GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanda yoluxma statistikası artır, ölüm halları da çoxalıb... - Diqqət, TƏHLÜKƏ!

Azərbaycanda yoluxma statistikası artır, ölüm halları da çoxalıb... - Diqqət, TƏHLÜKƏ!

Tarix: 5-11-2020, 11:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 252
Azərbaycanda yoluxma statistikası artır, ölüm halları da çoxalıb... - Diqqət, TƏHLÜKƏ!


Dünya koronavirus “məngənə”sindən qurtula bilmir. Hələ də əksər Avropa ölkələrində karantin rejimi davam etdirilir, insanlar evlərə qapadılır. Başqa yol da yoxdur, çünki dünyanın inkişaf etmiş ölkələri, mərkəzləri aylardır çalışsalar da, hələ də koronavirusa qarşı vaksin tapılmayıb.

İndiyə qədər tapıldığı deyilən vaksinlər də qısa müddət sonra digər ölkə və mütəxəssislər tərəfindən şübhə altına alınıb və barəsində yekdil rəy verilməyib. Buna görə də dünyada koronavirusdan müalicə müxtəlif metodlarla həyata keçirilir və konkret vaksin mövcud deyil. Lakin Rusiyada xeyli məşhur indiyə qədər bu peyvəndi vurdurub.

Bununla belə, Rusiya dünyada koronavirusa yoluxanların sayına görə 4-cü yerdədir. Bu ölkədə ötən sutka yoluxanların sayı 18 min 648 nəfər, virusdan ölənlər isə 355 nəfər olub.

Ümumilikdə Rusiyada indiyə qədər 1 milyon 673 min 686 nəfər koronavirusa yoluxub.

Qardaş Türkiyədə bütün iş yerləri saat 22:00-dan qapanacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyədə COVİD-19 infeksiyasının, ölkə boyu, xüsusilə də İstanbulda çox artdığını vurğulayan prezident deyib ki, restoran, kafe, şadlıq evləri, nikah salonları, bərbərxanalar, konsert salonları, teatrlar, kinoteatrlar, istirahət mərkəzləri, müalicəvi termal su obyektləri və bu kimi yerlərin fəaliyyəti yerli vaxtla saat 22.00-da başa çatacaq.

R.T.Ərdoğan COVİD-19-un yayılma sürətindən asılı olaraq qarşıdakı həftələrdə məktəblərdə əyani təhsilin dayandırılması məsələsinin də aktual olduğunu bildirib.

Prezident Türkiyə istehsalı olan yeni növ koronavirus peyvəndinin gələn ilin yaz aylarından tətbiq olunmasının nəzərdə tutulduğunu deyib.

Məlum olduğu kimi, Azərbaycanda komendant saatı ilə əlaqədar əksər obyektlər 19-20:30 radələrində qapanır. Mütəxəssislər bildirirlər ki, bu hal koronavirusun yayılmasının qarşısını müəyyən qədər alır. Xüsusilə də Bakıda və sərt karantin rejiminin tətbiq edilmədiyi digər ərazilərdə insanların kafelərə, iaşə obyektlərinə getmələri bu yolla müəyyən qədər məhdudlaşır. Lakin ekspertlər bildirirlər ki, insanlar karantin qaydalarına əməl etməsələr, günlük yoluxma sayı artmaqda davam edəcək. Onu qeyd edək ki, son günlərdə Azərbaycanda gündəlik yoluxma sayı əsasən 1100 nəfərdən yuxarı olur.

Son sutkada koronavirus (COVID-19) infeksiyasına 1227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 59509 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 45697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13032 nəfərdir.

Dünyada vəziyyət necədir?

Dünyada da artım tempi yüksək olaraq qalır və mütəxəssislər hesab edirlər ki, hələ gələn ilin yazına qədər bu cür tendensiya davam edəcək. Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 47 milyon 929 min 34 nəfərdir. Ölənlər isə 1 milyon 221 min 889 nəfərə çatıb. Koronavirusdan müalicə alaraq sağalanların sayı isə 34 milyon 401 min 296 nəfərə çatıb.

Dünyada hazırda aktiv xəstələrin sayı 12 milyon 305 min 848 nəfərdir. Onlardan isə 88 min 244 nəfərinin vəziyyəti ağırdır. Bu, ümumi xəstələrin cəmi 1 faizi deməkdir. İndiyə qədər yoluxanların 3 faizi ölüb. Gündəlik yoluxma sayı hazırda 450 mindən çoxdur. Bu, oktyabr ayının ortaları ilə müqayisədə nisbətən aşağı, yay ayları ilə müqayisədə ciddi artım deməkdir. Ölənlərlə bağlı statistika isə artımla müşahidə edilir. Belə ki, ötən həftələrlə müqayisədə dünyada koronavirusdan ölənlərin sayı yenə də artıb. Hazırda günlük 7.5 mindən çox ölüm faktı qeydə alınır ki, bu da yalnız aprel ayındakı göstəricidən aşağıdır.

Qalan aylarda ölüm sayı ziqzaqvarı dəyişsə də, bu qədər yüksəlməyib./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ "koronavirus məngənəsində"-870 min yoluxma...-yeni faktlar

    ABŞ "koronavirus məngənəsində"-870 min ...

    24-04-2020, 10:45

  • 
  • Dünyada koronavirusa yoluxanlarla bağlı son durum-Rusiya ilk beşlikdə...

    Dünyada koronavirusa yoluxanlarla bağlı son ...

    8-05-2020, 00:46

  • 
  • Dünyada koronavirusa yoluxanların sayı 7 milyon 100 mini ötdü

    Dünyada koronavirusa yoluxanların sayı 7 milyon ...

    8-06-2020, 12:38

  • 
  • Rusiya koronavirusa yoluxma hallarına görə dünyada üçüncü yerdədir

    Rusiya koronavirusa yoluxma hallarına görə ...

    11-05-2020, 20:07

  • 
  • Rusiyada koronavirusa yoluxanların sayı 114 431-ə çatıb, 1 169 nəfər ölüb

    Rusiyada koronavirusa yoluxanların sayı 114 431-ə ...

    1-05-2020, 11:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu