GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı - Şirkəti ermənilərə un göndərib?

Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı - Şirkəti ermənilərə un göndərib?

Tarix: 27-11-2020, 12:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 406
Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı - Şirkəti ermənilərə un göndərib?


Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun adı yenidən mətbuatın gündəmindədir. Bu dəfə onun adı Qarabağın ərazisində yaşayan ermənilərə paylanan un məhsulları ilə bağlı gündəmə gəlib. Məsələ burasındadır ki, Xankəndində yaşayan ermənilərə Rusiya tərəfindən göndərilən humanitar yardımla bağlı yayılan fotolarda qalaqlanmış un kisələrinin üzərində aydın şəkildə “Karmen” sözü oxunur.

“Karmen” ticarət markası keçmiş deputata məxsus “Karat” MMC-yə məxsusdur və onun çoxsaylı dəyirmanlarında istehsal olunan un və un məhsulları bu adla satışa çıxarılır. Rusiya Müdafiə Nazirliyinin yardımla bağlı yaydığı fotolardan birində görünür ki, Əsabil Qasımovun şirkətinin istehsal etdiyi “Karmen” unu ermənilərin istifadəsindədir. Həmin unların kisələrlə Rusiya tərəfindən humanitar yardım olaraq Xankəndinə aparıldığı və ya ermənilərin digər mənbədən əldə etdikləri bilinmir.

Əsabil Qasımov deputat olduğu zamanlardan bəllidir ki, o, Azərbaycandan kənarda özünə geniş biznes yaradıb. Sabiq deputatın 2010-cu ildən Qazaxıstanda “Carkulskiy Elavator” taxıl kombinatı fəaliyyət göstərir. “Carkulskiy Elavator” Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir. Günlük taxıl qəbulu, qurudulması və təmizləmə gücü 6 min ton təşkil edir.

“Carkulskiy Elavator”un əsas səhmdarları eks-deputata məxsus “Karat”, “Karmen”, “Aveta” və “Gəncə Dəyirman” məhdud məsuliyyətli cəmiyyətləridir. Digər səhmdarlar arasında fiziki şəxslərdən Əsabil Qasımov və 10-a yaxın qohumu var. Həmin məhsulların Rusiya tərəfindən Qazaxıstandan alınaraq Ermənistana, oradan isə Xankəndində yaşayan ermənilərə çatdırılması istisna deyil.

Digər bir versiyaya görə, Xankəndinə “Karmen” unları Gürcüstandan aparılıb. Əsabil Qasımovun Gürcüstanda 3 min hektara yaxın torpaq sahəsinin olduğu deyilir. Bu baxımdan “Karmen” un və un məhsulları məhz Gürcüstan vasitəsilə Ermənistana, oradan isə Xankəndinə aparıla bilər. Gürcüstan bazarının un tələbatının 50 faizinin Əsabil Qasımovun şirkətinin nəzarətində olduğu haqda da məlumatlar var. Gürcüstan bazarından ermənilər tərəfindən un alınaraq, Ermənistan ərazisi vasitəsilə Dağlıq Qarabağda olan mülki ermənilərə satılır. Bu problem əvvəllər də yaranıb. Son 10 il ərzində Əsabil Qasımov Milli Məclisin üzvü olduğu dönəmlərdə də dəfələrlə onun şirkətinin istehsalı olan un və un məhsullarının Ermənistanda satışda olması haqda xəbərlər, fotofaktlar yayılıb.

Hətta Əsabil Qasımov deputat kreslosunda oturduğu günlərdə belə iddialar da vardı ki, “Karmen” sözündəki ilk hərfi, yəni “K”nı çıxdıqda “Armen” sözü alınır və ticarət markası olaraq da adın seçilməsi bu məqamdan qaynaqlanıb.

Bununla belə, uzun illərdir ki, Əsabil Qasımovun müxtəlif dövlətlərin ərazilərində yerləşən şirkətlərinin istehsalı olan un məhsullarının Ermənistanda satılmasına münasibəti bəlli deyil. Onun bu məsələdə biznes maraqlarını, yoxsa milli maraqları əsas götürməsi də bilinmir. Gedişat belə ehtimal irəli sürməyə imkan verir ki, eks-deputat daha çox biznes maraqlarına üstünlük verir.

Xatırladaq ki, Əsabil Qasımovun sahibi olduğu “Karat Holdinq”in tərkibinə-Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir. Gürcüstan bazarını nəzarətdə saxlamağa imkan verən un dəyirmanları da Əsabil Qasımovun ailə şirkəti olan “Karat Holdinq”ə məxsusdur./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir?

    Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? ...

    24-11-2020, 10:06

  • 
  • İmişlidə deputatla icra başçısının komik “seçki texnologiyası”

    İmişlidə deputatla icra başçısının komik “seçki ...

    9-10-2015, 19:59

  • 
  • Azərbaycanda “Karmen”, Ermənistanda “Armen”? – Düşmənə çörək verən deputatımız var

    Azərbaycanda “Karmen”, Ermənistanda “Armen”? – ...

    22-09-2015, 21:47

  • 
  • DEPUTATIN ŞIRKƏTINDƏN KURYOZ OĞURLUQ: “KARMEN” MMC QAÇQINLARIN 175 TON TAXILINI YEYIB - TƏFƏRRÜAT

    DEPUTATIN ŞIRKƏTINDƏN KURYOZ OĞURLUQ: “KARMEN” ...

    13-02-2017, 00:51

  • 
  • Deputatın şirkətindən iqtisadi sabotaj - İTTİHAM

    Deputatın şirkətindən iqtisadi sabotaj - İTTİHAM ...

    4-01-2019, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu