GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Erməni məmurlar başını götürüb qaçır - düşmən ölkədə xaos

Erməni məmurlar başını götürüb qaçır - düşmən ölkədə xaos

Tarix: 5-11-2020, 13:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 385
Erməni məmurlar başını götürüb qaçır - düşmən ölkədə xaos


Qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) məmurları son günlərdə bir-birinin ardınca vəzifələrini qoyub qaçırlar.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları erməniləri başını götürüb qaçmağa məcbur edib. İşğal etdikləri ərazilərin geri qaytarılacağı ilə barışıb kreslosunu tərk edənlərin yerini düşmənlər əvəzləyə bilmirlər. Bir sözlə, heç kim Azərbaycan hərbiçisinin sərrast atəşinə tuş gəlib ölmək istəmir...

Ermənistanın ədliyyə naziri Rustan Badasyan isə açıq şəkildə Qarabağdakı döyüşlərdə iştirakdan imtina edib. Bildirib ki, cəbhəyə getməyi planlaşdırmır.

“Mənim belə bir planım yoxdur”, - deyə nazir jurnalistlərin ön cəbhəyə gedib-getməyəcəyi barədə sualına cavabında deyib.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu mövzuda danışarkən dedi ki, Dağlıq Qarabağdakı ermənilər, sadəcə, oradakı vəziyyəti, uduzduqlarını görür və canlarını götürüb qaçırlar: “Onlar üçün bu gün canlarını xilas etmək daha vacibdir, nəinki gedib döyüş meydanında ölmək. Artıq çox gözəl anlayırlar ki, Azərbaycan qələbə çalır, ordumuz hər bir canini cəzalandıracaq. Amma Ermənistanda olanların siyasi ambisiyaları var. Paşinyan məmur dəyişiklikləri etməklə, insanları ruhlandırıb onları Dağlıq Qarabağa ölməyə göndərməklə öz hakimiyyətini uzatmaq istəyir. Özünə məqbul olmayan, gələcəkdə ona problem yarada biləcək, şəxsinə asan olmayan suallar ünvanlayacaq adamları hakimiyyətdən uzaqlaşdırır. Onunla rahat dolana biləcək şəxsləri isə vəzifələrə təyin edir. Bu gün Paşinyan Dağlıq Qarabağda uduzduğunu çox gözəl bilir. İndi onun bütün çabaları özünün hakimiyyətini və kreslosunu saxlamaq üçün atdığı addımlardır. İstənilən halda düşünürəm ki, o, özünü xilas edə bilməyəcək. Amma bizim üçün Paşinyanın harada olub-olmaması önəmli deyil. Bizim üçün vacib olan Qarabağın azadlığıdır. Onu da mütləq şəkildə Azərbaycan Ordusu sonadək icra edəcək. Bununla bərabər, erməni cinayətkarların cəzalandırılması üçün Azərbaycan dövləti və hakimiyyəti əlindən gələni edəcək”.

Politoloq Şəbnəm Həsənova Paşinyanın məğlubiyyətinin fərqində olduğunu söylədi: “Hazırda Ermənistanda nəinki orduda, eyni zamanda daxildə, siyasi arenada çaxnaşmaların şahidiyik. Nəzərə alaq ki, orduda 543-cü alayın hərbi dəstələri kütləvi surətdə hərbi postu qoyub qaçırlar, ön cəbhədə əsgərlərin qaçmaması üçün arxada hərbi poqonlular əllərində silah dayanırlar, hərbiçiləri texnikalara zəncirləyirlər, bunlar çox sualların cavabıdır. Baş verənlər siyasi müstəvidə də özünü göstərməkdədir. Paşinyan nəinki orduya, öz iqtidar düşərgəsinə belə başçılıq etmək iqtidarında deyil. Son zamanlar erməni siyasi dairələrindən gələn açıqlamalar da bir-biri ilə uzlaşmır, yəni paralel şəkildə açıqlama vermirlər. Bunlar məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Paşinyanın nəinki orduda uduzması, eyni zamanda diplomatik masada, informasiya cəbhəsində eyni aqibəti yaşaması artıq onu dəstəkləyən insanları öz sıralarından uzaqlaşdırmağa vadar edir. Bir sözlə, Paşinyanın qaçılmaz olan məğlubiyyətinin fərqindədirlər. Bu səbəbdəndir ki, öz vəzifələrindən istefa vermiş, yaxud göndərilmiş insanların yerinə təyin etməyə adam tapılmır. Bu ondan xəbər verir ki, Paşinyan bütün dəstəyini itirib. Hətta öz siyasi dəstəkçiləri belə onu müdafiə etməyə çəkinirlər. Məğlubiyyət qaçılmazdır. Ermənistan daxilində vəziyyət çox acınacaqlıdır. Bütün bunlar Paşinyanı hakimiyyətdən uzaqlaşdırana qədər davam edəcək. Hesab edirəm ki, bu uzaqda deyil. Paşinyan qeyd edir ki, guya Dağlıq Qarabağda daha çox oradan olan insanlar döyüşür. Amma son günlərin faktları onu göstərir ki, Ermənistan ciddi şəkildə Dağlıq Qarabağdakı separatçıları silahlandırır, istər hərbi texnika, istərsə də kadr potensialı baxımından gücləndirir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Düşmən daha 170 hərbçi itirdi - Mövqelərini qoyub qaçırlar - RƏSMİ

    Düşmən daha 170 hərbçi itirdi - Mövqelərini qoyub ...

    4-04-2016, 23:11

  • 
  • Erməni müdafiə nazir Dağlıq Qarabağa gəldi

    Erməni müdafiə nazir Dağlıq Qarabağa gəldi ...

    14-10-2019, 11:12

  • 
  • Xarici jurnalistlər Dağlıq Qarabağdan qaçırlar

    Xarici jurnalistlər Dağlıq Qarabağdan qaçırlar ...

    5-10-2020, 11:03

  • 
  • "Azərbaycan tankları cəbhəyə doğru irəliləyir"

    "Azərbaycan tankları cəbhəyə doğru ...

    29-01-2014, 22:15

  • 
  • Erməni əsgərlər döyüş mövqeyindən qaçırlar - Video

    Erməni əsgərlər döyüş mövqeyindən qaçırlar - Video ...

    5-04-2016, 13:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu