GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? - SİYAHI

Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? - SİYAHI

Tarix: 21-10-2020, 14:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 284
Ordumuz tarix yazır: Xalqın pulunu yeyən milyonçu sabiq nazirlər haradadır? - SİYAHI


..1918-ci ildən bu yana 102 il ərzində torpaqlarını itirmiş, qələbəyə tamarzı qalmış, taleyində qələbə ilə sevinə bilməyən Azərbaycan bu gün rəşadətli Ordusu ilə hər saat tarixin şanlı səhifələrini yazmaqdadır.

Ordumuz sentyabrın 27-dən başlayaraq Qarabağda həyata keçirdiyi antiterror və əks-hücum əməliyyatları ilə indiyə qədər 3 şəhəri, xeyli sayda kəndləri azad edib.

Təxminən bir aya yaxın müddətdə Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri 27 illik işğaldan azad edilib, bu rayonlarla yanaşı Ağdərə, Xocavəndin də kəndləri düşmən qüvvələrindən təmizlənib.

Artıq Xudafərin körpüsündə bayrağımız dalğalanır, cənub sərhədlərimiz tam bərpa edilib.

Ordumuz indi daha da içərilərə irəliləyir və heç bir şübhə doğurmur ki, tezliklə Kəlbəcər, Laçın, Qubadlı, Xocavənd, Ağdərə, Ağdamın azad olunduğunu eşidəcəyik.

Ən nəhayət, müzəffər Ordumuz Xocalı, Əsgəranı terrorçuların tapdağından qurtaracaq, üçrəngli bayrağı qürur və namus simvolumuz olan Şuşaya, Xankəndinə sancacaqlar....

Bütün dünya bizə baxır, hamını mat qoymuşuq, dost-düşmənimizi də yaxşı tanıyırıq, dəstəyi də, əleyhimizə görülən işləri də görürük.

Ölkə ayaq üstədir, yeddidən yetmişə hər kəs əsgərə yardım edir. Hətta şou-biznes manısları Vətən müharibəsinə öz töhfəsini əsirgəmir.

Anaxeber.info bildirir ki, bu möhtəşəm milli birlikdə ölkənin sabiq nazirlərinin, məmurlarının iştirakını müşahidə etmək olmur.

Vaxtilə bu ölkəyə, onun vətəndaşlarına hər cür pisliyi etmiş, dövlətin büdcəsini dədə malı kimi çırpışdırmış, vəzifədə olanda hər növ lüksü təmi etmiş, özlərinə və övladlarına sərvətlər qoymuş, bank hesablarında milyonlar saxlamış, Azərbaycanın ən əsrarəngiz güşələrində, dünyanın kurort yerlərində malikanələr almış, korrupsiya ilə dövlətə zərbələr vurmuş eks-çinovniklər yoxa çıxıblar.

Bu gün onlar villalarından satmalı, restoranlarından, bizneslərindən əldə etdikləri kapitalı Silahlı Qüvvələr Fonduna köçürməli, Qarabağ üçün sinəsini güllə qabağına verən igidlərə dəstək olmalıdırlar.

Uşaqlarına Avropa dövlətlərinin vətəndaşlığını alanlar, övladlarını hərbi xidmətdən yayındıranlar, onlara xaricdə komfort yaradanlar hesab verməlidir. Məhz bu gün tarix yazılır və həmin keçmiş nazirlər yediklərini qaytarmalıdırlar.

Bu millətin, dövlətin çörəyini yeyənlər, prezidentin etimad göstərib vəzifə verdiyi keçmiş nazirlər, icra başçıları, komitə sədrləri üzə çıxmalıdırlar.

Amma biz nə onların Orduya dəstəyini, nə də uzun illər vəzifə tutmuş, idarəçilikdə olmuş biri kimi mənəvi borc naminə açıqlamalarını görürük.

Doğurdan da maraqlıdır - Cocuq Mərcanlıdan olan, indi doğma əhəri düşməndən azad edilən, özü vaxtilə “Qaçqınkom”u talamış, nəvəsi “Galenvagen”lə harınlıqdan iki nəfəri öldürmüş Əli Həsənov haradadır?

Vəzifədə olduğu dövrdə orduda rüşvətin tüğyan etməsinə səbəb olmuş, heç bir hərbi uğuru olmayan, qeyri-döyüş şəraitində əsgər ölümləri baş alıb getmiş, onun vaxtında nizam-intizamsızlıq hökm sürmüş, işgəncə, dedovşina kütləvi hal almış milyonçu sabiq müdafiə naziri Səfər Əbiyevin səsi niyə çıxmır?

Ölkədə traybalizmin, tayfa-qəbilə şüurunun banisi, intriqaların, klançılığın memarı, bütün demokratik təsisatların qənimi, iqtidar-müxalifət münasibətlərini hər zaman qurduğu hiyləgər kombinasiyalarla süni şəkildə gərginləşdirmiş, ölkəyə nifrət, qəzəb, qisas toxumu səpmiş, bürokratiya gətirmiş, sonuncu dəfə karantin vaxtı nəvəsinə toy etməklə qanunlara tüpürmüş, dövlət rəhbərliyinə hörmətsizlik etmiş, qarşılığında layiqli cavabını almış, illərlə qalaq-qalaq, cild-cild Ermənistanın təcavüzkar siyasətindən kitablar yazmış sabiq PA rəhbəri Ramiz Mehdiyevin cınqırı niyə çıxmır?

Haradadır onun avanürüst, bütün çirkin oyunlarının baş personajı, siyasi rəhbərliyə qarşı xəyanətlər etmiş, medianı bərbad günə salmış, milyonlar mənimsəmiş eks-köməkçi Əli Həsənov?

Bu adamlar vəzifədən çıxanda məgər Azərbaycan vətəndaşlığından da çıxırlar? Sabiq dövlət xadimləri kimi Orduya, prezidentə, xalqa dəstək vermək olmur?

Haradadır içməkdən ciyəri sıradan çıxmış, ölkənin vergi sistemində milyardlar mənimsəmiş, oliqarx Fazil Məmmədov?

Büdcəni yağmalamış, özünə və ailəsinə biznes kəhkəşanı qurmuş sabiq nəqliyyat naziri Ziya Məmmədov, rüşvətxor keçmiş sosial müdafiə naziri Səlim Müslümov, danışıqlarda heç bir diplomatik uğuru olmayan, səfirlik və konsulluqlarda, o cümlədən XİN-də korrupsiya yuvası qurmuş, DTX tərəfindən həmin cinayətkar əməllər ifşa edilmiş eks-nazir Elmar Məmmədyarov qəhətə çıxıblar. Bu adamlar üçün Vətən, dövlət anlayışı kresloda olana qədər, millətin, dövlətin pulunu yeyənə qədər imiş...

Eyni sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimova, sabiq baş nazir Artur Rasi-zadəyə, müavinləri Hacıbala Abutalıbova, Abid Şərifova, kənd təsərrüfatı naziri olmuş Heydər Əsədova, sabiq baş prokuror Zakir Qaralov, müavini Rüstəm Usubova da şamil etmək olar.

Haradadır Qara Qarayevin qohumu, DTX-nın keçirdiyi antikorrupsiya əməliyyatından sonra işindən azad edilmiş mədə niyyətli Əbülfəs Qarayev?

Monopoliya kralı, sabiq gömrük şefi Aydın Əliyev, sağ əli olmuş Vüsal Novruzov Ordumuza nə kimi dəstək olublar?

Ləğv edilmiş MTN-nin şefi, şirkətləri, milyardları olan Eldar Mahmudov və milyonları talamış generalitet bandası, eks-rabitə naziri Əli Abbasov, “yeraltı dünya kralı” Tağı Əhmədov kimi məmurların bu xalqa, dövlətə ömürlük borcu var.

Bu siyahını çox uzatmaq olar - Etibar Pirverdiyevlə, İsmət Abbasovla, Heydər Babayevlə, Misir Mərdanovla, Hüseynqulu Bağırovla...

Xalqın pullarını haram yolla yeyənlər, dövlətə, onun rəhbərliyinə dönük çıxanlar, sədaqətsiz, gözü pulda olan bivec məmurların yerini millət özü göstərir, qiymətini verir./Anaxeber.info.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu günə qədər işğaldan azad olunmuş ərazilər - SİYAHI

    Bu günə qədər işğaldan azad olunmuş ərazilər - ...

    14-10-2020, 23:15

  • 
  • Ordumuz düşmənə 92 zərbə endirib

    Ordumuz düşmənə 92 zərbə endirib ...

    16-11-2015, 12:45

  • 
  • İlham Əliyev: "Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir"

    İlham Əliyev: "Aprel döyüşləri dövlətimizin, ...

    31-03-2017, 14:02

  • 
  • Cəbhədən son xəbərlər: Daha 6 kənd işğaldan azad edildi

    Cəbhədən son xəbərlər: Daha 6 kənd işğaldan azad ...

    15-10-2020, 21:00

  • 
  • Ordumuz düşmən mövqelərinə 120 dəfə  sarsıdıcı  zərbələr endirib.

    Ordumuz düşmən mövqelərinə 120 dəfə sarsıdıcı ...

    11-04-2016, 17:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu