Vətən torpağını qoruya bilməyən Tehran Sadıqov Bələdiyyə torpaqlarını necə qoruyacaq?
Bu gün Azərbaycanda Böyük Vətən Müharibəsi gedir. Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğalçı ermənistan ordusunun seperatizmindən təmizləyir. 27 sentyabr tarixindən başlayan Ermənistan təxribatçı silahlı qüvvələrinin qarşısı Ordumuzun əks-hücum əməliyyatları nəticəsində alınır və düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. Şəhər və rayonlarımız, kəndə və qəsəbələrimiz erməni işğalından azad edilərək, həmin ərazilərdə Azərbaycan Bayrağı dalğalanır. Bunu bizə yaşadan, Şanlı Ordumuz var olsun! Belə bir həssas dönəmdə Azərbaycanın igid, cəsur oğlanları cəbhədə düşmənlə döyüşmək üçün könüllü olaraq Ordu sıralarına yazılmaq üçün Ali Baş komandana müraciətlər etdilər. Cəbhədə könüllü döyüşmək üçün gecə – gündüz Səfərbərlik və Hərbi Xidmətə Çağırış űzrə Dővlət Xidmətinin rayon şöbələrinin qarşısına toplaşdılar. Məqsəd, bəllidir! Vətən qarşısında olan borclarını şərəflə yerinə yetrimək! Prezident, Ali Baş Komandan İlham Əliyev ölkədə qismən səfərnbərlik elan etdi. Hər kəs bir nəfər kimi Vətən qarşısında borcunu yerinə yetirmək, düşmən tapdağı altında işğala məruz qalan torpaqlarımızı işğaldan azad etmək, məhz elə düşmənə savaş meydanında dərs vermək üçün cəbhəyə yollandı. Biz, sizinlə Qürür duyuruq! Gəlin onu da etiraf edək ki, belə bir məqamda qaçıb gizlənənlərdə az deyil. Onlar daha çox məmur və ya məmur övladlarıdırlar. GundemXeber.Az realmedia.az-a istinadla xəbər verir ki, Beyləqan rayonundan qismən səfərbərliyə çağırılan Qəhrəmanlı Bələdiyyəsinin sədri Sadıqov Tehran Eyvaz oğlu nədənsə, hansısa qüvvələrin köməyi ilə Vətən qarşısında borcunu verməkdən yayınıb. Bildirilir ki, Bələdiyyə sədri Tehran Sadıqov Ali Baş komandanın səfərbərlik çağırışına qoşulmayıb. Məlumatlarda vurğulanır ki, Tehran Sadıqov Bakı şəhərində yerləşən xəstəxanaların birindən güya kı, belində əzələ yırtığı (“qrıja” – rus.) olmasına dair saxta həkim arayışı alıb, SHXÇDX Beyləqan rayon şöbəsinə təqdim edib. Və bu yolla da onun, qismən səfərbərlikdən yaydığı bildirilir. Maraqlıdır, görəsən, Vətən torpaqlarını qoruya bilməyən(hansıki bu onun Vətən qarşısında borcudur) Tehran Sadıqov, Bələdiyyə torpaqlarını necə qoruyacaq? P.S. Bu gün hər kəs tutduğu vəzifəsindən, mövqeyindən, kimliyindən aslı olmayaraq, Böyük Vətən Müharibəsinə qatılıb, Vətənimizin işğalda olan torpaqlarını işğaldan azad etmək üçün var gücü ilə ölkə Prezidenti, Ali Baş komanda İlham Əliyevin ətrafında birləşdiyi bir vaxtda, Qəhramanlı kənd Bələdiyyəsinin sədri Sadıqov Tehran Eyvaz oğlu “saçok”luq edərək səfərbərlikdən yayınıb. Yazı ilə bağlı tərəflərində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?