GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Mehdiyevin AMEA-sında pardaxlanan YEYİNTİ... - İTTİHAM

Ramiz Mehdiyevin AMEA-sında pardaxlanan YEYİNTİ... - İTTİHAM

Tarix: 29-12-2020, 13:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 619
Ramiz Mehdiyevin AMEA-sında pardaxlanan YEYİNTİ... - İTTİHAM


Azərbaycanda əksər dövlət qurumlarının rəhbərliyinin “ailə podratı”na çevrilməsi barədə dəfələrlə söz açılmışdır. Belə ki, əksər hallarda kiçik ştatı olan dövlət müəssisələrinə gətirilən rəhbər şəxs az keçmir ki, qohum-əqrabasını, tanışını rəhbərlik etdiyi təşkilatda müxtəlif yüksək vəzifələrə yerləşdirir. Ən acınacaqlısı isə budur ki, belə xoşagəlməz hallar çox zaman qeyri-xidmət sahələri üzrə fəaliyyət göstərən təşkilatlarda, əsasən də elmi profilli dövlət müəssisəsində rast gəlinir.

Hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, Azərbaycan elminin ləng inkişafının başlıca səbəbi də elmi təşkilatlarımızda aparıcı vəzifələri rəhbər şəxsin ona yaxın olan kəslərə, hətta eyni ailədən olan şəxslərə “pay-püş” etməsidir. Əfsus ki, məsələ bununla da yekunlaşmır. Elmi institutlarımızda baş verən bu cür silsilə haqsızlıqlar illərlə elm yolunda, sözün əsl mənasında, külüng vuran, dövlətdən aldığı cüzi məvacibin müqabilində əsl elm adamı kimi işinə vicdan və məsuliyyətlə yanaşan alimləri sonadək təqib edir. O cür alimlərimiz, xüsusən də gənc nəslin nümayəndələri beynəlxalq konfranslara, simpoziumlara göndərilmir.

GundemXeber.Az AzFakt.com-a istinadla bildirir ki, yüksək vəzifələri bölüşdürülən təşkilatlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Elm ocağı yoxsa korrupsiya yuvası?

Sovetlər dönəmindən Azərbaycanın müstəqilliyinə qovuşduğu ilk illərə qədər Ulu öndər Heydər Əliyevin, sonrakı dövrlərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan MEA, rəhbərlərliyində olan səriştəsiz şəxslərin ucbatından demək olar ki, ona göstərilən qayğı və diqqəti doğrulda bilmədi. Elmi institutların müəyyən şəbəkələşmiş qruplar arasında bölünməsi, şəxsi maraqların önə çəkilməsi, bəzi hallarda korrupsiya və rüşvətxorluq böyük və əzəmətli tarixi olan Milli Elmlər Akademiyasının “çarxına” saplanaraq onu dünyada gedən sürətli elmi uğurlardan geri saldı.

Bu yazıda Azərbaycan MEA-da baş verən neqativ hallardan ümumiləşdirilmiş şəkildə deyil, daha konkret danışmağa çalışacağıq. Əlbəttə, Azərbaycan MEA-da uzun illərdən bəri yaşanan xoşagəlməz halları bir yazıya sığdırmaq mümkünsüzdür. Bununla belə, çalışacağıq ki, müqəddəs elm məbədinin çırağını söndürənlərin kimlikləri barədə az da olsa xalqımıza məlumat verək.

AMEA-da “humanitar yeyinti”

Azərbaycan MEA-nın strukturları barədə hazırlayacağımız silsilə yazıları öncə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan başlayacağıq. Qeyd edək ki, bu instituta 2014-cü ildən etibarən akademik Teymur Kərimli rəhbərlik edir.

T.Kərimli bundan əvvəl 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra etmişdir. Elə o dönəmlərdə də həmin İnstitutda adı müxtəlif qalmaqallarda hallanan T.Kərimli 2014-cü ildə Əlyazmalar İnstitutunun direktoru seçiləndən sonra belə, ona olan böyük ümidləri doğrultmadı. Qeyd edək ki, Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra etməklə yanaşı, Azərbaycan MEA Humanitar elmlər bölməsinin akademik katibidir. Bu isə T.Kərimliyə Humanitar elmlər bölməsinə daxil olan bir çox elmi müəssisələri də nəzarətdə saxlamaq imkanı verir.

Aparılan çoxsaylı müşahidələr göstərir ki, akademik T. Kərimli bu işinin öhdəsindən də “bacarıqla” gəlir. Əldə olunan məlumatlara əsasən, Hüseyn Cavidin Ev Muzeyi T.Kərimlinin bilavasitə nəzarəti altındadır. Muzeyin direktoru Gülbəniz Babaxanlı ilə yaxın qohumluq münasibətləri olan T. Kərimli burada görülən hər bir işə ən xırda detallarına qədər nəzarət edə bilir. Belə ki, muzeydə keçiriləcək tədbirlər, simpoziumlar, elmi tədbirlər, yubileylər, nəşrə hazırlanan kitablar, elmi jurnallarda dərc ediləcək məqalələr birbaşa T.Kərimlinin göstərişi əsasında həyata keçirilir. Hətta, bəzən həmin müəssisədə dövlət hesabına keçirilən tədbirlər, banketlər ən kiçik məclislər şəklində yola verilir, orada isə iştirak hüququnu elmə xidmət edənlər yox, Kərimli və Babaxanlı “ittifaqına” “sədaqətlə” xidmət edənlər, vəfalı olanlar qazanırdı.

Digər maraqlı məqamlardan biri də, müstəqil olaraq muzeyin həyata keçirdiyi dövlət satınalmaları ilə bağlıdır. Azərbaycan MEA-nın digər elmi müəssisələrində olduğu kimi, Hüseyn Cavidin Ev Muzeyinin sifarişçi olduğu dövlət satınalmalarında da son dərəcə ciddi, şübhəli məqamların olduğu şəksizdir.

Əlyazmalar İnstitunda Kərimli-Kəngərli tendemi

Akademik Teymur Kərimlinin direktoru olduğu Əlyazmalar İnstitutunda da vəziyyət Hüseyn Cavidin Ev Muzeyindəki vəziyyətdən fərqlənmir. Əlyazmalar İnstitutunda da T.Kərimli və müavini Aybəniz Kəngərli (Aybəniz Kəngərli Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının bacısıdır) “ittifaqına” beyət etməyən elm adamları dövlətin verdiyi bütün imtiyazlardan kənarda qalırlar.

İnstitutun elmi işçilərinin yubiley tədbirləri, xüsusi günlərdə verilən maddi yardımlar rəhbərliyə yaxın şəxslər arasında bölüşdürülür.
Hər il institut cari və əsaslı təmir adı altında satınalmalar həyata keçirir. Dəyəri 50 min manata qədər olan satınalmalarda isə görülən işlər kosmetik xarakterli, bütünlüklə bir neçə min manatlıq işlərdən ibarət olur. Digər vəsaitlər isə tamamən mənimsənilir.

Əlyazmalar institunda onlayn sərgilərin təşkilində və tədqiqatların aparılması məsələlərində də vəsaitlərin şişirdilməsinə, mənimsənilməsinə yol verildiyi deyilir. Bundan əlavə, Əlyazmalar İnstitunda tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin toplanması, sistemə salınması, kataloqlaşdırılması və elektronlaşdırılması işlərində də müəyyən maxinasiya hallarına yol verildiyi iddia edilir.

Məsələ ilə bağlı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəhbərliyinin münasibətini örgənməyə çalışsaqda, suallarımıza və sorğularımıza cavab verən tapılmadı.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO

    Elmi İnstitutda "travmotoloji bazar" - ...

    16-07-2019, 16:40

  • 
  • AMEA-nın şöbə müdiri Ramiz Mehdiyevi İTTİHAM ETDİ

    AMEA-nın şöbə müdiri Ramiz Mehdiyevi İTTİHAM ETDİ ...

    23-09-2020, 15:40

  • 
  • AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ

    AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ ...

    4-06-2013, 17:38

  • 
  • Ramiz Mehdiyev açıqlama verdi

    Ramiz Mehdiyev açıqlama verdi ...

    12-05-2020, 18:33

  • 
  • Məmurlara elm qadağası

    Məmurlara elm qadağası ...

    6-12-2012, 12:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu