GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Goranboy atəş altında, Məhərrəm Quliyev “tükünü tərpətmir” - Sensasion təfərrüat

Goranboy atəş altında, Məhərrəm Quliyev “tükünü tərpətmir” - Sensasion təfərrüat

Tarix: 16-10-2020, 07:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 296
Goranboy atəş altında, Məhərrəm Quliyev “tükünü tərpətmir” - Sensasion təfərrüat


Azərbaycan Vətən müharibəsi aparır. Ordumuz Qarabağı işğaldan azad etmək üçün səfərbər olunub. Oktyabrın 10-da isə humanitar atəşkəs bəyan olunsa da, savaş genişlənir, düşmən tərəf razılaşmaya əməl etmir.

Bu azmış kimi, Ermənistan yeni təcavüzkar və terrorçu siyasətini həyata keçirir. İşğalçı qüvvələr Gəncəni vurmaqla, dinc əhalini qətlə yetirməklə sübut etdilər ki, öz terrorçu mahiyyətindən əl çəkmək istəmirlər.

İcra başçısı kabinetdən çıxmır

Xalqımıza açılan atəşə, ölkənin ikinci şəhəri olan Gəncəyə raket atılmasına, günahsız sivillərin öldürülməsinə müxtəlif rəsmi və beynəlxalq reaksiyalar olsa da, qonşuluqdakı Goranboy şəhərinin rəhbərliyindən səs belə çıxmır.
GundemXeber.Az yazır ki, məntiqlə və mənəvi baxımdan irəli gələrək Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısı Məhərrəm Quliyev dərhal Gəncəyə getməli, həmkarı Niyazi Bayramovun və zərər çəkənlərin yanında olmalı, dəstəyini bildirməliydi.
Ölkənin hər yerindən insanlar Gəncəyə axışdı, xüsusən prezidentin köməkçisi Hikmət Hacıyev doğma şəhərinə gedərək insanların arasında oldu, amma düşmənlə sərhəd olan, yaşayış məntəqələri atəşə tutulan Goranboyun icra başçısı Məhərrəm Quliyev “tükünü tərpətmədi”.
Hətta əldə edilən xəbərlərə görə, Goranboy döyüş bölgəsi və cəbhə xətti olmasına baxmayaraq, icra başçısı heç rayonun mərkəzindən bir addım kənara çıxmayıb.
Təsəvvür edirsiniz, İH rəhbəri kabinetindən çıxmır, başçılıq etdiyi rayonda el arasında görünmür, bizsə ondan terrorla üzləşən Gəncəyə getməsini gözləyirik.
Gələn məlumatlarda iddia olunur ki, atəşə məruz qalan Goranboy kəndlərindən bixəbər qalan Məhərrəm Quliyev yerli sakinlərə təskinlik verməkdən belə çəkinir.
Yəni, heç olmasa atəş altında olan bir kəndə baş çək, bu qəhrəman yerlərin insanları ilə görüş, hansısa kəndlinin evində çay iç, dəstək ol, üstəlik, şəkil çəkdir, özünü reklam elə, camaat da görsün ki, rayon rəhbəri onlara həyandır.
Amma Məhərrəm Quliyev xidməti avtomobilindən düşüb İH-dəki otağına gedir, nahar vaxtı rayondakı restorana yollanır, sonra işə qayıdır, axşam da qaldığı evinə dönür.
Halbuki, bütün ölkə müharibəyə köklənib, ordumuz rəşadətlə döyüşür, düşmənə layiqli cavab verir, artilleriya atəşinə, raket hücumlarına məruz qalan cəbhə bölgələrinin mərd və dinc sakinləri düşməndən qorxmadan doğma yurd-yuvalarında yaşamağa davam edirlər, amma belə ağır günlərdə mənəvi ehtiyaca olan insanlara icra başçısı heç bir dəstəyini nümayiş etdirmədi.
Oktyabrın 12-də də, yəni humanitar atəşkəs dövründə belə ermənilər Goranboyda evləri atəşə tutdular, amma Məhərrəm Quliyev ən azı bir açıqlama vermədi.

Goranboyun 4 sabiq başçısı ön cəbhədə, Quliyev isə...

GundemXeber.Az xatırladır ki, 1990-ildən bəri ermənilərlə müharibə vəziyyətində yaşayırıq.
Bu illər ərzində Goranboy rayonuna rəhbərlik etmiş icra başçıları ermənilərlə silahlı atışma zamanında döyüş gedən kəndlərin ön cəbhəsində iştirak ediblər.
Hətta əvvəlki icra başçıları hərbi səhra geyimində, hərbiçilərlə bir cəbhədə erməni təcavüzkarları ilə üz-üzə gəliblər.
Buna misal olaraq, müstəqilliyimizi əldə etdikdən sonra, Goranboy rayonunda icra başçısı vəzifəsini daşımış İrşad Əliyev, Maşallah Abdullayev, Ağa Əkbərov və Nizaməddin Quliyevi göstərmək olar.
Adlarını sadaladığımız hər 4 sabiq icra başçısı ön cəbhədə və cəbhə xəttində olan döyüşçülərin yanında olublar.
Yuxarıdakı adları ona görə qeyd etdik ki, müəyyən zamanlarda şiddətli atışma və hücum əməliyyatları, bu şəxslərin rayona rəhbərlik etdikləri dövrlərdə baş verib.
Ancaq heç zaman İrşad Əliyev, Maşallah Abdullayev, Ağa Əkbərov və Nizaməddin Quliyev hərbçilərimizi, cəbhə xəttinə yaxın kəndlərdə yaşayan sakinləri tək qoymayıblar, dəstəklərini əsirgəməyiblər.
Qeyd edək ki, adlarını çəkdiyimiz icra başçıları vətən uğrunda gedən döyüşlərdə canlarından keçməyə hazır olublar.
Eyni zamanda bu gün düşmən tərəfindən evləri atəşə tutulan Ağdam sakinlərinin mərdanəliyini, onlara dəstək olan icra başçısı Vaqif Həsənovun fəaliyyətini qeyd etmək yerinə düşər.
Ağdamın icra başçısı hər an sakinlərin yanındadır, heç yerə getmir, vətəndaşlarla həmahəng, yumruq kimi olduğunu nümayiş etdirir.
V.Həsənov da cəbhə bölgəsinin bir icra başçısı kimi nümunəvi addımlar atmaqdadır, amma M.Quliyev heç kəsdən ibrət götürmək istəmir.
Goranboyun hazırki icra başçısı döyüşlərin getməsinə baxmayaraq, rayonun mərkəzindən bir addım belə kənara çıxmır.
Görənlərin dediyinə görə, Məhərrəm Quliyev başının dəstəsi ilə rayonun mərkəzi küçələrində o başa, bu başa şütəməkdən başqa bir iş görmür.
Yerli sakinlərin bildirdiyinə görə, M.Quliyev gərginlik yaransa, artilleriya qurğularının mərmiləri Safıkürd və rayona yaxın kəndlərə düşsə, icra başçısını tapmaq çətin olacaq.
Bu laqeydliyinin, biganəliyinin, Goranboylulara münasibətin səbəbini izah etmək mümkün deyil. Axı döyüş gedən bir rayonun rəhbəri cəbhə xəttindəki kənd sakinləri ilə görüşüb onlara ürək-dirək verə bilmirsə, həmin ərazidə panikanın tez yayılma ehtimalı çoxalır.
Əslində hökumət rəsmiləri bu məsələləri diqqətdə saxlamalıdır. Gəncəli balası olan prezident köməkçisi Hikmət Hacıyev gecə-gündüz xalqın içindədir, kəndləri atəşə tutulan Goranboyun icra başçısı isə yaxasını kənara çəkib.

İki Quliyevin iki Vətən savaşında böyük fərqi

GundemXeber.Az bildirir ki, M.Quliyev ən azı ondan əvvəlki icra başçısından bu mənada nümunə götürməliydi.
Erməni postları ilə üz-üzə qalan Tap Qaraqoyunlu kəndində doğulub, boya-başa çatmış, hazırda həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev 2016-cı ilin Aprel döyüşlərində fədakarlıq edirdi.
Onun həbsinin motivi tamamilə başqadır, amma faktiki, N.Quliyev rayonun rəhbəri olarkən aprel müharibəsində Goranboyun düşmənlə üz-üzə qalan kəndlərini qarış-qarış gəzir, insanlara ürək-dirək verir və camaatı zəruri ehtiyaclardan, qida tələbatından korluq çəkməyə qoymurdu.
Baxmayaraq ki, hər ikisi Quliyev soyadını daşıyırlar, hər ikisi Vətən müharibəsi görüblər, lakin eks-başçı indikindən ciddi şəkildə fərqlənir.
Unutmaq olmaz ki, bir rayonun başçısı həm də oranın baş komandanı statusu daşıyır.
Amma Ali Baş Komandan İlham Əliyevdən dərs götürməyən Məhərrəm Quliyev atəşə tutulan kəndləri ziyarət etmir. Nə deyəsən...
Əldə etdiyimiz xəbərlərdə o da iddia edilir ki, hazırda yerli sakinlər ordumuza lazım olan qida məhsulları daşıyır, dəstək olur, icra başçısı Məhərrəm Quliyev isə vətənpərvər insanlara sadəcə, tamaşa edir.
Bu məqamda yada düşür ki, M.Quliyevin Azərbaycan üçün əlini ağdan qaraya vurmamaq nə üçün içindən gəlmir.
Xatırlayırsınızsa, icra başçısının atasının vaxtilə separatçı Əlikram Hümbətova dəstək olduğu barədə mətbuatda iddia və ittihamlar səslənmişdi.
Amma müəmmalı və qaranlıq bir işdir ki, M.Quliyev bu ittihamları susqunluqla qarşılamış, nə təkzib etmiş, nə mövqe bildirmiş, nə Goranboy İH adından açıqlama yayılmışdı.
İcra başçısı separatçı Əlikram Hümbətova vaxtilə simpatiya bəslədiyi iddia edilən atasının haqqında ittihamlara cavab verməkdənsə, bunun üstünə Ordumuzun Vətən müharibəsi apardığı, Goranboyda dinc sakinlərin düşmən tərəfindən atəşə tutulduğu günlərdə ən azı reputasiyasını düzəltmək üçün bir fəallıq göstərmir.
Məlumatlara görə, M.Quliyevin fəaliyyətindən ciddi şəkildə narazılıq edən yerli sakinlər Prezident Admnistrasiyasına müraciət etməyə hazırlaşır.
Bu müraciət üçün münasib bir zamanı gözləyən, döyüşlərin davam etdiyi dövrdə yerinə düşmədiyini söyləyən sakinlər dövlətin və rəhbərliyinin mühüm işlərə başının qarışdığını anlayışla qarşılayırlar.
Lakin Goranboydan bir qrup ziyalının, o cümlədən cəbhəyə yaxın kəndlərin sakinlərinin adından PA-na Nizaməddin Quliyevin azadlığa buraxılmasına görə məktub ünvanlanıb.
Xəbərlərə görə, həm M.Quliyevin fəaliyyətindən, ögey münasibətindən şikayət ediləcək, həm də sabiq icra başçısı, əslən Tap Qaraqoyunlu kəndindən olan Nizaməddin Quliyevin azad edilməsi üçün dövlət başçısına və digər müvafiq qurumlara müraciət göndəriləcək.
Məlumata görə, 1000 nəfər yerli sakinlərin imzaları toplanaraq Prezident Administrasiyasına çatdırılıb.
Yerli sakinlər arasında aparılan araşdırmalardan məlum olub ki, Nizaməddin Quliyevin rəhbərliyi dövründə abadlaşan Goranboyun indi hansı günə düşdüyü, hazırkı icra başçısı tərəfindən heç bir iş görülmədiyi vurğulanıb.
İddialara görə, Məhərrəm Quliyev yerli sahibkarları və idarə rəhbərlərini də boğaza yığıb. Belə bir məmur həm dövlətə, həm prezidentin siyasi kursuna, həm goranboyluların istəklərinə uyğun deyil.
Bununla belə yuxarıda qeyd olunan nüanslar, ittihamlar, sakinlərin narazılığı, müharibə şəraitində göstərdiyi münasibətlə bağlı icra başçısının mövqeyini dinləyib dərc etməyə hazırıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir icra başçısı koronavirusa yoluxdu

    Daha bir icra başçısı koronavirusa yoluxdu ...

    19-06-2020, 20:23

  • 
  • Düşmən Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzulini intensiv atəşə tutur

    Düşmən Goranboy, Tərtər, Ağdam, Ağcabədi və ...

    10-10-2020, 10:12

  • 
  • Ordumuz düşmənə 92 zərbə endirib

    Ordumuz düşmənə 92 zərbə endirib ...

    16-11-2015, 12:45

  • 
  • Kəmaləddin Heydərov Gəncəyə getdi - Foto

    Kəmaləddin Heydərov Gəncəyə getdi - Foto ...

    13-10-2020, 14:36

  • 
  • Ordumuz düşmən mövqelərinə 120 dəfə  sarsıdıcı  zərbələr endirib.

    Ordumuz düşmən mövqelərinə 120 dəfə sarsıdıcı ...

    11-04-2016, 17:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu