GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cümə Əhmədzadə Londonda milyonluq malikanəni necə alıb? – Sensasion araşdırma

Cümə Əhmədzadə Londonda milyonluq malikanəni necə alıb? – Sensasion araşdırma

Tarix: 5-11-2020, 11:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 305
Cümə Əhmədzadə Londonda milyonluq malikanəni necə alıb? – Sensasion araşdırma


Azərbaycanlı məmurun oğlu saxta şirkətə sirli ödənişlə Londonda dəbdəbəli malikanə əldə edib. Bunu Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) üzə çıxarıb.

Araşdırmada bir müddət öncə “Panama Sənədləri” adlı araşdırmada adı keçən türkiyəli multimilyonçu Mehmet Cengizdən söz açılır. Türkiyənin “Cumhuriyet” qəzetinin 2016-cı ilin iyununda yaydığı sənədlərdə tikinti maqnatının təsis etdiyi gizli ofşor şirkətlərin adları çəkilirdi. Cengizin Böyük Britaniyada nəzarət etdiyi şirkət 2008-ci ildə “Vremax Properties Limited” adlı ofşor şirkətə 3.07 milyon dollarlıq konsultasiya ödənişi edibmiş.

Bu ödəniş qaranlıq bir konsultasiya kontraktı əsasında edilib. Kontrakt yenicə yaradılmış, konsultasiya sahəsində ad çıxarmayan anonim şirkətlə bağlanıb.

OCCRP pərdəarxası baş verənləri öyrənib. Ödənişdən bir neçə ay sonra Vremax Londonun mərkəzində 2.3 milyon dollara dəbdəbəli mənzil alır. Artıq bu mənzildə Azərbaycandan gənc biznesmen Cümə Əhmədzadə yaşayırdı. Vremax ona həmin mənzildə yaşamaq icazəsi verir. İki il sonra gizli ofşor şirkət qonşuluqdakı daha iki mənzili alır, Əhmədzadəyə onların dizaynını dəyişərək özü üçün əzəmətli bir iqamətgah qurmağa şərait yaradır.

Araşdırmada deyilir ki, Əhmədzadənin türkiyəli maqnatla əlaqəsi bəlli olmasa da, atası Əhməd Əhmədzadənin olub.

O, Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbəridir. Bu şirkət ölkənin şimal-qərbində nəhəng su-elektrik bəndinin tikintisindən ötrü Cengizin tikinti konqlomeratı ilə kontrakt imzalayıb.

Beləliklə, hadisələrin xronologiyası belədir:

Azərbaycanın dövlət su şirkəti Cengizin tikinti şirkətinə nəhəng kontrakt verir;

Cengizin nəzarətində olan başqa bir şirkət ofşor şirkətə böyük məbləğdə ödəniş edir;

Ofşor şirkət Londonda dəbdəbəli mənzil alır və su şirkətinin oğlunun orada yaşamasına “icazə verir”.

Əlavə araşdırma aparılsa...

OCCRP sözügedən mənzilin rüşvət kimi verilməsinə birbaşa dəlil tapmayıb. Vremax sahibləri, bu şirkətin həqiqətən konsultasiya işi aparması, hansısa gəlir mənbəyinin olması da bəlli deyil.

“Bu işdə şübhə yaradan məqamlar var... siyasi əlaqələri olan şəxslər sərvət yığmaq məqsədilə, açıq izahat vermədən gizli şirkətlərdən istifadə edə bilərlər”, – Britaniyadakı “Transparency International” təşkilatının siyasət direktoru Dunkan Heymz deyir və uyğun dövlət qurumlarının əlavə araşdırma aparmasını gərəkli sayır.

Maliyyə cinayətləri üzrə müstəqil mütəxəssis Qraham Barrou bildirir ki, 3 milyon dollarlıq kontraktın məqsədi rezervuar sazişinə görə “mükafatlandırma”, Əhməd Əhmədzadəyə “şəxsən ödəniş” olunması ola bilərdi. Yəni, gizli yollardan keçirilən vəsaitə onun oğlu üçün Londonda mülk alınır.

OCCRP Cengiz Holdinqdən, Mehmet və Ekrem Cengizlərdən açıqlama ala bilməyib.

“Əhmədzadə ailəsinin Vremax-la əlaqəsi yoxdur”

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətindən bildirilib ki, Əhmədzadə ailəsinin Vremax-la əlaqəsi yoxdur.

“Sizə bildirmək istəyirik ki, məktubunuzdakı nəzəri ehtimallar yanlış təxminlərə söykənir”, – qurumdan bildirilib.

ASC-nin izahatına görə, gənc Əhmədzadə 2002-ci ildən Londondakı ünvanda kirayədə qalıb. “Bu müddət ərzində mülkiyyətin sahibi dəyişib, ancaq bu onun həmin ünvanda müvəqqəti yaşamasına təsir göstərməyib”, – məlumatda vurğulanıb.

“Sözügedən infrastruktur layihəsi isə Azərbaycan Respublikasının yurisdiksiyasına uyğun olaraq, beynəlxalq normalar çərçivəsində reallaşıb”, – mətbuat xidməti bildirib. /Azadliq.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 16 villa alan məmurun oğlunun dəbdəbəli həyatı (FOTO)

    16 villa alan məmurun oğlunun dəbdəbəli həyatı ...

    25-01-2016, 16:42

  • 
  • AZƏRBAYCANDAN ÇIXARILAN MİLYARDLARLA BAĞLI ŞOK QƏRAR - Britaniya “Azərbaycan pulyuyan maşını”na bağlı hesabı dondurur

    AZƏRBAYCANDAN ÇIXARILAN MİLYARDLARLA BAĞLI ŞOK ...

    14-12-2018, 13:59

  • 
  • "Sultan" Ərdoğanın dəbdəbəli sarayı: 1100 otaq və 9 milyon dollarlıq xalçalar (FOTO)

    "Sultan" Ərdoğanın dəbdəbəli sarayı: ...

    20-04-2017, 16:17

  • 
  • Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Aktivində 75 milyon olub…

    Cahangir Hacıyevin Londonda daha bir şirkəti ...

    9-07-2019, 18:00

  • 
  • Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA CAPİTAL LİMİTED”

    Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA ...

    10-11-2018, 17:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu