GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Üç qurumun pandemiya fəlakəti: - 9 aylıq karantin sıfır, test cavabları gec, əhali psixoz...

Üç qurumun pandemiya fəlakəti: - 9 aylıq karantin sıfır, test cavabları gec, əhali psixoz...

Tarix: 9-12-2020, 11:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 480
Üç qurumun pandemiya fəlakəti: - 9 aylıq karantin sıfır, test cavabları gec, əhali psixoz...


Bu ilin fevralında Azərbaycan ərazisində koronavirusa ilk yoluxma faktı qeydə alınanda gedişatın mürəkkəb tendensiya alacağı hesablanmırdı.

Müvafiq strukturlar - Nazirlər Kabineti yanında Operativ Qərargah, TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən görülən qabaqlayıcı tədbirlər də belə güman yaradırdı ki, infeksiyaya yoluxmanın qarşısı tezliklə alınacaq, kütləviləşməyəcək.
Anaxeber.info yada salır ki, artıq martın əvvəlindən dərslərin dayanması, ilk İranla, sonra bütün qonşularla sərhədlərin bağlanması, apreldə isə fövqəladə rejimə bənzər sərt karantin tətbiq olunması böyük ümidlər doğurmuşdu.
Həqiqətən də mayda nəticə ürəkaçan idi: yoluxma minimuma enmişdi, tədricən ticarət mərkəzləri, restoran-kafelərin fəaliyyəti bərpa olunurdu, metro işinə başlamışdı, həyat axarına düşürdü.
Lakin Operativ Qərargahla TƏBİB-in birgə tələskənliyi ucbatından, bunu özləri də sonralar etiraf etdilər, hədsiz yumşalma və açılım bumeranq effekti verdi, yoluxma kəskin artdı, vəiyyət pisləşdi.
Amma bu səhlənkarlığa, məsuliyyətsizliyə görə OQ və TƏBİB nə üzrxahlıq etdilər, nə ciddi bir tədbirlər həyata keçirməyə başladılar.
Yay mövsümünə gəlincə, əhalini istinin sazağında, boğanaqda evə qapadılar, bölgələrə və çimərliyə buraxmadılar, bunu bizim yaxşılığımız, sağlamlığımız üçün etdiklərinə izah verdilər.
Guya rayonlara və çimərliklərə gediş-gəlişə icazə verilsəydi, yoluxma üç qat artıq olacaqmış. Yalnız mövsümün sonuna yaxın çimərliklərə insanları buraxdılar ki, onda da hava şəraiti dəyişdi, sərinləşdi.
Lakin bu mənasız önləyici adımlar da insanların psixologiyasını pozmaqdan, yerli - yersiz cərimə olunmaqdan, işsizlik və maddi çətinlikdən savayı heç nəyə yaramadı. Beləcə Operativ Qərargah və TƏBİB xalqı barmağına dolamaqla yayı yola verdi.
Anaxeber.info yazır ki, sentyabrın ilk günlərində vəziyyət stabil idi, müəyyən məhdudiyyətlər çərçivəsində proses nəzarətdə saxlanırdı.
Amma bir çox xidmət sahələrində işlər dayanmışdı, insanların əsəbləri tarıma çəkilmişdi. Çünki acı bağırsaq kim uzadılan karantin müddətinin əhalinin psixoloji ovqatına zərbə vurmaqdan başqa təsiri yox idi.
Virusoloqlar, Qərargahın üzvləri və TƏBİB rəsmiləri isə bir ucdan “payız dalğası”ndan danışır, noyabr-dekabr proqnozları verirdilər.
Buyurun, ilin sonuna çatmışıq, az qala 2 milyarda yaxın əhalisi olan Çində gündəlik yoluxma sayı 5-10 nəfərdir, bizsə pandemiyadan qurtula bilmirik.
Buna səbəb infeksiyanın təbii olaraq yeni hücumunun başlamasıdırsa, digər tərəfdən hökumətin gördüyü tədbirlərin effektivizliyidir.
O zaman sual yaranır - martdan bəri tətbiq olunan karantin, iş yerlərinin bağlanması, ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətin əhəmiyyəti nə olub?
Gəlin OQ-la TƏBİB-in, o cümlədən COVİD19-dan da zərərli olan Səhiyyə Nazirliyinin atdığı addımların mənasızlığına baxaq:
Metro bağlanıb ki, yoluxma artmasın, avtobuslarda isə basabasdır və virusun yayılma arealı genişlənir.
Ticarət mərkəzləri, “Mall”lar işləmir, kafe-restoranlar həftənin 5 günü işləyir, iqtisadi fəsadından əlavə heç bir yenilik yoxdur, yoluxma yenə artır.
Həftəsonu bütün xidmət sahələrində iş dayanır, avtobuslar da yoxdur, yalnı market və apteklər açıqdır, hamı evə qapanıb, onsuz da soyuq hava şəraitinə görə əhali meydanlarda, parklarda gəzmir, amma yoluxma yenə artır.
Bundan əlavə, vətəndaşlar yoluxmaq qorxusundan, cərimələnməkdən ehtiyat edərək bilmərrə şəkildə maska taxırlar.
Əvvəlki aylarla müqayisədə indi tək-tük maskasız adam görmək olar. Amma bununla belə yoluxma və ölüm sayı azalmır ki, artır.
Beləcə: hər gün 3500-4000 insan yoluxur, hər gün 35-42 nəfər dünyasını dəyişir, palatalarda çarpayılar çatışmır, təcili tibbi yardımlar çağırışları resurs və operativlik baxımdan çatdırmır, ağır olmayan xəstələrə isə ambulator şəraitdə müalicə tövsiyə edilir.
Üstəgəl, onlara nəzarət mexanizmi çox zəif təşkil olunub və beləliklə, fevraldan bu yana yuxarıda sadaladığımız qadağalara baxmayaraq, xəstəlik durmadan güclənir, Operativ Qərargahla TƏBİB isə tamaşa edir.
Bəs, bu karantin tədbirlərinin mənası nədən ibarət idi? Əgər yoluxmanın qarşısını almaq hədəflənmişdisə, haradadır yoluxmada azalma? İnsanlara işgəncə vermək, psixologiyasını korlamaq kimə, hansı qurumlara lazımdır?
Madam ki, karantin tədbirləri nəticə vermir, o halda İsveç modelinə keçək, hər yer açılsın, hamı yoluxsun, hər kəsdə virusa qarşı immunitet formalaşsın.
Yaxud da fövqəladə rejim elan olunsun, bir adam belə evindən çıxa bilməsin, epidemiya səngiyənə qədər tam izolyasiya şəraitində yaşayaq.
Anaxeber.info bildirir ki, lakin bunların heç biri edilmir, acizlik nümayiş etdirilir, ətrafımızda isə COVİD19 bəlasına yoluxmayanlar qalmır. Demək olar ki, hər kəsin tanıdıqları, qohum-əqrəbası arasında testi pozitiv çıxan insanlar var.
Yeri gəlmişkən, TƏBİB və Səhiyyə Nazirliyi koronavirus testlərinin götürülməsində də millətə məşəqqət yaşadır, taleyin ümidinə buraxır.
Belə ki, pulsuz test götürülməsindən az qala imtina olunur. Təcili tibbi yardım həkimləri tərəfindən götürülən testlər cavabı 3-5 gün sonra verilir. TƏBİB və Nazirlik bəhanə gətirə bilər ki, gündəlik müraciət çoxdur, çatdıra bilmirik.
Amma onların borcudur ki, vaxtında vətəndaşa məlumat versinlər. Bu zaman kəsiyində xəstə COVİD19 olub-olmadığını bilmədən müalicə alır.
Ona görə vətəndaş məcbur qalaraq özəl klinikalara müraciət edir. Özəl tibb mərkəzlərində testin cavabı həmin gün verilir, amma qiyməti 90-120 manat arası dəyişir.
Anaxeber.info bildirir ki,nəticədə testi pozitiv çıxan xəstə əvvəlcə 120 manat xərcə düşür, daha sonra 300-500 manatlıq müalicə kursu keçir, xeyli müddət işsiz qalır və bir ailə böyük fəlakətlə üzləşir. Hətta bir ailədə iki nəfər yoluxanda onların iqtisadi vəziyyətini təsəvvür etmək olmur - dəhşət!
Amma bütün bunlar nə NK yanında Operativ Qərargahı, nə TƏBİB, nə Səhiyyə Nazirliyini maraqlandırır.
Onların missiyası hər dəfə karantin müddətini uzatmaq barədə qərarı açıqlamaq və gündəlik yoluxma sayını elan etməkdir.
Halbuki, vaxtında ölkəboyu tibbi sığorta ilə təmin olunsaydıq, insanların müalicə, maddi imkanlar və düzgün müayinə problemi olmazdı.
Necə ki, Türkiyə, Avropa ölkələri tibbi sığortanın ideal ə mükəmməl faydalarından yararlanırlar.
Əfsus ki, bizim səhiyyəmiz və əhali Şirəliyevlərin, Bayramlıların ümidinə buraxılıb. Özünüzdən muğayat olun!/anaxeber.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Operativ Qərargah: Karantində 3 485 nəfər var

    Operativ Qərargah: Karantində 3 485 nəfər var ...

    27-03-2020, 20:26

  • 
  • Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu

    Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu ...

    30-03-2020, 16:51

  • 
  • TƏBİB: Koronavirusa təkrar yoluxma mümkündür

    TƏBİB: Koronavirusa təkrar yoluxma mümkündür ...

    15-04-2020, 17:49

  • 
  • TƏBİB sədri: "Yoluxma sürətlə artsa, növbəti həftələrdə hərəkət məhdudiyyətləri tətbiq oluna bilər"

    TƏBİB sədri: "Yoluxma sürətlə artsa, növbəti ...

    22-05-2020, 18:10

  • 
  • Koronavirusa yoluxanların sayı son günlər iki dəfəyədək artıb

    Koronavirusa yoluxanların sayı son günlər iki ...

    5-05-2020, 22:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu