GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vüsal Novruzov gömrük revanşına hazırlaşır: kompromat savaşı... - Təfsilat

Vüsal Novruzov gömrük revanşına hazırlaşır: kompromat savaşı... - Təfsilat

Tarix: 13-10-2020, 18:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 354
Vüsal Novruzov gömrük revanşına hazırlaşır: kompromat savaşı... - Təfsilat


Ölkənin gömrük sistemində iki il əvvəl baş verən dəyişikliklər inhisarçılığın, korrupsiyanın faiz etibarı ilə azalmasına gətirib çıxarmasa da, müəyyən monopolist qüvvələrin tərki-silah edilməsilə nəticələnib.

Vaxtilə gömrük sistemində “meydan sulayan” mafioz qrupların, “broker Əbülfəz” ləqəbli Əbülfəz Məlikovun, “Karqo Şamil”in, ən əsası Bakı Baş Gömrük İdarəsinin illərlə rəisi olmuş Vüsal Novruzovun təsirlərinin minimuma endirilməsi bəzi dəyişikliklərə səbəb olub.
Bu dəyişikliyin mahiyyəti V.Novruzov başda olmaqla bəzi qrupların vəzifədən gedişi ilə barışmaması, çıxdaş olunmağı həzm etməməsidir.
Xüsusən Dövlət Gömrük Komitəsinin sədri postuna Səfər Mehdiyevin gətirilməsi sabiq rəis Aydın Əliyevin, o cümlədən V.Novruzovun ürəyinə sancılan xəncər effekti verib. Odur ki, sabiqlərin hazırkı gömrük rəhbərliyi əleyhinə kampaniya apardığı iddiaları səslənməkdədir.
Bu barədə GundemXeber.Az-ın əldə etdiyi məlumatda iddia edilir ki, V. Novruzov gömrüyün yeni rəhbərliyinə qarşı kompromat savaşında xəlvəti şəkildə iştirak edir.
Onun bu prosesdə rolunun nədən ibarət olduğu haqda müfəssəl məlumatlar açıqlanmasa da, vəzifədən getdikdən sonra qəzəbli olduğu bildirilir.
Bu da anlaşılandır - böyük pullar, gəlirlər əldən çıxıb, biznes imkanları əvvəlki qədər geniş deyil, gömrüyə təsir gücü azalıb və yeni vəzifəyə təyinatı əsla gözlənilmir.
Ona görə V.Novruzov özündən sonra gömrükdə neqativ halların azalmadığını müşahidə etdiyi üçün bu silahdan istifadə etdiyi iddiaları var.
Ümumiyyətlə, V.Novruzov sıradan gömrük genaralı və ya idarə rəisi deyildi. O, nazir Kəmaləddin Heydərova qeyri-rəsmi bağlı kadrdı. Hətta nazirin şirkətlərinin mühasibatlığını onun apardığı söylənilir.
Gömrüyün isə qeyri-rəsmi kuratoru olmuş K.Heydərovun bu sektoru demək olar ki, itirməsi, kadrlarının sistemdən uzaqlaşdırılması həzm edilmir. Bu mənada V.Novruzovun S.Mehdiyev və komandasına qarşı olmasında K.Heydərovun marağı da istisna edilmir.
Medada gedən xəbərlərə görə, Vüsal Novruzov general və rəis olmağına görə general-mayor Etibar Mirzəyevə bocludur.
‌Bildirilir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov illər əvvəl Etibar Mirzəyevi çağırıb yanına və ona sual verib ki, "sənin Bakı Baş Gömrük idarəsində ETİBAR etdiyin insan var?” Etibar Mirzəyev də cavab verib ki ,”bəli var, həmin şəxs Vüsal Novruzovdur”.
Kamaləddin Heydərov da Etibar Mirzəyevə bildirir ki, "get vəzifəni Vüsal Novruzova təhvil ver”.
Hətta deyilənə görə Etibar Mirzəyev Kəmaləddin Heydərovun sualına düz cavab verdiyinə görə, sonda peşman da olub ki, bu da başa düşüləndir.
Onun ağlına yuxuda belə gəlməzdi ki, təsadüfən gömrük sisteminə gələn Vüsal Novruzov vaxt gələcək Etibar Mirzəyevin özünü Bakı Baş Gömrük İdarəsinin rəisi postunda əvəz edəcək. Özü də necə yüksək səviyyədə.
GundemXeber.Az-ın media üzərindən əldə etdiyi məlumata görə, Səfər Mehdiyev barəsində məlum faktların toplanması və Kəmaləddin Heydərova təqdim edilməsində Vüsal Novruzovun xidməti olub. Bununla o, Kəmaləddin Heydərovun yanında etimadını daha da möhkəmləndirib.
Bu baxımdan gözləmək olar ki, Səfər Mehdiyevin ilk işi Vüsal Novruzovla hesab çəkmək olacaq.
Digər tərəfdən əgər Kəmaləddin Heydərovun qəzəbinə gələn Səfər Mehdiyev DGK-ya sədr təyin edilibsə, deməli, Fövqəladə Hallar nazirinin artıq sözügedən quruma nəzarəti itirdiyini düşünmək olar.
Bu halda Səfər Mehdiyevin Kəmaləddin Heydərovun kadrlarlarını, xüsusilə də Vüsal Novruzovu komitədən uzaqlaşdırılacağını düşünmək olardı və ehtimallar düz çıxdı.
2018-ci ilin may ayında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmrii ilə Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vüsal Novruzov tutduğu vəzifədən azad edildi.
Yeri gəlmişkən, bəzi media qurumları müəyyən araşdırmalar aparmış və Vüsal Novruzovun Bakı Baş Gömrükdək İdarəsində mənimsədiyi 3 milyon 281 min 270 manat pulun son qəpiyinə kimi geri qaytarması haqda məhkəmənin çıxarmış olduğu haqda yayımlamışdı.
Yayılan məlumatlara görə, mənimsəmə faktı 01 yanvar 2016-cı il tarixlə 27 may 2018-ci il tarixi arasında baş verib.
Astara Gömrük idarəsinin ərazisində yerləşən “Duty free” şirkətinin anbarında on milyonlarla dəyərində ölçülən bütün məmulatların yoxa çıxmasında V. Novruzov ittiham olunub.
“Duty free” əməliyyatında bir neçə gömrük əməkdaşının cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qərarı seçilsə də, nədənsə general V.Novruzov ev dustaqlığına götürülübmüş. Ona havadarlıq tmiş sabiq baş prokuror Zakir Qaralovun müdaxiləsindən sonra işə xitam verilib.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi – Eksklüziv

    Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə ...

    7-12-2018, 13:38

  • 
  • Səfər Mehdiyev Əbülfəz Məlikova qəzəblənib...

    Səfər Mehdiyev Əbülfəz Məlikova qəzəblənib... ...

    10-12-2018, 12:56

  • 
  • Əbülfəz Məlikovun ən böyük arzusu nə imiş... - İDDİA

    Əbülfəz Məlikovun ən böyük arzusu nə imiş... - ...

    1-02-2019, 14:25

  • 
  • Əbülfəz Məlikovun həbsi xəbəri yayıldı...

    Əbülfəz Məlikovun həbsi xəbəri yayıldı... ...

    30-07-2018, 16:28

  • 
  • Vüsal Novruzovun sürücüsünə 615 min manat "atan" qadına 8 İL HƏBS

    Vüsal Novruzovun sürücüsünə 615 min manat ...

    3-06-2019, 15:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu