GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şirvan Kərimov könülləri necə "OVSUNLAYIR"... - İDDİA

Şirvan Kərimov könülləri necə "OVSUNLAYIR"... - İDDİA

Tarix: 28-12-2020, 09:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 355
Şirvan Kərimov könülləri necə "OVSUNLAYIR"... - İDDİA


Ötən il dekabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu imzalaması, yəqin ki, hamının yadındadır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25.12.2019-cu il tarixli, 899 nömrəli Fərmanı ilə, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti isə, Diasporla İş üzrə Dövlət Komitəsinə verildi.

Elə, bundan sonra da, bu qurumun təqdimatı ilə, dünyanın bir çox ölkələrində yaşayan və Azərbaycanın diaspor siyasətinə böyük töhfələr verən yüzə yaxın həmyerlimizin “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunması barədə xəbərlər aldıq. Bu günlərdə də, Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən bir qrup diaspor təşkilatı üzvlərinin və diaspor fəallarının bu medala layiq görülmələri ilə bağlı araz.az xəbər portalına daha bir məlumat daxil oldu.
Doğrusu, bu xəbər saytımızın bütün kollektivi üçün sevindirici oldu, lakin diqqətimizi bu medala layiq görülənlər arasında bəzi ölkələrdə diasporumuzun liderləri kimi özlərini qələmə verən və reputasiyası təmiz olmayanların adlarının yer aldığı çəkdi və bu, bizi çox təəccübləndirdi. Çünki bu "diaspor fəallarının" yaşadıqları ölkələrin Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyaların yayılmasında, eləcə də doğma dilimizin və mədəniyyətimizin xarici ölkələrdə təbliğində, doğma Vətənimizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında yaxşı mənada yadda qalası xidmət və rolları barədə, indiyədək, əlimizdə hansısa bir məlumatımız olmayıb.
Onlardan biri də, 15 ildən çoxdur ki, Rusiya Federasiyasının Samara vilayətindəki Azərbaycan diaspor təşkilatını əlindən buraxmayan və indiyədək ona heç bir uğur qazandırmayan Şirvan Kərimovdur. Haqqında çoxsaylı ölkə mətbuatı kimi, eləcə də bütün ölkələrdəki, ələlxüsus Rusiyadakı diasporumuzun işləri ilə daim maraqlanan bir mətbu orqan olaraq, araz.az saytı da nələr yazmayıb?! Bir sözlə, "Şirvan Kərimov kimdir?" sualına ətraflı cavab tapmaq üçün, araz.az-ın onun haqqında dərc etdiyi həmin yazıları oxumağınız kifayətdir. Onun iç üzünü açan əksər yazılarda, o, "sapı özümüzdən olan balta", yarımədəni bir insan kimi təqdim edilib və xüsusi olaraq o vurğulanıb ki, Azərbaycan diasporu belələrindən yaxa qurtarmalıdır. Əks təqdirdə, heç bir hörmətli azərbaycanlı onun tutub, əlindən buraxmadığı Rusiya Azərbaycanlıları Liqasına gəlməyəcək. Çünki Samarada fəaliyyət göstərdiyi müddət ərzində Şirvan Kərimov yalnız intriqalar yaratmaqla, diasporumuzu parçalayan bir adam kimi yadda qalıb. Bir sözlə, diasporumuzun işinin normal inkişafına əngəl yaradan xaricdəki nüfuz sahibi olan soydaşlarımıza qarşı iyrənc planlar əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyaları, düşünülmüş şəkildə ortaya "səpilən qarşıdurma toxumları", eləcə də ortadakı saysız-hesabsız intriqa və ədavətlər onun adına yazılıb. Onun bu əməlləri, həm də, düşmən "dəyirmanına su tökməkdən" betər bir biabırçılıq , milli diasporumuzun tarixinə qara ləkə vurmaq kimi qeyd olunub. Özünə, ailəsinə, xalqına sayğı duyan hər kəs, Şirvan Kərimovun belə bəd və murdar əməllərinə qarşı həmişə vaxtında reaksiya göstərib.
Həmin yazılarda o da xüsusi vurğulanıb ki, Şirvan Kərimov rəhbəri olduğu təşkilat adından, heç vaxt ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verməyib. Bu azmış kimi, saxtakar erməni tarixçisinə Istinad etməklə, milli maraqlarımıza ciddi zərbələr vuran çıxışlar edib. Hətta erməni sevgisi hədsiz güclü olan Şirvan Kərimov Samarada buraxdığı "Ocaq" adlı mətbu nəşrdə Azərbaycan dövlətinin atributlarını, rəmzlərini, eləcə də məsul vəzifələrdə çalışan soydaşlarını təhqir etməkdən belə çəkinməyib. Millətimizin qatı düşməni, Ermənistan adlı murdar bir dövlətə bir vaxtlar rəhbərlik edən Serj Sarkisyanla sevinclə badə qaldıran da, elə, o, olub.
Bizim əsas məqsədimiz kimisə ittiham etmək, kimisə qaralamaq, kiminsə fəaliyyətinə kölgə salmaq deyil. Biz, sadəcə, onu demək istəyirik ki, reputasiyası təmiz olmayan bir təşkilat rəhbərinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov niyə dəstək verir?! Maraqlıdır, Fuad Muradov kifayət qədər böyüklükdə olan Rusiyada Şirvan Kərimovdan başqa diaspor lideri tapmadı ki, həmin medalı ona versin?! Axı, bu adamı Samarada olan soydaşlarımızın heç biri lider kimi qəbul etmir. Özü də, o və əlində alətə çevirdiyi təşkilatı Vətən müharibəsi başlayan gündən, Azərbaycan Prezidentinin çağırışına cavab olaraq, dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə yürüş-mitinqlər keçirəndə də, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlananda da, dünyanın hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı müxtəlif dillərdə məlumatlar yayılanda da susmuşdu. Lakin açıq-aşkar göründüyü kimi, dövlətin ayırdığı vəsaitlər, mükafatlar görülən işə görə deyil, yaxınlığa, dostluğa və başqa şəxsi məqsədlərə yönəldilir.
Axı, diaspor da millətin ordusudur -- Qarabağda tarixi zəfər çalan Milli Ordumuzun bir qoludur. Amma millətin və dövlətin xarici ölkələrdəki təmsilçisi olan bu ordu kimlərinsə əlində siyasi alətə çevrilməməlidir.
Özünüz deyin, Azərbaycanın Samara boyda böyük bir vilayətdəki diasporunun taleyi ilə oynayan və Rusiya Azərbaycanlıları Liqası adı altında milli maraqlarımız əleyhinə getməkdən çəkinməyən, diasporumuzun imicinə yalnız böyük ziyanlar vuran bu şəxs medala layiqdir, yoxsa cəzaya?!/araz.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Milli Məclis sonuncu plenar iclasını keçirəcək

    Bu gün Milli Məclis sonuncu plenar iclasını ...

    3-12-2019, 10:18

  • 
  • Milli Məclisin növbəti iclası başladı

    Milli Məclisin növbəti iclası başladı ...

    2-10-2020, 11:51

  • 
  • Milli Məclisin iclası başladı

    Milli Məclisin iclası başladı ...

    24-11-2020, 11:59

  • 
  • Azərbaycanın 3 601 hərbçisi “Vətən uğrunda” medalı ilə təltif edilib

    Azərbaycanın 3 601 hərbçisi “Vətən uğrunda” ...

    15-12-2020, 21:14

  • 
  • Özəlləşdirmə qanununda dəyişiklik edildi

    Özəlləşdirmə qanununda dəyişiklik edildi ...

    28-11-2013, 21:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu