Bəyanatda deyilir:"17 noyabr 1988-ci il. Bu tarix heç də uzaq bir tarix deyildir. Bu günki cavan və yaşlı nəslin gözləri önündə cərəyan edən, daha doğrusu bu nəslin yazdığı və yaratdığı, eləcə də Azərbaycanın İNQİLAB tarixinə əbədi və qızıl hərflərlə yazılan şərəfli bir tarixdir. Gəlmiş-keçmiş dünya ölkələri azadlıq hərakatları praktikasına 17 gün gecə-gündüz, bəzi hallarda isə milyonluq mitinqlər düzənləməklə Azərbaycan xalqı olaraq yenilik gətirən xalq ünvanını qazandıq. BMT, Bizi ilin milləti elan etmək məcburiyyətində qaldı. 17 noyabr özündən əvvəlki hadisələr də nəzərə alınmaqla Azərbaycanda azadlıq hərəkatının təməli oldu. İlkin mərhələdə 18 Oktyabr 1991-ci il müstəqillik haqqında Konstitusiya aktının qəbul edilməsi kimi barını verdi. Nə qədər keşməkeşli, əzablı və bir o qədər də şərəfli yollar qət etsək də bu günün şərəfinə təsis " Dirçəliş" günü münasibəti ilə bütün xalqımızı təbrik edir və uğurlarımızın davamını arzu edirik. Təəssüflə olsa da qeyd etməliyik ki, 17 noyabrda başlayan və 17 gün gecə-gündüz davam edən, bu gün rəsmi dövlət atributuna çevrilən üç rəngli, ay-ulduzlu bayrağımızın ilk dəfə qaldırıldığı bu aksiya, o dövrün qırmızı sovet imperiyasının işğalçı ordusu tərəfindən qəddarcasına sonlandırıldı və repressiyalara məruz qaldıq. Lakin heç bir imperiya, heç bir repressiya bu xalqın azadlıq eşqini, mübarizə əzmini qıra bilmədi. Həmin gündən keçən müddət ərzində rus-erməni işğalçıları tərəfindən qanlı 1990-cı il 20 Yanvar, 26 fevral 1992-ci il Xocalı katliamı(faciəsi), 20 noyabr 1991-ci il Azərbaycan xalqının ziyalılarının (Qarakənd üzərində Helikopterin vurulması) şəhid olması, 4 iyun 1993-cü il və qısa zamanda rayonlarımızın işğalı kimi faciələri yaşamalı olduq. 27 ildən sonra , şanlı və Qəhrəman Azərbaycan-Türk Ordusu Qarabağda öz qəhrəmanlıq dastanını yazdı. Tam qələbəmizə və Ordumuzun sonuncu Türk düşmənlərinin Qarabağ torpaqlarından tamamilə təmizləndiyi zamanda, qələbə günümüzə barmaqla sayılacaq günlər qaldığı bir vaxtda, işğalçı Rus ordusu yenidən Azərbaycan torpaqlarına gecənin yarısında daxil olaraq, 250 illik işğalçılıq xislətini və ənənəsini təkrarladı. AXH (Azərbaycan Halk Harekatı) bəyan edir: Şanlı və Qəhrəman Ordusu olan, Müstəqil, Azərbaycan Dövlətinin -- öz Ata-Baba torpaqlarında xain və işğalçılıq siyasətini yürüdən işğalçı rus ordusuna ehtiyacı yoxdur! Dərhal, çox qısa zamanda işğalçı rus ordusu Azərbaycan torpaqlarını tərk etməlidir! AXH olaraq Qardaş Türkiyəmizdən, Türkiyə Cümhuriyyətinin cumhurbaşkanı sayın Recep Tayyip Ərdoğandan, MHP-nin Genel başkanı sayın Devlet Bahçeliden, TBMM-nin başkanı sayın Mustafa Şentopdan, Türk Silahlı Qüvvətlərindən, Milli Savunma Bakanı Hulusi Akardan, Qardaş Can Azərbaycanın Qaziləri, Bozkurtları olaraq tələb edirik: TBMM acil, həm də öz tarixi qərarını versin. TSK acil, Can Azerbaycana-öz Ata torpaqlarına, Qarabağa gəlsin. Qardaş Türkiyə və Azərbaycan askeri ittifak kursun. AXH, Qazilər və Bozkurtlar adından, Milli Dirçəliş Bayramımız mübarək olsun. Tam qələbəmiz və zəfərimiz Qarabağda olmaq üzrə Azərbaycan Xalq Hərəkatı, Qarabağ və Əfqanıstan Savaşı Qazilərindən və Bozqurdlardan"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?