GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vüqar Səfərli Əli Həsənovu "baqaja qoyacaqmı"? - O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...

Vüqar Səfərli Əli Həsənovu "baqaja qoyacaqmı"? - O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...

Tarix: 16-01-2021, 10:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 492
Vüqar Səfərli Əli Həsənovu "baqaja qoyacaqmı"? - O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olduğu gündən mediada yeni ziddiyətlərin əsası qoyuldu. Media qurumları ilə Fond rəhərliyi arasında daim müxtəlif məsələlərə görə narazılıqlar yaranırdı.

Bəzən, bu qalmaqallar mətbuat səhiflərinə də çıxır, "yuxarıdan" edilən təzyiqlərdən sonra yığışdırılırdı. Narazılıqlar əsasən qəzetlərin media layihələrində iştirakına imkan verilməməsi, jurnalistlər arasında keçirilən müsabiqələrdə yol verilən ədalətsizliklər, mənzillərin ehtiyac üzrə paylanmaması və s. ibarət idi.

KİVDF-yə qarşı ittihamların xarakteri 2013-cü ildən - jurnalistlər üçün Bayılda, Salyan yolu 22 ünvanda inşa edilən birinci bina istifadəyə veriləndən sonra dəyişdi. Artıq Fond rəhbərliyi korrupsiyada, israfçılıqda, mənimsəmələrdə ittiham edilməyə başladı. Çünki 155 mənzilli binanın tikintisinə büdcədən 22.5 milyon manat vəsaitin xərclənməsi barədə Fondan verilən açıqlama heyrət və qəzəb doğurmuşdu.

Bu rəqəm orta hesabla büdcəyə iki, üç otaqlı mənzilin 140-145 min manata başa gəlməsi demək idi. 2013-cü ilin bazar qiymətləri ilə hesablasaq, çəkilən xərcin dəyəri azı 3-4 dəfə şişirdilmişdi.

Bakıda bina tikən məşhur tikinti şirkətlərindən birinin sahibi o zaman mətbuata bildirmişdi ki, 22.5 milyon manata 155 mənzilli 4 bina tikib təhvil verə bilər, üstəlik, sakinlərə məktəb də hədiyyə edər. Özünün qazancına gəldikdə, iş adamı 1.5-2 milyon manat təmiz mənfəət əldə etməyin mümkün olduğunu vurğulamışdı.

"Bir halda ki, bina dövlət sifarişi ilə jurnalistlə üçün tikilir, deməli torpağa və nəzarətçi qurumlara heç bir "haqq" ödənilməyəcək. Belə olan halda təmir də daxil olmaqla bir kvadrat metr orta hesabla 350-400 manata başa gəlir", - iş adamı qeyd etmişdi.

Bu qalmaqaldan sonra Fond 255 mənzilli ikinci və üçüncü binanın tikintisinə çəkilən xərcləri ictimaiyyətə açıqlamadı. Prezidentin müvafiq sərəncamlarından məlum olur ki, binaların hər birinə 38-40 milyon manat vəsait ayrılıb. Mənzillər paylandıqdan sonra jurnalistlər binada dövlət vəsaitlərinin necə amansızlıqla talan edilməsinin əyani şahidi oldular. Çünki evlər istisnasız olaraq ən keyfiyyətsiz tikinti materialları ilə təmir edilmişdi. Döşəmələr betonun üzərinə düzülmüş keyfiyyətsiz laminatdan ibarət idi. Divarları isə bazarda 2-3 manata satılan divar kağızları bəzəyirdi. Hamam aksesurları, kombilər, boru xətləri, qapılar da Çinin ən ucuz məhsullarından idi.

Sonradan məlum olmuşdu ki, binanın tikintisi zamanı Fondun rəhbəri Vüqar Səfərli Çinə səfər edib həftələrlə orada qalaraq, bu keyfiyyətsiz, amma ucuz materialların alınıb Azərbaycana göndərilməsini təşkil edibmiş.

Nəticədə jurnalistlərin az-çox maddi imkanı olanları mənzilləri yenidən təmir etməyə məcbur oldu, bu zaman binaların həyətində ürəkağrıdan mənzərə yaranmışdı. Çünki hər gün həyətdə təmir zamanı evdən çıxarılan - Vüqar Səfərlinin Çindən gətirdiyi tikinti materiallarından ibarət "dağ" yaranırdı.

Jurnalistlər büdcəyə milyonlara başa gələn bu materialları bir gün də istifadə etmədən söküb zibilliyə atırdılar. Korrupsiyanın fəsadları binalarda bu gün də özünü göstərir. Liftlərdə tez-tez problemlər yaranır, kommunikasiya şaxtaları düzgün quraşdırılmadığından, küləkli havada evlərdə uğultudan dayanmaq olmur, pəncərələr də küləyə davam gətirmir. Binanın fasadına vurulan üzlüklər tez-tez qopub tökülür.

Binalarda 600-dən artıq ailə məskunlaşsa da, market, aptek yoxdur, bankomat, "Bakubus" kartlarını yükləyən aparat isə bir neçə ay əvvəl qoyulub. Çünki birinci binada bu ehtiyac üçün nəzərdə tutulan ilk mərtəbə Prezidentin keçmiş köməkçisi, Vüqar Səfərlinin hamisi Əli Həsənov tərəfindən zəbt edilmiş, təxminən min kvadratdan artıq yer onun "Kaspi" Təhsil Mərkəzinin sərəncamına verilmişdi.

Qeyd edək ki, binanın çardağı da eyni məqsədlə Həsənovun ailə şirkətinin istifadəsində idi. Bundan əlavə jurnalistlərin həmin ərazinin qarşısına çıxışı qadağan edilmişdi. Blokların qapıları bağlanmış, giriş və çıxışa şlaqbaumlar qoyulmuşdu. Media nümayəndələrinin etirazları isə heç bir nəticə verməmişdi.

Görünür, binadakı mənzillərini satan jurnalistlərin sayının artması həm də bu problemlərlə bağlıdır.

İndi gələk KİVDF-də büdcə pullarının necə, hansı üsullarla talan edilməsinə. Prokurorluğun yaydığı məlumatda oğurluğun əsas istiqamətləri təsvir edilir. Amma bəzi məqamların aydınlaşdırılması vacibdir.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il avqusutun 28-də KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi açıb. Bir neç gün sonra Vüqar Səfərli Fondun rəhbəri vəzifəsindən çıxarılıb. Bu müddətdə cinayət işi üzrə istintaq hərəkətləri aparılıb, o cümlədən ev verilən jurnalistlərin əksəriyyəti İdarədə dindirilib. Binaları "Protoks" MMC inşa edib, onun rəhbəri Məmmədov Nadir Məhərrəm oğlu da Vüqar Səfərli ilə birgə həbs edilib, hər ikisinə qarşı eyni maddələrlə ittiham irəli sürülüb.

Məlumatlı mənbə "AzPolitika.info"-ya bildirib ki, əslində "Protoks" MMC dolayısı ilə Əli Həsənova məxsusdur, çünki şirkətin səhmlərinin 51 faizi onun qohumlarından birinin adınadır. Şirkətin 49 faizinin formal sahibi isə Əli Həsənovun yaxın dostu, Moskvada yaşayan milyonçu, iş adamı Mehrac Babayevə məxsusdur. Lakin bizə verilən məlumata görə, Mehrac Babayevin bu işlərdəki iştirakı formal xarakter daşıyıb.

Yəni tikintilərə, vəsaitlərin köçürülməsinə, paylanmasına, alqı-satqı məsələlərinin hamısına keçmiş şöbə müdiri bilavasitə rəhbərlik edib. O, dəfələrlə tikinti aparılan əraziyə gəlib, işin gedişatı ilə yerində maraqlanıb.

Vüqar Səfərli ilə birlikdə həbs edilən Nadir Məmmədova gəldikdə, internet resurlarında onun haqqında foto və məlumat yoxdur, MMC rəhbəri olsa da, heç zaman Vüqar Səfərli, Əli Həsənovla bir araya gəldiyini göstərən görüntülər ortaya çıxmayıb. Güman etmək olar ki, N. Məmmədov "Protoks" MMC-nin formal rəhbəridir. Hətta ola bilsin ki, elə Əli Həsənovun 51 faiz paya formal sahiblik edən qohumudur.

Prokurorluğun yaydığı məlumatda adıçəkilən şirkətin mənimsələrdə iştirakı belə təsvir edilib: "...2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyəri müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Protoks” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib. Qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib, şəxsən təsdiq etməklə, vəzifə saxtakarlığı da törədib..."

Prokurorluğun məlumatında dövlət vəsaitlərinin həm də ağılasığmaz icarə xərcləri altında mənimsənildiyi qeyd olunur. Bildirilir ki, Vüqar Səfərli büdcə pullarından yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qazandırmaq məqsədi ilə onların mülkiyyətində olan binanı icarəyə götürüb.

"Yaxın şəxslər" deyərkən söhbət Əli Həsənovdan, mülkiyyət isə onun ailəsinin mülkiyyətində olan Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən "Mətbuat evi"-nin binasından gedir. KİVDF həmin binanın 3-cü mərtəbəsini ağır şərtlərlə icarəyə götürərək 2011-2019-cu illər ərzində Həsənova 812 min manat məbləğində vəsait ödəyib. Prokurorluq bu əməllə Fond rəhbərinin dövlət büdcəsinə külli miqdarda ziyan vurduğu qənaətinə gəlib.

Mötəbər məlumatlı mənbə isə iddia edir ki, Vüqar Səfərli KİVDF-yə cinayət işi açıldıqdan sonra istintaqla fəal əməkdaşlıq edib, mənimsədiyi pulların bir hissəsini dövlət büdcəsinə qaytarıb.

Bundan sonra bir qədər rahatlıq tapan V.Səfərli deyirmiş: “Mənlik nə var ki? Mən qaytardım. Getsin öz problemini həll etsin...”

Söhbət kimdən gedir, əlbəttə ki, aydındır.

Xatırladaq ki, prokurorluğun məlumatında V.Səfərlinin yol verdiyi mənimsəmələrlə bağlı da qeydlər var: "...Fond rəhbəri 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib. Eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib".

Yeri gəlmişkən, V.Səfərlinin özünə məxsus olan, aztirajlı media orqanlarına ən yüksək məbləğlər ayırması daim tənqid hədəfinə çevrilib. Eyni zamanda bayram tədbirlərinin keçirildiyi şadlıq saraylarına hədsiz böyük məbləğlər (45-60 min manat arası) ödənişlər etməsi (əslində silinməsi -red) də narazılıq mənbəyi olub. Çünki tədbirlərdə ortabab səviyyədə bayram süfrəsi açılmasına rəğmən KİVDF-nin büdcəsindən bu məqsədlə iri məbləğlər silinib.

Buna baxmayaraq, sona qədər bu "ənənələr" davam etdirilib, media səhəsini kurasiya edən Əli Həsənov da bu narazılıqlara susqun qalıb.

Bütün bunlar öz yerində. Bəs jurnalistlər üçün 3 binanın tikintisindən nə qədər vəsait mənimsənilib?

Mötəbər mənbə xəbər verir ki, Vüqar Səfərlidən, əslində isə Əli Həsənovdan geri – dövlət büdcəsinə qaytarması tələb olunan vəsait 26 milyon manat (!) təşkil edir. Lakin keçmiş şöbə müdiri yaxasını ələ vermək istəmədiyindən Vüqar Səfərlinin həbsi qaçılmaz olub.

Şübhəsiz ki, istintaqa bütün mənimsəmə mexanizmləri və onun arxasında duran şəxslər məlumdur. Vüqar Səfərlinin istintaqa artıq həbsdə verəcəyi ifadədən sonra həbslərin əhatə dairəsinin genişlənəcəyi ehtimalı isə çox yüksəkdir./dia.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş ikinci binanın açılış mərasimi keçirilib

    Prezident İlham Əliyevin iştirakı ilə ...

    20-07-2017, 10:24

  • 
  • “Əli Həsənov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli, Əflatun Amaşov bir kampaniyanın...”

    “Əli Həsənov, Vüqar Səfərli, Nuşirəvan ...

    21-04-2020, 15:16

  • 
  • Jurnalistlər avqustun sonuna qədər yeni mənzillərinə köçəcəklər- AÇIQLAMA

    Jurnalistlər avqustun sonuna qədər yeni ...

    13-08-2013, 12:25

  • 
  • Jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon manat ayrılıb

    Jurnalistlər üçün yeni binanın tikintisinə 5 ...

    19-07-2017, 19:23

  • 
  • Mənzil alan jurnalistlərə açarlar təqdim edildi

    Mənzil alan jurnalistlərə açarlar təqdim edildi ...

    24-12-2013, 17:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu