GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Anar Cəbrayıllını ifşaedən ikinci-SƏSYAZISI

Anar Cəbrayıllını ifşaedən ikinci-SƏSYAZISI

Tarix: 26-01-2021, 22:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 478
Anar Cəbrayıllını ifşaedən ikinci-SƏSYAZISI


Bir neçə gündür ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemi adı çəkilən bu qurumun rəhbər vəzifə sahiblərinin diqqətinə çatdıran şəxsin, mətbuat xidmətinə rəhbərlik edən Anar Cəbrayıllı tərəfindən “Ay sənin kişiliyinə tüpürüm, sənin üzünə tüpürüm, sizin kimi jurnalistləri “dama soxmaq” lazımdır, siz nə qədər abırsız-həyasız adamlarsınız, hər şeydən ötrü Qorxmaz müəllimi niyə narahat edirsiniz” kimi heç bir etik qaydalara sığmayan ifadələrlə təhdid və təhqir olunması, ölkə ictimaiyyətinin fəal kəsimi, daha çox isə sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi şəkildə müzakirə olunmaqdadır.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, bu mövzu qısa zaman kəsiyində çoxsaylı media qurumlarında yayımlandı və tam əksəriyyət baş verənlərlə bağlı öz mövqelərini ifadə edib, məhz qrum rəsmisini “top atəşi”nə tutdular. Yəni, ayrı-ayrı şəxslərin yazdıqları rəylərdə qeyd etdiyimizi açıq-aydın şəkildə görmək mümkündür. Bu da onu söyləməyə əsas verir ki, geniş ictimaiyyət Anar Cəbrayıllının etikadan kənar davranışlarını heç cür qəbul etmir və onu yerində olmayan kadr hesab edirlər.

Təəssüf doğuran hal odur ki, “Azərsu” ASC-nin mətbuat xidmətinə rəhbərlik edən bu şəxs, problemi qurumun rəhbər şəxslərinin diqqətinə çatdıran vətəndaşa qarşı atdığı addımlardan, ifadə etdiyi təhdid və təhqirlərdən, səsləndirdiyi nəlayiq sözlərdən nəticə çıxarmaq, üzrxahlıq etmək əvəzinə, 24 yanvar 2021-ci il tarixdə Pravda.Az xəbər portalına verdiyi açıqlamada Rafael adlı şəxsi “reket jurnalist” adlandırır. Hətta, bir qədər də irəli gedərək onu kimlərisə şantaj etməkdə, yolçuluq və dilənçilik etməkdə də ittiham edir. Daha usandırıcı halın varlığı isə, “Rəfael dəfələrlə rəhbərliyə və mənə zəng edib, WhatsApp yazıb. Sözün əsl mənasında bezdirib. İstəyi alınmayanda qərəzə keçib, istirahət günü rəhbərliyə zəng edib” deməklə, məhz belə bir fikirini də ifadə edib. O halda sual oluna bilər ki, “Azərsu” ASC-nə aid ciddi problemi Qorxmaz Hüseynova çatdırmaq, görəsən nə vaxtdan və hansı qanunla qadağan olunub? Yaxud da, bu şəxsə zəng etmək qəti qadağandır?!



Düşündürücü hal odur ki, “Azərsu” ASC-nin rəhbərliyində olan şəxslər, ələlxüsüs mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı büdcə pulları hesabına ərsəyə gətirilmiş içməli suyun saatlarla qeyd olunan ünvanda boş-boşuna axıb getməsini özləri üçün rəva bilir, problemin mahiyyətini rəhbərliyə çatdıran şəxsin zəng etməsini isə, məhz heç cür rəva görmür? Bu cür yanaşmanın, belə bir münasibətin varlığı, əslində xalqın əmlakına göstərilən xəyanətdən başqa bir şey deyil.

Digər tərəfdən, ölkə rəhbəri cənab İlham Əliyev keçirilən görüşlərdə “Bəzi məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm” deyə öz mövqeyini ifadə edir. O halda sual oluna bilər ki, görəsən Anar Cəbrayıllının “əndazəni aşan” addımlar atmasının, özünü ərköyün aparmasının, insanlara yuxarıdan aşağı baxmasının kökündə nələr durur? Axı, o, aparıcı bir qurumun rəhbər şəxslərindəndir və hər zaman məsul olduqları sahənin problemləri ilə də maraqlanmalıdır? Bu belə olduğu halda, “Azərsu” ASC-nin rəsmisinin etikadan kənar davranışları, görəsən ona bügünkü vəzifəsini daşımağa nə qədər hüquqi əsas verir?

Başqa bir faktı qeyd edək ki, Anar Cəbrayıllı Pravda.Az xəbər portalına verdiyi açıqlamada “Sonra məni şantaj etməyə başladı ki, səsyazısını yayacağam, gəl görüşək, mən isə birmənalı onu rədd etdim, 3 aydan sonra səsyazısını yaydı” deyə belə bir mövqeyini də ifadə edib. Başqa bir səsyazısına qulaq asdıqda isə məlum olur ki, “Azərsu” ASC-nin rəsmisinin açıqlamaları “düşünülmüş gopalogiya”dan başqa bir şey deyil. Yəni, o özü Rafaeli görüşə dəvət etsə də, qarşı tərəf onun təklifini tamamilə rədd edir və səsyazısında bütün danışıqlar aydın şəkildə də eşidilir. Bütün bunlar onu sübut edir ki, Anar Cəbrayıllı özünü “sudan duru” çıxarmaq üçün, məhz belə bir “rola girib” ictimaiyyəti çaşdırmaq istəyindədir.

Səsyazısının təqribən üç aydan sonra yayılmasına səbəb isə, “bəlkə Anar Cəbrayıllı atdığı addımlardan peşman olduğunu bildirdi, səhvlərini etiraf etdi, üzrxahlığını çatdırdı” deyə, qarşı tərəfin belə bir qənaətə gəlməsi olur. Təəssüflər olsun ki, ötən müddət ərzində “Azərsu” ASC-nin rəsmisi belə bir addım atmaq əvəzinə, birbaşa susmağa üstünlük verir. Bu da son anda baş verənlərin ictimailəşdirilməsi ilə nəticələndi.

Toxunacağımız məqamlardan biri də, Anar Cəbrayıllının Rəfael adlı şəxsi “reket jurnalist” adlandırmasıdır. O halda sual oluna bilər ki, “Azərsu” ASC-nə rəhbərlik edən bu şəxs, qarşı tərəfə hansı əsasla “reket jurnalist” damğası vurur, yaxud da o, belə bir səlahiyyətə malikdirmi? Məgər, problemin həllinə tərəfdar olan bir şəxs, bu cür ada layiq olmalıdır? Deməli, düşüncəsi belə bir məfkurə üzərində formalaşmış “Azərsu” ASC-nin rəsmisindən, məhz bu kimi yanaşmalardan başqa nəsə gözləmək olmaz!.

Anar Cəbrayıllı Pravda.Az xəbər portalına verdiyi açıqlamada, səhhətində əmələ gələn problemin aradan qaldırılması üçün köməklik istəyən qarşı tərəfi ittiham etməkdən də çəkinmir. O halda sual oluna bilər ki, burada qəbahət nəsə var? Əvvəla onu qeyd edək ki, bizim xalqın da dədə-babadan qalma adət-ənənəsi var. Yəni, el-oba arasında “Əl tutmaq Əlidən qalıb” deyiblər. Bu da onu söyləməyə əsas verir ki, köməyə ehtiyacı olan şəxs adət-ənənəmizin varlığını əsas tutur. Bunu kiminsə əlində “bayraq etmək” istəməsi nə əxlaqımıza, nə də mənəviyyatımıza sığan məsələ deyil.

Baş verənləri təhlil edib belə bir qənaətə gəlirik ki, bu cür əməl və amal sahibi olan Anar Cəbrayıllı dərhal daşıdığı vəzifəsindən uzaqlaşdırılmalı və büdcə pulları hesabına ərsəyə gətirilən xalq əmlakına “xor baxdığı” üçün o, hüquqi müstəvidə lazım olduğu cəzaya da layiq görülməlidir. Əks halda, hər kəs bu şəxsin çoxsaylı hoqqalarının bundan sonra da canlı şahidi olacaq./Xebertv.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Hər küçədən keçən Qorxmaz müəllimə zəng etməlidir?” – “Azərsu”nun mətbuat katibi

    “Hər küçədən keçən Qorxmaz müəllimə zəng ...

    25-01-2021, 09:55

  • 
  • Samiraldo OD PÜSKÜRDÜ: "Tüpürüm sənin..." -

    Samiraldo OD PÜSKÜRDÜ: "Tüpürüm ...

    24-07-2017, 15:20

  • 
  • Tanınmış hüquq müdafiəçisindən "Azərsu" rəsmisinə sərt cavab

    Tanınmış hüquq müdafiəçisindən "Azərsu" ...

    26-01-2021, 22:05

  • 
  • Faiq Ağayev əsəbiləşdi: “Tüpürüm sizin insanlığınıza” - VİDEO

    Faiq Ağayev əsəbiləşdi: “Tüpürüm sizin ...

    25-12-2014, 01:55

  • 
  • "Tüpürüm elə övladın üzünə ki..." - Emma

    "Tüpürüm elə övladın üzünə ki..." - Emma ...

    11-11-2015, 19:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu