Jurnalist Əli Rais: ““Medikal Plaza uşağın valideynlərindən 32 min manat aldı. 3-cü günü uşağın öldüyünü dedilər. Lakin meyiti vermədilər. Bildirdilər ki, 900 manat borcları var”.
Klinika dünyasını dəyişən uşağın cansız bədənini ailəsinə təhvil verməkdən imtina edib. Buna səbəb yerdə qalan borcu da ödəməyi tələb etmələri olub. Bu haqda jurnalist Əli Rais yazıb ki, iki ay öncə Abbas üçün hesab açılıb, müalicəsi üçün yardım kampaniyası təşkil edilib. Onun sözlərinə görə, Abbasa ilik köçürülməli idi:
“Atası 44 günlük Vətən savaşının iştirakçısı idi və oğlunun durumundan xəbərsiz idi. Donor kimi onun gəlməsi lazım idi. Abbasin atası müharibədən sonra analiz üçün 5 günlük məzuniyyətə buraxıldı. Lakin həkimlər dedilər ki, ata donor kimi yaramır. Tibbi göstəricilər uyğun deyil. Kampaniya çərçivəsində qısa zamanda 32 min manatdan yuxarı vəsait yığıldı. Lakin aparılan yanlış müalicə, doğru olmayan qərarlar nəticəsində uşaq ötən həftə komaya düşdü. 3 gün “Baku Medikal Plaza”da qaldı. Bu 3 günün içində “Baku Medikal Plaza” uşağın valideynlərindən 32 min manat aldı. 3-cü günü uşağın öldüyünü dedilər. Lakin meyiti vermədilər. Bildirdilər ki, 900 manat borcları var. Onu da ödəməlidirlər. Valideynləri son 500 manatlarını xəstəxanaya ödəyib, çətinliklə də olsa uşağın nəşini ala biliblər. 3 gün ərzində xəstəxana bu qədər pulu nəyə xərclədi? Xərclədisə niyə uşaq yaxşılaşmaq əvəzinə həyatını itirdi? Abbasa yardım edənlər sağ olsunlar. Qansızlıq edənlər də cəzalarını almalıdır”. /Reportyor.info/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?