquqşünas, bank kreditləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, bunun 2 variantı var. Vətəndaş Mərkəzi Bankın nəzdində olan Apelyasiya Şurasına müraciət etməlidir. Mərkəzi Bank vətəndaşa cavab vermədiyi halda məhkəməyə üz tutmaqdan başqa yol qalmır: "Vətəndaş iddia qaldırmalı və ona çatacaq ödənişi tələb etməlidir. Məhkəmə qərarı qüvvəyə mindiyi halda ödəniş olmursa, icra hakimlərinə, Ədliyyə Nazirliyinə müraciət etmək lazımdır. Vətəndaş banka borcunu ödəməyəndə icra məmuru onun barəsində həbs tədbiri görür. Bəs burda niyə heç bir tədbir görülmür? Belə hallarda Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Hətta icra məmuruna qarşı da belə iddia qaldırıla bilər. Adətən, bu variantda ödəniş edilir. Zərərçəkmiş axıra qədər getməlidir”.

Hüquqşünas bunu da qeyd edir ki, İcra və probasiya şöbəsinin rəhbəri bir neçə ay əvvəl işdən çıxarılıb, yeni təyinatsa hələ yoxdur. Ə.Həsənov problemin burdan qaynaqlandığını da istisna etmir. O, bu qurumla bağlı Ədliyyə Nazirliyinə şikayət etməyi məsələhət görür.

İqtisadçı rəyi

İqtisadçı ekspert Toğrul Maşallı şikayətçinin problemini bürokratiya ilə əlaqələndirir. O, məhkəmə qərarlarının icraatında problem olduğunu, bunun həm də hüquqi prosedurlardan qaynaqlandığını qeyd edir:

"Bankların ödəniş üçün vəsaiti yoxdur. Mərkəzi Bank pul köçürməlidir ki, ödəniş baş tutsun. Böyük ehtimal, Mərkəzi Bank o pulu köçürməyib. O da bununla bağlı Maliyyə Nazirliyindən tapşırıq almalıdır. Nazirliksə maliyyə vəsaitlərinin qənaətinə çalışır. Çünki həmin vəsait bu il üçün nəzərdə tutulmayıb, başqa maddələrə müraciət olunmalıdır və bu da proseduru ləngidir”.

Bankların, məhkəmələrin, nazirliklərin qapısını döyməkdən usanan Namiq Abdullayevsə çaşıb qalıb: "Bu süründürməçilik nə vaxt bitəcək? Qurumlar bir-birinin üstünə atır. Mənim problemim nazirliyin daxilindəki strukturlara aid deyilsə, niyə məni qəbul edib vaxtımı alırlar? Ya da dinləyib dərdimi başa düşürlərsə, niyə çarə etmirlər?”

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Manatla krediti olanlara ŞAD XƏBƏR - Ekspert suallara aydınlıq gətirdi

    Manatla krediti olanlara ŞAD XƏBƏR - Ekspert ...

    1-03-2019, 13:48

  • 
  • ​“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - BANKDAN AÇIQLAMA

    ​“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət ...

    14-05-2019, 12:27

  • 
  • Manatla kredit verən banklar məlum oldu - SİYAHI

    Manatla kredit verən banklar məlum oldu - SİYAHI ...

    1-04-2015, 21:56

  • 
  • “Bank of Baku” ilin sonuna qədər bağlana bilər - Əlillərə kredit verilmir

    “Bank of Baku” ilin sonuna qədər bağlana bilər - ...

    3-09-2018, 23:10

  • 
  • Kredit borcunu ödəyib, amma bank əlavə pul tələb edir

    Kredit borcunu ödəyib, amma bank əlavə pul tələb ...

    7-07-2017, 23:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu