“Əziz Azərbaycan xalqı, Türkiyə Azərbaycanın apardığı mübarizəyə lap əvvəldən bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olub”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə həmişə böyük öndər Heydər Əliyevin “Bir millət, iki dövlət" şüarını rəhbər tutmuşuq. Qazi Mustafa Kamal Atatürkün təbirincə, "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir". Bu anlayışla Qarabağı 30 il boyunca sinəmizdə yara etdik. Bu gün bu yaranın sağalmasının sevincini paylaşmaq üçün birgəyik. Azərbaycanın ərazilərini işğaldan azad etməsi mübarizənin bitmiş mənasına gəlmir. Bu günədək siyasi və hərbi sahədə aparılan mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək”, - o qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?