Son günlər şanlı ordumuzun nailiyyətlərindən və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində çox böyük irəliləyişə nail olduğumuzu cənab Ali Baş Komandan İlham Əliyevdən eşitmək özü bir xoşbəxtçilikdir. Xalqın bütün qeyrətli və mərd oğulları Vətən müharibəsi başlayan gündən tarix yazır. Siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını düşündürən məhz qələbəmizdir. Əfsuslər olsun ki, uğurlarımız daxildə bəzi xainləri olduqca narahat edir. Sosial şəbəkədə yayılan məlumat hər birimizi şoka saldı. Belə ki, döyüş bölgəsində qəhrəman topçu əsgərimiz Vüsal Şahkərimov haqda sosial şəbəkədə məqalə paylaşım edilib. Lakin məqalənin altında yazılan rəy hər birimizi hiddətləndirdi. Linkin altından məktəb direktorlarından biri, Mailə İsmayılova adlı şəxs “ECELİ TEZ GƏLSİN, AY ALLAH!!!” yazaraq böyük narazılıq yaradıb. Araşdırmalarımız zamanı məlum olmuşdur ki, Mailə İsmayılova Bakı şəhəri 102 saylı orta məktəbin direktorudur. Belə bir məqamda əsgərlərimizə arzuolunmaz rəylər ancaq erməni düşmənlərimiz tərəfindən oluna bilər. Bu təbii haldır. Amma məktəb direktorunun niyə düşməncəsinə rəy yazdığı hələ də məlum deyil. Çox istərdik ki, DTX və Təhsil Nazirliyinin rəsmiləri məsələni dərindən araşdırsınlar.
P.S. Arzu edirik ki, şanlı ordumuzun bütün əsgərlərinə gələcək bəlaları daxildə vəzifə tutan xain məmurlara və onların övladlarına gəlsin.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?