GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Alimpaşa Məmmədov hələ də öz ampulasındadır - İTTİHAM

Alimpaşa Məmmədov hələ də öz ampulasındadır - İTTİHAM

Tarix: 15-01-2021, 12:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 600
Alimpaşa Məmmədov hələ də öz ampulasındadır - İTTİHAM


Rayon icra Hakimiyyəti başçılarının həbs dalğası başlayandan sonra dövrü mətbuatın “növbəti” nominasiyası üzrə ən çox adını hallandırdığı namizədlərdən biri də Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur. Amma uzun müddətdir ki,haqqında yazılanlara baxmayaraq sözügedən şəxsin “yaxın zamanı” gəlib çatmaq bilmir. Yəni, Alimpaşa Məmmədov hələ də öz ampulasındadır.

Hüquq mühafizə orqanları tərəfindən hələ 2019-cu ildə Şəmkir rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyevın saxlanılması ətrafında yaranmış ajiotaj Alimpaşa Məmmədovdan bir başçı kimi nəinki yan keçdi, hətta birlik rəisinin yenidən iş başına qayıtması ilə nəticələndi. Bu gün Teymur Hacıyev də öz ampulasındadır. Deyilənlərə görə ötən il Bakıdan birliyin fəaliyyətini yoxlamağa getmiş “DOST” Agentliyinin işçilərinin qarşısına Teymur Hacıyev ictimai işlərə cəlb olunmuş kimi onlarla manikürlü, pedikürlü xanım çıxarıb. Hansı ki,həmin manikürlü, pedükürlü xanımlar güya Şəmkir şəhərinin küçələrində təmizlik işləri aparırlar. Halbuki evlərində oturub Teymur Hacıyevin verdiyi kartdan pul çıxarırlar.Belələrinin sayı məlumatlara görə yüzlərlədir. Onların işini isə beş-on nəfər kasıb-kusub görür.

Bunları qoyaq bir kənara. Hələ 2019-cu ildə, Şəmkir rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyevın saxlanılması xəbəri yayılmamışdan on gün əvvəl Alimpaşa Məmmədovun əmri ilə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş Pərviz İbrahimov da deyinlərə görə bu kimi işlərdən geri qalmır. Vaxtı ilə,hələ gənc yaşlarından Şəmkir kimi bir rayonun İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışmış Pərviz İbrahimovu hamı Alimpaşa Məmmədovun kadrı kimi tanıyır.Onun daha kimə bağlı olduğunu da biz bilirik. Növbəti yazıların birində onu da açıqlayacıq. O ki qaldı, İcra başçısı ilə 35 yaşlı bu gənc kadrın gördüyü işlərə?

Aktualinfo.org Alimpaşa Məmmədovun başçılığı altında Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2020-ci ildə keçirdiyi kotirovka sorğuları ətrafında araşdırmalar aparıb.Burada dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinin pozulması halları başdan aşır.Biz onların bir qismini diqqətinizə çatdırırıq,nəticəni özünüz çıxarın.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi keçirdiyi bir neçə kotirovka sorgusunun nəticələrini 31.12.2020-ci il tarixdə açıqlayıb. Qeyd edək ki, nümayəndəlik sair torpaq, tikili və avadanlıqların satın alınması (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar və s.) üzrə keçirdiyi kotirovka sorğusunda “Qafqaz Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə və 34 296.07 manat dəyərində müqavilə bağlayıb.

Nümayəndəliyin maşın və avadanlıqların satın alınması üzrə keçirddiyi kotirovka sorğusunun da qalibi “Qafqaz Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 37 997 manat dəyərində müqavilə bağlanılıb.

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üzrə 7994.5, dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə isə 8928.1 manat dəyərində müqavilələr də “Qafqaz Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Göründüyü kimi nümayəndəlik ayrı ayrı işlərin görülməsi üzrə bir MMC ilə ümumi olaraq 89 215 manatlıq müqavilə bağlayıb.

Şəmkir şəhər 7 saylı körpələr evi uşaq bağçasının cari təmiri işləri üzrə 29965.01 manat,Şəmkir şəhər 7 saylı körpələr evi uşaq bağçasında təmir işləri üzrə 57846.61 manat dəyərində satınalma müqavilələri “ANTİK-20” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb ki,ümumi olaraq 87 811 manat təşkil edir.

Nümayəndəlik tərəfindən Şəmkir şəhər S.Vurğun 277, 155/4, 155/8, 141/7, Çinarlı qəsəbə A.Mürşüdov 11/4, Şəhriyar 34 ünvanlarında dam örtüklərinin dəyişdirilməsi və Çinarlı qəsəbə S.Vurğun 160, Şəhriyar 48 ünvanlarında təmir işlərinin satın alınması üzrə 119 410.55 manat satınalma müqaviləsi isə “SH MEMORIAL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Bu həmin “SH MEMORIAL” MMC-dir ki,19.05.2020-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin Şəmkir rayonu, Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2(iki) ədəd liftin alınması və quraşdırılması işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olmuşdu və 104 854.8,yəni hər biri 52 min manata iki liftin alınmasına müqavilə bağlamışdı.Aprelin 1 də yaradılmış MMC ilə mayın 19-da müqavilə bağlamaq satınalmalar haqqında qanunun tələblərinə nə dərəcədə uyğundur?

İndi isə Şəmkir rayonunda iş görən MMC-lərə diqqət yetirək.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QAFQAZ-GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 11.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏMKİR RAYONU, DƏLLƏR ÇƏYİR qəsəbəsi,qanuni təmsilçisi kimi Cəfərov Cəfər Etibar oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ANTİK-20″ Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 11.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏMKİR RAYONU, DƏLLƏR ÇƏYİR qəsəbəsi,qanuni təmsilçisi kimi Cəfərov Cəfər Etibar oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında”SH MEMORIAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 01.04.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏMKİR RAYONU, DÜYƏRLİ qəsəbəsi,qanuni təmsilçisi kimi Cavadov Pərvin Fərhad oğlu qeyd edilib.

09.06.2020-ci il tarixdə Şəmkir şəhəri Həzi Aslanov, Səməd Vurğun, M.Ə.Sabir, küçələrində abadlıq işlərinin satın alınması üzrə keçirilmiş müsabiqədə Şəmkir Rayon İcra Hakimiyyətinin 498 901.23 manat müqavilə bağladığı “QAFQAZ TƏMİR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti də yuxarıda qeyd etdiyimiz şəxslərə,yəni bir ailənin digər üzvünə,Cavadov Fərhad Kamal oğluna məxsusdur.

Alimpaşa Məmmədovun daimi işbirliyi qurduğu şirkətlərdən biri də “GREAT VAY” Məhdud Məsuliyyətli Cəmiyyətidir ki,Şəmkir şəhərində Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Mirzə Fətəli Axundov, Həsən Əliyev küçələrində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə elan olunmuş açıq tenderdə 795 783.22, Şəmkir rayon Kür qəsəbə M.Ə.Rəsulzadə, V.Xuluflu, S.Vurğun, N.Nərimanov, Şəhriyar və Şəmkir şəhər Şahlar Musayev, M.Ə.Rəsulzadə küçələrində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə 554 241.46 manat müqavilələr bağlanılıb.Bu MMC-nin qanuni təmsilçisi rayonun Yuxarı Seyfəli kənd sakini Qasımov Qabil Qasım oğludur ki,adına yaratdığı bir neçə MMC ilə demək olar Şəmkirdə bir çox iri həcmli tenderlərin daimi qalibi olub.

Göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin keçirdiyi kotirovka sorğularının mütləq qalibləri rayon İcra Hakimiyyəti tərəfindən keçirillmiş tenderlərin qalibləri ilə eynilik təşkil edir.Burada daha çox diqqət çəkən məqam hansılardır? Hər ikisi tender elanlarından bir-iki ay əvvəl, həm də eyni gündə yaradılan MMC-lərin,”Qafqaz Group” və “ANTİK-20” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin bir nəfərə məxsus olması və bir ayın içində ayrı-ayrı işlərin görülməsi üzrə ümumi olaraq 177 min manat dəyərində müqavilələrin bağlanılmasıdır. Qanuni təmsilçilərinin ata-oğul olduğu digər MMC-ləri də burada görməmək mümkün deyil. Bu şəxslərin ayrı -ayrı kəndləri hüquqi ünvan göstərmələri və Mərkəzi Seçki Komissiyasının seçicilərin adbada siyahısında sözügedən şəxslərin bu ünvanlarda daimi qeydiyyatda olmamaları İcra Hakimiyyətinin keçirdiyi bütün tendrləri artıq şübhə altına ailmış olur.Yəni hər şey formal olaraq təşkil edilir,Alimpaşa Məmmədov isə hələ də öz ampulasındadır./Aktualinfo.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı ağır qəzaya düşdü - Alimpaşa Məmmədov + FOTO

    İcra başçısı ağır qəzaya düşdü - Alimpaşa ...

    3-04-2017, 15:42

  • 
  •  Başqalarını Bakıya çağırmırlar, arxasınca Bakıdan gəlirlər... - Daha bir başçı hədəfdə

     Başqalarını Bakıya çağırmırlar, arxasınca ...

    26-05-2020, 11:15

  • 
  • Şəmkir icra başçısının həbsi gözlənilir - İDDİA

    Şəmkir icra başçısının həbsi gözlənilir - İDDİA ...

    9-06-2020, 20:35

  • 
  • Şəmkirin icra başçısı müavinini işdən çıxardı

    Şəmkirin icra başçısı müavinini işdən çıxardı ...

    5-11-2014, 16:29

  • 
  • Şəmkir İcra Hakimiyyətinin yanında inəklər otlayır – “İstiqlal” parkında biabırçı mənzərə

    Şəmkir İcra Hakimiyyətinin yanında inəklər ...

    20-05-2019, 12:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu