GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəhid anası kimlərdən narazılıq edir... - "Sonradan öyrəndim ki..."

Şəhid anası kimlərdən narazılıq edir... - "Sonradan öyrəndim ki..."

Tarix: 13-01-2021, 11:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 382
Şəhid anası kimlərdən narazılıq edir... - "Sonradan öyrəndim ki..."


İmişlidə yaşayan 80 yaşlı Şəkər Həmidovanın oğlu Birinci Qarabağ Müharibəsində həlak olub. Deyir, elə 1993-cü ildən də şəhid ailəsi kimi ev növbəsinə durub. İl olub 2021, hələ də ona düşən ev payını ala bilməyib: “Oğlum Əli Hümbətov 1992-ci ildə şəhid olub. Könüllü getmişdi. Öləndə 19 yaşı var idi. Həyatını yaşamadı, arzuları yarımçıq qaldı. Bir ana üçün bu nə deməkdir, yəqin təsəvvür edərsiz. Əvvəllər utandığımdan heç nə istəmirdim. Ev növbəsinə belə güclə yazdırmışdılar. Amma zamanla ailəm böyüdü, ehtiyaclar artdı. 2 otaqlı evdə 7 nəfər yaşayırıq, yaşlı adamam, mənə çox çətindir, dözə bilmirəm. Bir neçə il olar ki, növbəsinə yazıldığım evlə maraqlanmağa başlamışam”.

GundemXeber.Az DİA.AZ-a istinadla bildirir ki, n məlumatına görə, Şəkər Həmidova deyir ki, 1993-cü ildən bu yana İmişlidə şəhid ailələrinə 2 dəfə ev paylanıb. Bu ailələr üçün Araz çayının yaxınlığında çox gözəl, şəraitli binalar tikilib. Ancaq siyahıda adı 2-ci olduğu halda ona ev düşməyib: “Sonradan öyrəndim ki, növbənin gəlib çatması üçün hörmət etməlisən. Mənim də o imkanım olmayıb heç vaxt. Amma bu son ildə şəhid ailələrinə qanpulu ödəndi, 11 min manat. Onu da götürüb getdim icra hakimiyyətinə. Dedim, indi mənim də pulum var, götürün, mənə düşən evi verin. Bilmirəm, nə bəladır, götürmədilər. Sonradan öyrəndim ki, hazırda fondda ev yoxdur. Gərək yenidən tikilə. Mənim burda nə qədər ömrüm qalıb? Bir az rahat yaşamaq istəyirəm. Yəni dövlətin şəhid anasına bir ev almağa pulu yoxdur?”

Şəkər Həmidova fikirdən, ağrıdan yaddaşının zamanla zəiflədiyini deyir. Ancaq ana oğlunun gedişini bugünkü kimi xatırlayır: “Deyirdi: “Ana, vətəni özüm qoruyacam. Adam vətəni ağır vəziyyətdə qoyub, evdə oturarmı?: Bu gün kimi yadımdadır. Sahədə işləyirdim, pambıq yığırdım. Gəldi ki, gedirəm cəbhəyə. Dedim, bala, gəl səni öpüm, qucaqlayım. Dedi: “Yox, görüşmək, sağollaşmaq ayrılıq gətirər. Ana, şirin xatirələrdən xəbər al məni”. Dedi və getdi. Bir də balamın üzünü görmədim”.

Ana deyir ki, oğlu cəbhəyə gedəndə əsgərliyini çoxdan başa vurubmuş. Cəbhəyə könüllü gedib: “O gün getmişdim, gördüm ki, qəbri partlayıb, tökülüb, heç onu da bərpa etmirlər”.
“Şuşa və Laçında 7 ay vuruşub. Ancaq Füzulidə həlak olub. İmişlinin 3-cü şəhidlər xiyabanında dəfn edilib. O gün getmişdim. Gördüm ki, qəbri partlayıb, tökülüb. Heç onu da bərpa etmirlər. Yağan yağış üstünə tökülür balamın”.

Şəkər Həmidova deyir ki, evlə bağlı problemi haqqında yazmadığı qurum qalmayıb. Məktublar göndərib, aldığı cavablarda isə problem yerli icra hakimiyyətinə yönləndirilib, ancaq onlar da bir addım atmayıblar: “Birinci ev paylayanda mənə dedilər ki, gələn dəfəyə qaldın. Sonrakı hər gələn dəfələrdə də mənim növbəm gəlib çıxmadı. Şikayətlər etmişəm, ancaq baxan yoxdur. Bir göz ev istəyirəm, çox yox. Buna görə Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazmışam. Nə bir normal cavab verən var, nə də kömək edən. Elə gələn bir cavab var: “Məktubunuzu aldıq, araşdırırıq”. Budur 30 ildir araşdırıb qurtara bilmədilər”.

Ananın Əlidən sonra daha 2 övladı var. Onlardan biri Əfqanıstan müharibəsi iştirakçısıdır. Həmin müharibədə əlillik qazanıb. Həm də dializ xəstəsidir: “Ona da heç bir güzəşt edilməyib. Hamımız bir balaca evin içində yaşayırıq. Digər oğlum isə Rusiyada yaşayır. Ev dərdindən vətənə gəlmir. Mən də məcbur qalmışam, küçədə, binanın önündə bir əl damı tikdirmişəm. Gündüzləri başımı götürüb gəlirəm bura. Rütubətlidir, amma beynimi dincəldirəm. Mənə deyirlər ki, sənin evin var. Bu evdir? Yaxşı o ev verilən şəhid ailələri küçədə yaşayırdı? Onların da evi vardı də, amma daha şəraitli, yaxşı ev verdilər”.

Şəkər Həmidova müharibələrdən, onların gətirdiyi fəlakətlərdən çox bezib. Atası II Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədə yaralanıb. Onun aldığı xəsarətin altını illərlə bütün ailəsi çəkib: “Baldırının əti yox idi. Güclə yeriyirdi. Daim köməyə ehtiyacı olurdu. Kəndə qayıdandan xeyli sonra ona medal gəldi. Məktub göndərdilər ki, get götür. Atam getmədi. Cavabı da bu oldu ki, o odu-alovu görmüşəm, mənə bəsdir, orden-medal nəyimə gərəkdir. Bu ağrı-acını unutduracaqsa, gedim götürüm. Əlilliyimə çarə olacaqsa, indi, bu dəqiqə gedib götürüm. O medal mənə lazım deyil. Kimə lazımdır o getsin götürsün. Bax belə, biz müharibələrdən, şəhidlikdən, əlillikdən istifadə etmədikcə, bizim haqqımızı yeyirlər”.

Şəkər Həmidova həyat yoldaşını oğlundan bir az sonra itirib. Deyir, başını oğlunun tabutuna vurmaqdan xəstə düşdü: “Sonra da fikirdən zaman-zaman əridi, getdi. Necə dərd çəkməyəsən?Övladlarımın içinin ən yaxşısı idi o. Quru yurda getsə, çörəklə qayıdardı. Digərləri çörək qazanan deyil, savadsızdırlar və bu gün mənim hesabıma dolanırlar. Nəvəmi boğazımdan kəsib müəllim yanına göndərirəm ki, təhsili olsun”.

Şəkər Həmodova deyir ki, işdir, şikayətini eşidib ona ev bağışlasalar, orada nəvəsi ilə yaşamaq istəyər: “Başımızı götürüb gedərik o evə. Ömrümün sonunu rahat, sakitçiliklə keçirərəm. Problemlərdən, səs-küydən uzaqda, rahat”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid qızı olan tanınmış aktrisa prezidentə müraciət etdi

    Şəhid qızı olan tanınmış aktrisa prezidentə ...

    17-04-2019, 13:34

  • 
  • "Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir" - Şəhid ailəsindən NARAZILIQ

    "Tovuz rayon İcra Hakimiyyəti bizi ...

    5-01-2021, 12:31

  • 
  • Binəqədi RİH-dən şəhid atasına şok cavab

    Binəqədi RİH-dən şəhid atasına şok cavab ...

    5-05-2016, 18:30

  • 
  • Şəhid olan hərbçilərin ailələrinə 11 min manat pul verilir

    Şəhid olan hərbçilərin ailələrinə 11 min manat ...

    11-02-2014, 12:12

  • 
  • “Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovub

    “Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol ...

    24-10-2017, 22:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu