GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İsmayıllıda bələdiyyə sədri meydan sulayır - NARAZILIQ...

İsmayıllıda bələdiyyə sədri meydan sulayır - NARAZILIQ...

Tarix: 14-10-2020, 11:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 242
İsmayıllıda bələdiyyə sədri meydan sulayır - NARAZILIQ...


İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini Rüstəm Hüseynov kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar Cəlalovdan və bələdiyyə sədri Mirzəağa Mirzəxanovdan şikayətçidir. Gundemxeber.Az-ın DİA.AZ-a istinadla məlumatına görə, o, deyib ki, həmin şəxslər vəzifələrindən sui-istifadə edib, kənd camaatına məxsus örüş sahələrini mənimsəyiblər:

“2014-cü ildən bu günə kimi bir sıra dövlət qurumlarına kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı dəfələrlə müraciət etmişəm. Təəssüf ki, heç bir xeyri olmayıb. Bu illər ərzində Mirzəağa Mirzəxanov məni bir neçə dəfə məhkəməyə verib. Guya onun şərəf və ləyaqətini alçaltmışam, işgüzar fəaliyyətinə xələl gətirmişəm. 2014-cü ildə məni məhkəməyə verib, iki min manat təzminat tələb etmişdi. 2016-cı ildə kənddə insanların yaşayışının yaxşılaşdırılması məqsədilə on beş-on altı adamın adından ölkə başçısına məktub ünvanladım. Xahiş etdik ki, kəndimizə investisiya qoyulsun, fermalar tikilsin, üzüm bağları salınsın, yeni iş yerləri açılsın. Bələdiyyə sədrinin mənə qarşı düşmənçiliyi daha da artdı”.

Rüstəm Hüseynov deyir ki, bələdiyyə sədri onu 2019-cu ildə yenidən məhkəməyə verib. Bu dəfə beş min manatdan çox təzminat tələb edib. Məhkəmədə uduzan Rüstəm Hüseynova həmin pulu ödəmək, ya da təkzib vermək şərti qoyulub: “İmkanım olmadığı üçün pulu ödəyə bilmədim. Bunu fürsət bilib, məni çox sıxdılar. Məhkəmənin probasiya şöbəsi məni ötən ay çağırdı ki, biz ya səni həbs etməliyik, ya da təkzib yazmalısan. Dedilər ki, pul ödənilməsə, cinayət işi açılacaq. Hətta on gün müddətinə həbs olundum. Vəkilimlə də məsləhətləşdim, dedi ki, təkzib yazmasan, həbs olunacaqsan. İçəridə də bir iynə vurub, öldürtdürəcəklər. Təkzibi yazandan sonra bələdiyyə sədri mənə qarşı pul iddiasını geri götürdü”.

“İcra nümayəndəsi ilə bələdiyyə kəndi dağıdır, çapıb-talayır” – şikayətçi belə deyir: “Prezident Adminstrasiyasına müraciət etmişəm, dəfələrlə rayonun icra hakimiyyətinə getmişəm. Yerli icra hakimiyyəti də onların tərəfindədir.

Bütün şikayətlərim kəndin abadlaşdırılması naminə olub. Dayanmadan prezidentə qədər hamıya yazmışam, problemləri qabartmışam. Yol çəkdirmişəm, məktəbimizi düzəltdirmişəm. Məktəbin sanitar qovşağını yenidən təmir etdirmişəm. Kəndin 2500 nəfər əhalisi var. Mənim bunlarla davam yalnız o olub ki, kəndin pulunu yeyirsiz. Kəndin böyük torpaq ərazisi var. Orada adambaşına hektar yarım sahə düşür. Böyük sahələrimiz, yaylağımız, qışlağımız, əkin sahələrimiz var. Bələdiyyə bunun hamısının vergisini yığıb yeyir, dağıdır. Bu qanunsuzluqları ifşa etdiyim üçün məni də məhkəməyə veriblər”.

Şikayətçi iddia edir ki, həyatı təhlükə qarşısındadır. Qorxu, səksəkə ilə yaşayan Rüstəm Hüseyov artıq kimə müracət edəcəyini bilmədiyini söyləyir: “Bələdiyyə sədri qohumu, vergilər nazirinin birinci müavini Sahir Məmmədxanova arxalanıb məni tutdurmaq istəyir. Yaşar Cəlilov isə hər yerdə deyir ki, “yuxarı”ya 35 min manat pul vermişəm. Mənə heç kim heç nə edə bilməz. Mənə və ailəmə hədə və təzyiqlər olub. Bələdiyyə sədri Mirzəağa Mirzəxanov uzun müddət həbsdə yatmış adama pul təklif edib ki, məni oğurlasın. Polis evimə basqın edib. Yaşlı atamı itələyib, yerə yıxıblar. Bunlar hamısı müxtəlif illərdə baş verib. Körpə uşağım qorxudan epilepsiya keçirib, anam iflic olub. Bu əməlləri törədən bələdiyyə sədri Mirzəağa Mirzəxanovdur”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bələdiyyə Quba rayonunda qəbirsatnlıqı yandırdı-Kənd sakinləri etiraz edəcək

    Bələdiyyə Quba rayonunda qəbirsatnlıqı ...

    5-08-2013, 14:52

  • 
  • Prezident bu rayonlarla bağlı dəyişiklik etdi - Siyahı

    Prezident bu rayonlarla bağlı dəyişiklik etdi - ...

    16-06-2015, 09:14

  • 
  • H.Z.Tağıyev qəsəbəsinin icra nümayəndəsi katibəsini necə bələdiyyə sədri seçdirdi?

    H.Z.Tağıyev qəsəbəsinin icra nümayəndəsi ...

    16-09-2020, 12:49

  • 
  • Xaçmazın Alekseyevka kəndində bələdiyyə sədrindən narazılıq

    Xaçmazın Alekseyevka kəndində bələdiyyə sədrindən ...

    8-07-2013, 23:37

  • 
  • Kürdəmirdə bələdiyyə sədrinin oğulları kənd sakinini bıçaqladılar

    Kürdəmirdə bələdiyyə sədrinin oğulları kənd ...

    15-12-2019, 10:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu