“Raketlər insanların sıx yaşadığı əraziyə atılıb”.
Gundemxeber.Az-ın məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov düşmənin Gəncəni atəşə tutması ilə bağlı verdiyi açıqlamada deyib.
O bildirib ki, hücum nəticəsində yaralılar da var:
“Düşmənin istifadə etdiyi raket dinc insanları hədəfə almamalı idi. Dağıntılar arasında qalan əhalinin xilasetmə işləri, demək olar ki, yekunlaşmaq üzrədir. Son axtarışlar gedir. Daha sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əhaliyə dəyən ziyanın hesablanmasına başanılacaq.
Gəncə də və düşmən hücumuna məruz qalan digər ərazilərimizdə dağıdılan binaların yerinə inşa ediləcək yeni binaların layihələrinin hazırlanmasına başlanılacaq”.
Sorğu
Yeni dizaynımız necədir?