GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Vüqar Səfərli işi” iş adamı Mehrac Babayevi də “udur” - cinayət dosyesi

“Vüqar Səfərli işi” iş adamı Mehrac Babayevi də “udur” - cinayət dosyesi

Tarix: 19-01-2021, 09:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 346
“Vüqar Səfərli işi” iş adamı Mehrac Babayevi də “udur” - cinayət dosyesi


“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli ittiham üzrə “yediyi” məbləği təkbaşına həzm edə bilməzdi. Bunu hər kəs kimi ilk növbədə istintaqçılar da bilir və hazırda cinayət işi davam edir. Belə məlumatlar var ki, Vüqar Səfərli KİVDF ilə əlaqəli başlanmış cinayət işi çərçivəsində istintaqla fəal əməkdaşlıq edib, mənimsədiyi pulların bir hissəsini dövlət büdcəsinə qaytarıb. Bundan sonra ətrafındakılara “Mənlik nə var ki? Mən qaytardım. Getsin öz problemini həll etsin...” deyirmiş. “Getsin öz problemini həll etsin” fikrini kimə aid etdiyi də gizli deyil, “quyruğu qapı arasında qalan” sabiq sədrin keçmiş patronu Əli Həsənovu nəzərdə tutduğu hər kəsə bəllidir.

“Jurnalistlərin binası” epizodunda isə sabiq sədr, deyəsən, yaman pis ilişib. Bu epizod üzrə Prezidentin sabiq köməkçisi Əli Həsənovla yanaşı, onun yaxın dostu, Rusiyada yaşayan azərbaycanlı tikinti maqnatı, “Verso” şirkətlər qrupunun sahibi Mehrac Babayevin də adı hallanır.

Hazırda Rusiyada yaşayan Mehrac Babayev uzun illər Azərbaycan mətbuatında “immunitet”i olan şəxslərdən biri statusunda olub. Barəsində neqativ yazmaq, danışmaq bu sahəyə kuratorluq edən Əli Həsənovun qəzəbinə gəlmək demək idi. Odur ki, KİV-lər kuratorla münasibətlərini pozmamaq üçün adı onun dostları siyahısında olanların barəsində yazmırdılar. Təsadüfi yazıları isə tez biz zamanda ört-basdır edir, üstünü “malalayırdılar”.

Məsələn, 2009-cu ildə İsveçrədə Mehrac Babayevin oğlu Ziya Babayev “AST Telman”ın oğlanları ilə yeyib-içdikdən sonra bahalı maşınlarla “avtoşluq” edərkən qəza törətmişdi. Həmin qəza zamanı yaşlı bir alman ağır yaralanmışdı. Bu xəbər tez bir zamanda Azərbaycan mətbuatına da çatdı. Lakin qəza ilə bağlı xəbərlərə sonradan elə təqdimat verildi ki, oxuyan elə başa düşərdi ki, “avtoşluq” edən qoca alman olub, arada əməli-saleh milyonçu oğlu məhkəmələrə düşüb.

Əslində isə Ziya Babayev məhkəməsində sükan arxasında sərxoş olduğunu etiraf etmişdi. Prokuror azərbaycanlı oliqarxın oğluna 5 il həbs cəzası tələb etmişdi. Ziya Babayev məhkəmə zalında demişdi ki, törətdiyi əmələ görə peşmandır və avtomobili sərxoş vəziyyətdə idarə etdiyini, sürət həddini aşdığını boynuna alır. Müəyyən olunub ki, Ziya Babayevin idarə etdiyi “Lamborghini” qəza zamanı saatda 150 kilometr sürətlə hərəkət edib. Həmin yolda maksimal sürət həddi saatda 80 kilometrdir. Babayev qarşıda hərəkət edən, 70 yaşlı Almaniya vətəndaşının idarə etdiyi “Volksvagen Golf” avtomobilini ötmək istəyərkən qəza törədib və alman ağır xəsarət alıb. Avropa və Rusiya mətbuatının gündəmindən uzun müddət düşməyən həmin səs-küylü qəza ilkin olaraq Cenevrə gölünün sahili boyu uzanan şosse yolda dəyəri yüz minlərlə ölçülən avtomobillərdə sürət yarışına çıxaraq qəza törədən “yeni ruslar” haqda əhvalat kimi təqdim edilirdi və avropalıları şoka salmışdı. Əvvəlcə həmin qəzanın iştirakçılarının “varlı ruslar” olduğu deyilirdi. Lakin çox keçmədən məlum oldu ki, hadisənin iştirakçıları Rusiya əsilli olsalar da, azərbaycanlılardır - tikinti maqnatı Mehrac Babayevin və oliqarx Telman İsmayılovun ərköyün uşaqlarıdır. Beləliklə, həmin gün Telman İsmayılovun oğulları Sərxan və Ələkbər Mehrac Babayevin (keçmiş cəbhəçi, könüllülərdən ibarət “Şıxov” batalyonunun komandiri olub və 1993-cü ildə Azərbaycanı tərk edərək Rusiyada biznesə başlayıb) 22 yaşlı oğlu Ziya Babayevlə Cenevrə gölünün sahilindəki “Reserve” restoran-barında yaxşıca yeyib-içiblər və əyləniblər. Daha sonra T.İsmayılovun oğlu Cenevrədə gəzib dolaşmaq üçün kirayə götürdükləri 1,4 milyon avroluq “Buqatti Veyron”da və dəyəri 650 min avro olan “Mercedes Mclaren”də, Ziya Babayev isə atasının ona aldığı “Lamborghini Murcielago”da yola çıxıblar. Onların daha bir rusiyalı dostu isə nisbətən ucuz “Porshe Cayanne Turbo” avtomobilində kampaniyaya qoşulub. Dostların məqsədi sürət avtomobilləri ilə “rodeo” təşkil etmək, yəni sürət yarışına çıxmaq idi.

Yarış zamanı “Lamborghini” öndə gedən “Volksvagen Golf” avtomobilini vurub. Nəticədə “Volksvagen” darmadağın olub, onun 70 yaşlı alman sürücüsü isə ağır yaralanıb. İsveçrə mətbuatı hadisə zamanı “Lamborghini”nin saatda 220 kilometr sürətlə hərəkət etdiyini yazırdı. Məlum olmuşdu ki, bundan əvvəl həmin “Lamborghini” və “Bugatti” Monako knyazlığında sürət yarışına çıxıblar. Mətbuat yazırdı ki, İsmayılov qardaşları ilə Z.Babayev müntəzəm olaraq birlikdə əyləniblər. T.İsmayılovun oğullarının Cenevrəyə dincəlmək üçün hadisədən bir neçə gün əvvəl gəldiyi məlum olub. Hadisəyə qədər Z.Babayev Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil alıb. Hadisə ilə bağlı o, müvəqqəti təhsildən kənarlaşdırılıb. O dövrdə atası qəzaya görə onun mümkün qədər yüngül cəza alması üçün güclü vəkillər tutmuşdu və Ziya Babayev 2 il şərti cəza və 10 min frank cərimə ilə canını həbsdən qurtara bilmişdi. Bu olay haqda xəbərlər həmin dövrdə Azərbaycan mətbuatında o qədər də geniş yayılmamışdı. Səbəbi də vurğuladığımız kimi, Mehrac Babayevin adının Əli Həsənovun dostları siyahısında olması idi.

Hazırda Mehrac Babayevin adı növbəti dəfə gündəmdədir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il avqustun 28-də KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlayıb. Bir neçə gün sonra Vüqar Səfərli fondun rəhbəri vəzifəsindən çıxarılıb. Bu müddətdə cinayət işi üzrə istintaq hərəkətləri aparılıb, o cümlədən ev verilən jurnalistlərin əksəriyyəti idarədə dindirilib.

Binaları “Protoks” MMC inşa edib, onun rəhbəri Nadir Məhərrəm oğlu Məmmədov da Vüqar Səfərli ilə birgə həbs edilib, hər ikisinə qarşı eyni maddələrlə ittiham irəli sürülüb. Məlumatlı mənbə “AzPolitika.info”ya bildirib ki, əslində “Protoks” MMC dolayısı ilə Əli Həsənova məxsusdur, çünki şirkətin səhmlərinin 51 faizi onun qohumlarından birinin adınadır. Şirkətin 49 faizinin formal sahibi isə Əli Həsənovun yaxın dostu, Moskvada yaşayan milyonçu, iş adamı Mehrac Babayevə məxsusdur. Lakin bizə verilən məlumata görə, Mehrac Babayevin bu işlərdəki iştirakı formal xarakter daşıyıb. Yəni tikintilərə, vəsaitlərin köçürülməsinə, paylanmasına, alqı-satqı məsələlərinin hamısına keçmiş şöbə müdiri bilavasitə rəhbərlik edib. O, dəfələrlə tikinti aparılan əraziyə gəlib, işin gedişatı ilə yerində maraqlanıb.

Mehrac Babayevin jurnalistlərə bina tikən şirkətə formal olaraq rəhbərlik etməsi onu çətin ki, məsuliyyətdən kənar qoysun. Ona da sualların olacağı istisna deyil. Bu formallığın qarşılığında nə alıb, nə verib üzə çıxarılası məsələlərdir. Mehrac Babayev kənarda dayanmaqla faktiki olaraq onun adından jurnalistlərin binasının keyfiyyətsiz materiallarla, həm də olduqca şişirdilmiş qiymətlərlə tikintisinə yol açıb. Bunu pul qarşılığında və ya güzəştlər müqabilində etməsi aydınlaşdırılmalı məsələdir.

Vüqar Səfərli ilə birlikdə həbs edilən Nadir Məmmədova gəldikdə, internet resurlarında onun haqqında foto və məlumat yoxdur, MMC rəhbəri olsa da, heç zaman Vüqar Səfərli, Əli Həsənovla bir araya gəldiyini göstərən görüntülər ortaya çıxmayıb. Güman etmək olar ki, N. Məmmədov “Protoks” MMC-nin formal rəhbəridir. Hətta ola bilsin ki, elə Əli Həsənovun 51 faiz paya formal sahiblik edən qohumudur. Prokurorluğun yaydığı məlumatda adıçəkilən şirkətin mənimsəmələrdə iştirakı belə təsvir edilib: “... 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyəri müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə ”Protoks" MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbayel rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib. Qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2" aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib, şəxsən təsdiq etməklə, vəzifə saxtakarlığı da törədib".

Jurnalistlər üçün Bayılda, Salyan yolu 22 ünvanda inşa edilən birinci bina istifadəyə veriləndən sonra 155 mənzilli binanın tikintisinə büdcədən 22.5 milyon manat vəsaitin xərclənməsi barədə fonddan verilən açıqlama heyrət və qəzəb doğurmuşdu. Bu rəqəm orta hesabla büdcəyə iki, üç otaqlı mənzilin 140-145 min manata başa gəlməsi demək idi. 2013-cü ilin bazar qiymətləri ilə hesablasaq, çəkilən xərcin dəyəri azı 2-3 dəfə şişirdilmişdi. Bakıda bina tikən məşhur tikinti şirkətlərindən birinin sahibi o zaman mətbuata bildirmişdi ki, 22.5 milyon manata 155 mənzilli 4 bina tikib təhvil verə bilər, üstəlik, sakinlərə məktəb də hədiyyə edər. Özünün qazancına gəldikdə, iş adamı 1.5-2 milyon manat təmiz mənfəət əldə etməyin mümkün olduğunu vurğulamışdı. “Bir halda ki, bina dövlət sifarişi ilə jurnalistlər üçün tikilir, deməli, torpağa və nəzarətçi qurumlara heç bir ”haqq" ödənilməyəcək. Belə olan halda təmir də daxil olmaqla, bir kvadrat metr orta hesabla 350-400 manata başa gəlir", - iş adamı qeyd etmişdi.

Bu qalmaqaldan sonra fond 255 mənzilli ikinci və üçüncü binanın tikintisinə çəkilən xərcləri ictimaiyyətə açıqlamadı. Prezidentin müvafiq sərəncamlarından məlum olur ki, binaların hər birinə 38-40 milyon manat vəsait ayrılıb. Mənzillər paylandıqdan sonra jurnalistlər binada dövlət vəsaitlərinin necə amansızlıqla talan edilməsinin əyani şahidi oldular. Çünki evlər istisnasız olaraq ən keyfiyyətsiz tikinti materialları ilə təmir edilmişdi. Döşəmələr betonun üzərinə düzülmüş keyfiyyətsiz laminatdan ibarət idi. Divarları isə bazarda 2-3 manata satılan divar kağızları bəzəyirdi. Hamam aksesuarları, kombilər, boru xətləri, qapılar da Çinin ən ucuz məhsullarından idi. Sonradan məlum olmuşdu ki, binanın tikintisi zamanı fondun rəhbəri Vüqar Səfərli Çinə səfər edib həftələrlə orada qalaraq, bu keyfiyyətsiz, amma ucuz materialların alınıb Azərbaycana göndərilməsini təşkil edibmiş. Nəticədə jurnalistlərin az-çox maddi imkanı olanları mənzilləri yenidən təmir etməyə məcbur oldu, bu zaman binaların həyətində ürəkağrıdan mənzərə yaranmışdı. Çünki hər gün həyətdə təmir zamanı evdən çıxarılan - Vüqar Səfərlinin Çindən gətirdiyi tikinti materiallarından ibarət “dağ” yaranırdı. Jurnalistlər büdcəyə milyonlara başa gələn bu materialları bir gün də istifadə etmədən söküb zibilliyə atırdılar. Korrupsiyanın fəsadları binalarda bu gün də özünü göstərir. Liftlərdə tez-tez problemlər yaranır, kommunikasiya şaxtaları düzgün quraşdırılmadığından, küləkli havada evlərdə uğultudan dayanmaq olmur, pəncərələr də küləyə davam gətirmir. Binanın fasadına vurulan üzlüklər tez-tez qopub tökülür. Binalarda 600-dən artıq ailə məskunlaşsa da, market, aptek yoxdur, bankomat, “Bakubus” kartlarını yükləyən aparat isə bir neçə ay əvvəl qoyulub. Çünki birinci binada bu ehtiyac üçün nəzərdə tutulan ilk mərtəbə Prezidentin keçmiş köməkçisi, Vüqar Səfərlinin hamisi Əli Həsənov tərəfindən zəbt edilmiş, təxminən min kvadratdan artıq yer onun “Kaspi” Təhsil Mərkəzinin sərəncamına verilmişdi. Qeyd edək ki, binanın çardağı da eyni məqsədlə Həsənovun ailə şirkətinin istifadəsində idi. Əli Həsənovun dostu Mehrac Babayevin bu məsələlərə nə dərəcədə bulaşdığını isə istintaq üzə çıxaracaq./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ

    Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də ...

    14-01-2021, 18:27

  • 
  • Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”

    Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu ...

    18-06-2020, 13:18

  • 
  • Vüqar Səfərli jurnalistin evini əlindən belə alıb

    Vüqar Səfərli jurnalistin evini əlindən belə alıb ...

    2-05-2020, 13:26

  • 
  • Səfərli susdu, oğlu danışdı: “Narahatam...”

    Səfərli susdu, oğlu danışdı: “Narahatam...” ...

    11-06-2020, 16:26

  • 
  •  Vüqar Səfərlidən ŞOK ADDIM: Oğurladığı pulların bir qismini qaytarıb... - İLGİNC

     Vüqar Səfərlidən ŞOK ADDIM: Oğurladığı pulların ...

    11-06-2020, 15:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu