GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ATU-nun rəhbərliyindən Prezidentə daha bir şikayət... - "Bu barədə şahidlər var..."

ATU-nun rəhbərliyindən Prezidentə daha bir şikayət... - "Bu barədə şahidlər var..."

Tarix: 23-01-2021, 15:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 552
ATU-nun rəhbərliyindən Prezidentə daha bir şikayət... - "Bu barədə şahidlər var..."


GUNDEMXEBER.AZ xəbər verir ki, ATU-nun əməkdaşı Şirinova Aygün Rafiq qızı ölkə rəhbərliyinə Universitetdə baş verən qanunsuzluqlarla bağlı müraciət ünvanlayıb. Bir nüsxəsi Teref.az-ın poçtuna göndərilən müraciətdə şikayətçi yazır;

Salam Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev !
Azərbaycanın birinci xanımı, hörmətli Vitse-Prezident Mehriban xanım Əliyeva !
Təhsil Naziri cənab Emin Əmrullayev !
Çox hörmətli Mehriban xanım ! Sizdən Qadın həmrəylini nəzərə alıb mənə dəstək olmağınızı, səsimə səs vetməyinizi xahiş edirəm. Mən Gəncə şəhər sakini Şirinova Aygün Rafiq qızı. Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin keçmiş əməkdaşı, çoxsaylı şikayət ərizəsi ilə müraciət etməyimə baxmayaraq, bu günə qədər problemimin həllinə nail ola bilmədiyim üçün Sizə yenidən müraciət edirəm. Mən 2000 ci ildə Gəncə Dövlət Universitetini bitirmişəm. 22. 01. 2004 tarixindən etibarən Azərbaycan Texnologiya Universitetində kitabxanaçı , daha sonra 29. 12. 2019 tarixinədək korrektor vəzifəsində işləmişəm. Ailəliyəm, üç övladım var. İkisi azyaşlıdır. Sizə müraciət etməyimin səbəbi 29. 12. 2019 - cu il tarixində Universitetinin rəhbərliyi tərəfindən səbəbsiz olaraq qərəzli şəkildə işdən azad edilməyimdir.
Əfsuslar olsun ki, Azərbaycan Texnologiya Universiteti fəaliyyətini ''Təhsil haqqında ''Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Qanunu və digər hüquqi - normativ sənədlər əsasında həyata keçirmir.
Belə ki, Universitetinin İnsan Kapitalının İdarəetmə Mərkəzinin direktoru Zaur Əliyev mənə və digər işçilərə açıq aşkar şəkildə hədə qorxu gələrək ''dediyim məzmunda ərizə yazmasanız işdən azad olunacaqsınız, şəxsən özüm turniket kartınızı bağlatdıracam'' deyərək təkidlə öz iradəmizə zidd 3 ( üç ) və 6 ( altı ) ay müddətinə əmək müqaviləsi bağlanmasına məcbur edib. Mən, ali təhsilli , 15 il iş təcrübəsi olan ziyalı , hər hansısa bir özəl müəssisəyə yenicə işə qəbul olunmuş, heç bir təcrübəsi olmayan işçi kimi hər 6 (altı) aydan bir (açıq aşkar hədələnərək) onların diktə etdiyi məzmunda ərizə yazmağa vadar edilmişəm. İşdən azad edilən iş yoldaşım xanım Universitetin hüquqşünası Müşfiq Məmmədova zəng edib etirazını bildirəndə ''hüquq müdafiəçisi''nin nalayiq söyüşü ilə üzləşdi. Bu barədə fakt da mövcuddur. Rektor Akif Süleymanov isə gedin kimə şikayət edirsiniz edin, əlinizdən gələni beş boşqaba çəkin. Məni bura Prezident təyin edib. Kimdən kimə şikayət edəcəksiniz deyərək heç kimdən çəkinmədiyini elan edərək, özünü sığortalamaqla məşğul oldu. Düşünməyi, sual verməyi, etiraz etməyi öyrədən müəllimlər bu gün Akif Süleymanovun qarşısında aciz qalıblar.
ATU da Akif Şamil oğlu Süleymanovun rektorluğu dönəmində kollektiv darmadağın edilib, bir çox ziyalılar, nüfuzlu şəxslər Universiteti tərk etmək məcburiyyətində qalıb. Ona görə ki, ATU da qohumbazlıq, dostluq prinsipi önə çəkilərək kadr təyinatı həyata keçirilir. Universitetdə sözün əsl mənasında avtoritar idarəçilik sistemi qurulub. Bəli, səhərdən axşamacan öz isti kabinetində mürgü vuran, yuxusunda da rüşvətlə məşğul olan rektorun ''idarəçiliyi '' Koronavuris bəlasından daha qorxunc və təhlükəlidir. Universitetdə tələbə və müəllim, eləcə də elmi pedaqoji kadr və köməkçi heyət nisbəti əsla nəzərə alınmır. Əməkdaşlarla əmək müqavilələrinin bağlanması ( işə qəbul ) , əmək müqaviləsinə xitam ( işdən azad olma ) , başqa işə keçirilmə haqqında əmrləri gözdən keçirmək üçün nümayəndə göndərsəniz çoxlu sayda qanunsuzluqların şahidi olarsınız.
Universitetdə durum demək olar ki nəzarətdən çıxıb, şəxsi nəzarətə keçib.
Universitetdə korrupsiya son həddə çatıb. 09. 09. 2016 tarixində 185 saylı əmrlə ''Qurban bayramı ''ilə əlaqədar olaraq Universitetin 30 (otuz ) nəfər əməkdaşının hər birinə 550 (beş yüz əlli ) manat mükafat yazıdı. Sonradan həmin vəsait rəhbərlik tərəfindən tək tək işçilərdən toplanılaraq mənimsənildi. Şahidlər var. Bu gün isə mənim şikayətlərimdən xəbərdar olan rəhbərlik guya ki, müvafiq qurumlar tərəfindən bu məsələnin araşdırıldığını, mükafat yazılan 30 nəfərin hamısının da bu məbləği alıb şəxsən özlərinə xərclədiklərini qeyd etdiklərini bildirib. Məsələ ondadır ki, özlərinə yaxın bildikləri bir neçə işçini bu barədə məlumatlandırıb, onlardan bu məsələ ilə bağlı sorğu sual olunarsa mükafat kimi yazılan 550 manatın guya ki, şəxsən özlərinin alıb xərclədiklərini təsdiqlənməsini istəyiblər. Bu gün o bir neçə nəfər 30 nəfərin hamısı demək deyil.''Qurban bayramı münasibətilə '' adına mükafat kimi yazılan 550 manatın ATU rəhbərliyi tərəfindən onlardan yığılıb mənimsənilməsini təsdiqləyən bir neçə şahid var ki, əsl həqiqəti deməyə hazırdır. Dəfələrlə Akif Süleymanov və onun komandasının çirkin əməlləri və özbaşınalıqları haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsa da təəssüflər olsun ki, bu günə qədər heç bir nəticə yoxdur. Əməkdaşların şikayətinə baxılmır. 2016 cı ilin noyabrında isə Azərbaycan Texnologiya Universitetinin giriş qapısına turniket quraşdırılması və qurulan turniket ''kart ''sistemi ilə işləməsi, kartların tələbələrə 5 manata, müəllimlərə 10 manata satmaqla yenidən korrupsiyaya yol açan rektor yığılan pulları bu dəfə mənimsəyə bilmədi. Belə ki, çoxsaylı haqlı şikayətlər əsasında İcra hakimiyyətinin göndərdiyi komissiyanın tələbi ilə pulları tələbə və müəllimlərə qaytarmağa məcbur oldu. Bu barədə də şahidlər var. Rektor Akif Süleymanov və komandasının bitməz tükənməz qanunsuzluqlarına etiraz edən hər bir işçi anında onların düşməninə çevrilib, həmin işçi müxtəlif bəhanələrlə təzyiqlərə məruz qalıb,hədə qorxu gələrək bezdirilib ki, öz xoşu ilə ərizə yazıb işdən getsin və ya digər formada onu işdən azad edilməsi təşkil olunub.
Cənab prezident , Müzəffər Ali Baş Komandan İlham Əliyev! Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Univetsitetinin rəhbərliyi Sizin dəfələrlə məmur özbaşınalığı və rüşvət ilə bağlı etdiyiniz xəbərdarlıqlara məhəl qoymur. Rektor Akif Süleymanov və komandası üçün ''Qanun şah deyil, Şah qanundur !''devizi mövcuddur ki, onlar üçün ''Şah'' qeyri- peşəkarlığı ilə seçilən, universiteti məkrli oyunlar yuvasına çevirməklə nüfuzdan düşməsinə səbəb olan Akif Süleymanovdur... Məsuliyyətsizlik, biganəlik, laqeydlik kimi Akif müəllimin xarakterinə biçilmiş hallar artıq kollektivi sözün əsl mənasında cana doyuzdurmuşdur.
Vəzifə - səlahiyyət deyil. Vəzifə - xidmətdir ! ''Cənab prezidentimiz İlham Əliyevin dediklərinə istinad edərək ''. Çox maraqlıdır. Azərbaycan Texnologiya Universitetinin hüquqşünasının qadın əməkdaşı ilə rəftarı o cürdürsə (nalayiq söyüş söyüb ), ondan böyük olan vəzifə səlahiyyətlərini daşıyan məmurlarının münasibəti sual altındadır... Əfsuslar olsun ki, belə bir "hüquqşünas" Universitet üzrə verilmiş əmr layihələrinə imza atır. Zaman ağır xəstəlikləri sağaltdığı kimi yəqin ki, tezliklə bu suala cavabı da açıqlayar.
Dövlətimizi , dövlətçiliyimizi və xalqı qoruyan Dəmir yumruqlu Prezidentimiz cənab İlham Əliyev nə yaxşı ki, bizimlədir !!!
Göydə Allah, yerdə isə onun qayğıları bizim üzərimizdən əksik olmasın. Amin!!!

Şirinova Aygün Rafiq qızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rektorla bağlı Prezidentə MÜRACİƏT OLUNDU - NARAZILIQ!

    Rektorla bağlı Prezidentə MÜRACİƏT OLUNDU - ...

    26-12-2020, 13:39

  • 
  • Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən KÖMƏK İSTƏDİ - Müraciət

    Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən ...

    2-10-2020, 16:31

  • 
  • İkinci qrup əlildən ölkə rəhbərliyinə şikayət: - "Ağdam İcra Hakimiyyətində məni dinləyən yoxdur"

    İkinci qrup əlildən ölkə rəhbərliyinə şikayət: - ...

    20-08-2019, 13:34

  • 
  • Qızı xərçəng xəstəsi olan baş redaktordan Mehriban Əliyevaya MÜRACİƏT

    Qızı xərçəng xəstəsi olan baş redaktordan ...

    15-01-2021, 07:30

  • 
  • Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Rusiya Prezidenti Azərbaycanın Birinci ...

    7-03-2017, 19:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu