İllərdir yağı düşmən tapdağı altında inildəyən müqəddəs torpaqlarımız axır ki,öz azadlığına qovuşdu.
Bəli,azadlıq ifadəsi asan deyilir,amma onu əldə etmək heç də asan başa gəlmir. Azadlığı əldə etmək üçün,insan şirin canından,qanından keçməyi bacarmalıdır. Bunu isə yalnız qeyrətli,şücaətli,namuslu və cəsur insanlar edə bilərlər. Bəs görəsən kimlərdir o qeyrətli oğullar? Bu sual çoxlarını düşündürdüyü üçün,sosial şəbəkə üzərindən kiçik bir araşdırma aparmaq qərarına gəldik. Bu gün sona varan araşdırmalarımızın nəticələrini sizlərlə bölüşməyi qərara aldıq. Odur ki,yaxın oturun həmsöhbət olaq.
Bəli,əvvəldə də söylədiyimiz kimi,illərdir yağı düşmən tapdağı altında olan müqəddəs,tarix,əzəli və əbədi torpaqlarımız,axır ki, qeyrətli, qüdrətli, cəsur, namuslu, dürüst və halalzadə oğullarımızın sayəsində azad edildi. Yaxşı-yaxşı diqqət edin ki,halalzadə cümləsi əbəs yerə qeyd olunmayıb. Qeyd etdiyimiz kimi, "DogruXeber" informasiya agentliyi olaraq apardığımız araşdırmaların yekun nəticəsində məlum oldu ki,vətən müharibəsində döyüşən igidlərimizin 99.99% sadə,kasıb,fəqir və yoxsul ailələrin övladlarıdır ki,bu gün öz şirin canlarından,qanlarından keçərək,vətən uğrunda şəhid,qazi olublar. Bəli,düz eşitdiniz,o şəxslərin evladlarıdır ki,yedikləri ruzi halal nemət olmuşdur.
Məhz o halal nemətin nəticəsidir ki, canında, qanında tüğyan edən vətən,millət və dövlət sevgisi onları bu cəsur addımı atmağa şövq etdirmişdir.
Amma çox əfsuslar olsun ki,dövlətin sərvətini,millətin haqqını və vətənin səfasını mənimsəyən,yüksək çinli məmurlar,"xod" gedən müğənnilər,xırda məmurlar və nəhayət İcra başçılarının övladlarıdır ki,,nədənsə bu döyüşlərdən kənarda qalıblar. Görəsən bunun səbəbi nədir? Əlbəttə ki,bunun müxtəlif səbəbləri var. Amma mən hesab edirəm ki,bunun ən başlıca səbəblərindən biri,haram ruzi ilə qidalanmalarıdır. Bu məsələnin bir tərəfi,keçək məsələnin digər tərəfinə.Hamıya yaxşı məlumdur ki,ölkə Prezidenti,Silahlı qüvvələrin Ali Baş Komandanı,müdrik siyasətçi,yenilməz sərkərdə cənab İlham Əliyev atdığı qələbə imzası tarixin ən üstün imzalarından biridir. Ölkə başçısının bu cür müdrik siyasətinin nəticəsində həm ölkənin ərazi bütövlüyü təmin edildi,həm də Naxçıvan Muxtar Respublikasına avtomobillə gedib gəlmək problemi öz həllini tapmışdır. Bu isə qələbə üstündən qələbə qazanmaqdır ki,bunu da cənab Prezident uğurla həyata keçirdi.
Bu cür yüksək qələbələr xalqın sevincini coşduraraq,dövlətə yaxın olmalarını daha da gücləndirir. Təəssüflər olsun ki,daxildə bəzi dövlət qurumları var ki, səhlənkarlıqları, məsuliyyətsizlikləri və özbaşınalıqları bir çox hallarda bu sıx birləşmələrə qarşı səbəb olurlar. Bir neçə gün öncə sosial mediada Goranboy rayon İH-nin başçısı Məhərrəm Quliyev haqda dərc olunmuş yazı diqqətimizi olduqca özünə cəlb etdi. Belə ki, "Gündemxeber.az" saytı yazır ki,düşmənlə həmsərhəd olan rayon sakinlərinə rayon rəhbərindən heç bir mənəvi dəstək olunmur. Hətta başçının kabinetindən bayıra çıxmadığı da qeyd olunmuşdur. Çox maraqlıdır,nə üçün bu cür həssas məqamlarda rayonun səlahiyyətli şəxsləri rayon sakinlərinə mənəvi dəstək vermirlər?
Əslində bu cür halların baş verməsi bizim üçün bir o qədər təəccüb doğurmur. Çünki bu və ya digər formada "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına çox sayda müraciətlər daxil olmuşdur. Bir sözlə demək istəyirik ki,bu cür xəbərlər bizim üçün heç də yeni xəbər deyildir. Amma burada əsas bir fərq var ki,hazırkı vəziyyət əvvəlkindən olduqca həssas və ağırdır. Belə ağır və həssas məqamlarda cəbhədə hər an ölümlə üz-üzə duran əsgər və zabitlərimiz dövlətə əmanət etdikləri ailələrindən və onların yaxşı yaşayışlarından o qədər arxayın və əmin olmalıdırlar ki,döyüşə olan ruhiyyələri,bir o qədər də yüksəkdə olsun. Amma Goranboy rayonunda bu əminlik və arxayınlıq təmin olunmur. Məhz bu səbəbdəndir ki,cəbhədə döyüş zamanı yaralanaraq Hospitala yerləşdirilən Goranboy rayon Nərmanlı kənd sakini Ələkbərov Aqilin,sosial şəbəkələrdəki çıxışı cəmiyyətdə olduqca rezonans doğurub.
Yaralı əsgər ailəsinin maddi vəziyyətinin ağır olması ilə əlaqədar rayon İH-nin müavininə zəng vurub ailəsinə yardım etməsini bildirib. Rayon rəhbəri isə ailənin çətin durumdan çıxması üçün,50 azn pul yardım edib. Bu isə yaralı əsgərin narazılığına səbəb olmuşdur. Təqdim etdiyimiz videoçarxda tam ətraflı izləyə bilərsiniz.
O ki,qaldı Goranboy rayon icra başçısı M.Quliyevin rayon sakinlərinə qarşı ögey münasibətdə olmasına,açıq şəkildə deyə bilərik ki,bucür hallar ölkə prezidentinin göstərdiyi etimada xəyanətdən başqa bir şey deyildir.
Bir məsələni də nəzərinizə çatdırmaq istəyirik ki,mətbuatda Goranboy rayon İH-i haqda gedən mənfi xarakterli yazılarla bağlı rayon sakinləri arasında bəzi vətəndaşlar icra başçısını özlərinə məxsus tərzlə "müdafiə" ediblər. Təqdim etdiyimiz videorolikdə maraqlı və xoş olmayan səs yazısını olduğu kimi sizlərə təqdim edirik.
Son olaraq bir məsələni də diqqətinizə çatdırmaq istəyirik ki,icra başçısını "müdafiə" edənlər arasında,hətta icra orqanında çalışan Murov adlı şəxs də yer almışdır. O isə hakimiyyətin IV qolu hesab edilən mətbuat nümayəndələrinə özünə məxsus mövqe sərgiləmişdir. Bəli,indi sizə təqdim etdiyim bu ifadələr məhz Murov "bəyə" məxsusdu.
Redaksiya məqalədə qeyd olunanların söz haqqını tanıyır./"DogruXeber.az"/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?