Şəki rayon, Aşağı Göynük kəndinin Mərdanuşağı məhəlləsi sakinlərinin yol ilə bağlı problemləri həll edilmir. Kəndə bu yaxınlarda, Şəhid gəlməsi ilə əlaqədar tələm- tələsik yola çınqıl örtüyü tökülsə də, əksər yollar yağmurlu havalarda daha da keçilməz olur.
Kənd sakinlərin başqa bir problemi isə kəndə təbii qazın hələ də çəkilməməsidir. Onlar yaxınlıqdakı meşələrdən qışa tədarük edərək, evlərini odun sobasıyla qızdırırlar. Ancaq 2019 – cu ildən başlayaraq, kəndlilərin öz sözləri ilə desək hökümətin və ya onların havadarlıq etdiyi bəzi işbazlar 1000 hektarlarla meşə ərazisini kürüyərək məhv ediblər və nəticədə sakinlər odun tədarükü imkanından yararlana bilmirlər. Meşə ərazisinin məhv edilməsi, kənd sakinlərinə başqa problemlər də yaradıb. Belə ki, meşələrin məhv olunması nəticəsində, ac qalan yırtıcı heyvanlar onsuz da az qalmış heyvandarlıq və quşçuluğa ciddi ziyan vurmaqdadır.
Aşağı Göynük kəndində örüş yeri də yoxdur, çünki həmin ərazilər “pay torpağı kimi” kənd bələdiyyəsi tərəfindən satılıb. Çarəsiz qalan kənd sakinləri heyvanlarını meşə ərazisində otarmağa məcbur olublar, ancaq həmin meşə də artıq məhv edilb.
Yuxarıda qeyd edilən şikayətlərlə bağlı, dəfələrlə aidiyyatı qurumlara məlumat verilsə də, problemlər hələ də öz həllini tapmayıb.
Dia.az xatırladır ki, hələ də Şəkiyə Elxan Usubov rəhbərlik edir. O başçı ki özünün 5 villası olduğu deyilir. Sakinlərin durumu isə göz önündədir...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Sorğu
Yeni dizaynımız necədir?