GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sürücülük vəsiqəsi üçün qazidən 1200 manat istədilər-GƏNCƏDƏ

Sürücülük vəsiqəsi üçün qazidən 1200 manat istədilər-GƏNCƏDƏ

Tarix: 20-01-2021, 15:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 899
Sürücülük vəsiqəsi üçün qazidən 1200 manat istədilər-GƏNCƏDƏ


Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var. Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A və B kateqoriyalarından başqa, digər kateqoriyalar üçün sürücülük məktəblərinə yazılmaq lazımdır. İndi ən böyük problemdən biri sürücülük məktəbləridir. Çünki bu məktəblərdə sürücü hazırlığından söz gedə bilməz. Məktəblə gələcək sürücünün təması iki dəfə olur - bir məktəbə yazılanda, bir də şəhadətnaməni alanda. Bundan başqa, cəmiyyətdə belə bir fikirlər var ki, sürücülük vəsiqəsini müəyyən məbləğ qarşılığında almaq da mümkündür. Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində olduğu kimi. Hətta bu iddialara görə, bir müddət əvvəl sürücülük vəsiqəsini qeyri-qanuni yollarla min manata almaq olurdusa, hazırda qiymət bahalaşaraq, min 500 manatadək qalxıb. Bəs görəsən, bu iddialar nə qədər doğrudur? Qardaşı şəhid olan, özü birinci Qrup əlil olan İskəndərov İskəndər İslam oğlu deyir ki, Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində sürücülük vəsiqəsini qanuni yolla almaq olmur. O deyir ki, oğlu Naxçıvan Muxtar Respublikasında əskəri xidmət çəkib gəlib. Üstündən 2 ay keçmiş Vətən müharibəsinə, cəbhəyə yollanıb. Ölüm-itimlə üzləşib, qorxmayıb. Vətənə borcunu verib, qayıdıb. Təzəlikcə əlində 900 manat gedib həmin bu 9 saylı “MERO”-ya. Orda deyiblər ki, min 200 manatdan aşağı sürücülük vəsiqəsini almaq olmaz. Rəis belə tapşırıb. Yəni atası əlil, əmisi şəhid, özü qazi olan gəncə 300 manatı belə keçə bilməyiblər. özüdə bu 300 manat rüsum deyil rüşvətdir. Hər halda qazi atasına inanmamağa haqqımız yoxdur.

Verilən məlumatlarda o da bildirilir ki, Gəncə 9 saylı rayonlararası qeydiyyat imtahan şöbəsində sanki “gestapo” sistemi qurulub. Burada vətəndaşları şöbəyə buraxmazdan əvvəl girişdə onun mobil telefonlarını əlindən alıb sonra içəri buraxırlar. Bu da insanlar arasında haqlı narazılığa, hətta qarşıdurmaya gətirib çıxarır.
Məlumata görə, əvvəlki rəisdən sonra gəncəlilərin və Gəncəyə bağlı olan ətraf rayonların sakinlərində işlərin yoluna qoyulmasına ümid yaransa da, yeni rəisi Mais Əhmədov bu ümidləri doğrultmayıb. Deyilənə görə, “mero”nun rəisi elə ilk iş günündən sürücülük vəsiqəsinin qiymətini min manatdan yuxarı qaldırmaqla “bazar”ın qiymətini devalivasiyadan sonrakı dövürə uyğunlaşdıra bilib. Konkret olan mun 200 manat birdəfəlik ,dırnaqarası tariff rejimi müəyyənləşib.
Əslində yollarda təhlükəsizliyi təmin etmək Dövlət Yol Polisinin borcudur və bu qurum mümkün qədər çalışmalıdır ki, yollarda qəzalar və insan itkiləri azalsın. Dövlət yol polisi sürücülük hüququ alan vətəndaşların yol hərəkəti ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnməsində maraqlı olmalıdır.



Ancaq Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinin rəisi Mais Əhmədovu belə məsələlər düşündürmür. Rəisi düşündürən sürücünün savadlı, peşəkar olması deyil, daha çox pul qazanmasıdır. Ona görə də texniki peşə məktəbləri sürücülük şəhadətnaməsini vətəndaşa pulla satırlar, Bu proseslə bağlı bizə daxil olan məlumata görə, imtahanlar sözdə testdir. Burada düzlükdən əsər-əlamət yoxdur. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsi ilə imtahan komissiyasına min iki yüz , min beş yüz manat verən şəxs 2 saat ərzində sürücülük vəsiqəsini almış olur. Verməyən “kəsilir” və yenidən imtahan vermək üçün 15 gün gözləməli olur. İmtahan zalının yanında gəzişən maklerlərin çoxu texniki peşə məktəblərinin nümayəndələridir. Onlar imtahana gələn vətəndaşlarla təmasa girir, onlara imtahanın çətin olduğunu, sürücülük vəsiqəsinin azı min iki yüz manata başa gələ biləcəyini dırnaq arası “başa salırlar”. Nəzəri imtahanı verən şəxsi digər tərəfdən də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda süni olaraq sıxışdırırlar. İmtahandan keçən şəxslərə “yezda” imtahanı zamanı elə avtomobil verilir ki, həmin şəxs onu idarə etməkdə çətinlik çətir və nəticədə kəsilir. Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində daha bir ciddi məsələ isə avtomobillərin texniki baxışı ilə bağlı olan siqnallardır. Avtomobillərin texniki baxışı zamanı bir çox nəqliyyat sahibləri, avtomobilləri saz olduğu halda incidilir, amma elə nəqliyyat vasitələri də olur ki, yola çıxmağı təhlükə mənbəyi olsa da, nədənsə texniki baxışdan keçirilir. Bütün bu işlərin nəticəsi yollarda naşı sürücülərin artmasına və eyni zamanda elə qəzaların da silsilə ilə çoxalmasına gətirib çıxardır. Özü də ağır qəzaların.deməli qəzaların qarşısının alınmasına birbaşa cavabdeh olan qurumlar elə qəzaların artmasına baiskar olurlar desək yanılmarıq. Xəbər kanalı olaraq yaxın günlərdə Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində baş verən daha bir neçə qanun pozuntularını da, sizlərin diqqətinə çatdıracağıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuz "Mero"sunda sürücülük vəsiqəsi 1100 manata satılır - ŞİKAYƏT

    Tovuz "Mero"sunda sürücülük vəsiqəsi ...

    18-02-2020, 14:24

  • 
  • Ağsuda sürücülük vəsiqəsi satan məmurla bağlı görüntü ortaya çıxdı

    Ağsuda sürücülük vəsiqəsi satan məmurla bağlı ...

    8-11-2013, 13:01

  • 
  • Sürücülük vəsiqəsinin verilməsində dəyişiklik

    Sürücülük vəsiqəsinin verilməsində dəyişiklik ...

    22-07-2013, 11:42

  • 
  • Saxta sürücülük vəsiqəsi aşkarlandı

    Saxta sürücülük vəsiqəsi aşkarlandı ...

    14-11-2016, 17:33

  • 
  • Sürücülük vəsiqəsini itirmisizsə, cəriməsi belədir

    Sürücülük vəsiqəsini itirmisizsə, cəriməsi belədir ...

    11-11-2013, 11:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu