GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rasim Məmmədov Mehdiyev tayfasına nə qədər pul “atıb”?

Rasim Məmmədov Mehdiyev tayfasına nə qədər pul “atıb”?

Tarix: 3-02-2021, 10:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 572
Rasim Məmmədov Mehdiyev tayfasına nə qədər pul “atıb”?


Səbayel Rayon Məhkəməsində “Baku Steel Company” MMC şirkətinin rəhbəri Rasim Məmmədovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Rasim Məmmədov qarşıdakı 4 ayda həbsdə qalacaq. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Rasim Məmmədovun həbsinə səbəb olan şikayəti Dövlət Təhlükəsizlik Xidmətinə general Teymur Mehdiyev və eks-deputat İlham Əliyev təqdim ediblər. Yolunu həbsdən saldıranlar ona yad adamlar deyil. Teymur Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin oğlu, İlham Əliyev isə kürəkənidir. Teymur Mehdiyev 7 milyon, İlham Əliyev isə 6 milyon manat pullarının dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Rasim Məmmədov tərəfindən mənimsənildiyini iddia edirlər.
Açıqlanmasa da, bilinir ki, Rasim Məmmədov ondan şikayət edənlərin qeyri-rəsmi sahibliyində olan “Baku Steel Company”nin rəhbəri ikən qeyd olunan məbləğlərə əl uzadıb.
Belə məlumatlar var ki, Rasim Məmmədov Ramiz Mehdiyevin vəzifədən getməsindən sonra onunla əvvəlkitək təmasda olmayıb. Kürəkəni İlham Əliyevin toy məsələsinə görə həbs olunmasından sonra isə ümumiyyətlə telefonlarına belə cavab verməyib.

Mehdiyevin yaxınları araşdırma apartdırıb və Rasim Məmmədovun onlara “atmasını” müəyyən ediblər. Bundan sonra Rasim Məmmədovdan qeyd olunan məbləğ tələb edilib.
O isə pulu verməkdən imtina edib. Düşünüb ki, keçmiş hamiləri adlarının ortaya çıxacağından ehtiyat edəcəklər, bu səbəbdən də ondan şikayət etmələri mümkün olmayacaq.
Lakin göründüyü kimi, Rasim Məmmədov yanılıb.
Eyni zamanda bu şikayətin ortaya çıxması Rasim Məmmədovun, onun hamilərinin illər ərzində cidd-cəhdlə gizlətməyə çalışdığı, hamının bildiyi bir həqiqəti təsdiq edib.
Rasim Məmmədov müsahibələrində “”Baku Stell Company"nini mən 2011-ci ildə Beni Ştayntsmandan almışam" deyirdi, MMC-nin Ramiz Mehdiyevə məxsusluğunu qətiyyətlə təkzib edirdi.
Ortaya çıxan şikayət ərizəsi Rasim Məmmədovun illərlə yalan danışdığının təsdiqidir.
Geniş ictimaiyyətə Ramiz Mehdiyevin tayfasından olanların Rasim Məmmədovla “Baku Stell Company”dən savayı digər bir MMC-də, biznes layihəsində şəriklikləri haqda məlumat yoxdur.
Bu baxımdan Rasim Məmmədov Teymur Mehdiyevin və kürəkən İ.Əliyevin milyonlarını “Baku Stell Company” MMC-dən başqa bir yerdə böyük dələduzluqla ələ keçirə bilməzdi.
İnanılmazdır, amma bu gün Rasim Məmmədov illər uzunu ona hamilik etmiş Ramiz Mehdiyevin tayfasından olanlara qarşı dələduzluq etməkdə ittiham olunur.
Bu tayfabazlıq Azərbaycanın metallurgiya sahəsinə çox baha başa gəlib. Rasim Məmmədovun əli ilə ölkənin metallurgiya sənayesi iflic duruma salınmaqla bir əldə cəm edilib, tənəzzül nöqtəsinə gətirilib. Rasim Məmmədovun özbaşınalıqları, ara-sıra dövlət qurumlarına belə meydan oxuması Ramiz Mehdiyevin adına bağlanıb.
İlkin olaraq Paolo Pərviz “Baku Steel Company”dən qovuldu, ardından metallurgiya sənayesinin əsasını təşkil edən digər zavodlara hücumlar başladı. Rasim Məmmədovun başçılıq etdiyi reyder hücumları Zülfuqarlı qardaşlarına məxsus “Bakıelektroştamp”, “Bakıpoladtökmə” və “Xəzər Boru” zavodlarının ələ keçirilməsi ilə nəticələndi.

Zavodları Lerik dağlarında çobanlıq edən Gəray Məmmədovun adına rəsmiləşdirmişdilər. Bu, cinayətin izini itirmək üçün atılan addım idi. O zaman Gəray Məmmədovu Bakıya gətirib Keşlə qəsəbəsinin kənarında yerləşən, əsasən gecəqondu daxmalardan ibarət “Şanxay” massivində məskunlaşdırmışdılar. Başında yanmış papaq, əynində nimdaş paltar, ayağında qaloş gəzən Gəray Məmmədov ayda 350 manat məvacibə imza atmaqla rəsmi dəftər-kitabda zavod direktoru olduğundan bixəbər idi.
Yeri gəlmişkən, Zülfüqarlılara qarşı cinayətlər bir gün də araşdırılmamış qalıb. İş adamı Nazim Məmmədovun da metal istehsal edən zavodu Rasim Məmmədovun təzyiqləri nəticəsində bağlanıb.
Rasim Məmmədovun bu cür oyunları metallurgiya sənayesini dirçəltmək potensialına malik iş adamlarını ölkədən didərgin salmışdı.
Zülfüqarlılar 2000-ci illərin əvvəllərində Azərbaycanda metaləritmə sənayesinə və metallurgiya biznesinin bir hissəsinə nəzarət edirdilər. Lakin Zülfüqarlı qardaşları - Nurəddin və Loğman Zülfüqarlılar 2005-ci ildə həbs ediliblər. Bundan sonra onlar Azərbaycandakı bizneslərinin böyük hissəsini itirib. Nurəddin Zülfüqarlı Türkiyəyə köçmək məcburiyyətində qalıb.
Rasim Məmmədov bununla da sakitləşmədi, ölkə ərazisində olan metaləritmə sexlərinə başının dəstəsi ilə hücum edib metal qırıntılarını talan edir, domna sobalarını dağıtmaqla bir daha sexin fəaliyyətinin bərpa edilməsinin qarşısını alırdı.
Mafiya üsulları ilə ölkənin metallurgiya sənayesi ələ keçirildi, inhisara alındı. Bundan sonra Rasim Məmmədov ölkəyə xaricdən gətirilən metal məmulatlarının, əsasən armaturun daşınmasına qarşı fəaliyyətə başladı.
İlkin olaraq İrandan, ardından isə Gürcüstan gətirilən armaturların keyfiyyətsiz olması haqda mediaya məlumatlar ötürülürdü. Məlum oldu ki, bu xəbərlər Rasim Məmmədovun maraqları çərçivəsində dövriyyəyə buraxılır, həmin məhsullar gözdən salmağa çalışılır.
“Baku Steel Company” MMC-nin sahibi və Müşahidə Şurasının sədri olduğu günlərdə Rasim Məmmədov açıqlama verirdi ki, Gürcüstan Azərbaycana keyfiyyətsiz və istifadəsi təhlükəli tikinti armaturu ixrac edir. Rasim Məmmədovun səyləri nəticəsində 2014-cü ildən etibarən Gürcüstandan Azərbaycana armatur idxalı kəskin şəkildə azaldı, sonra isə tamamilə dayandırıldı.
Rasim Məmmədovun hədəf aldığı digər istiqamət yerli bazara məhsul çıxaran xırda istehsal müəssisələri idi. Dağıdıb, talan edə bilmədiklərini də bu gün onun həbsinə səbəb olanların dəstəyi ilə məhkəmə qərarı olmadan bağlamağa müvəffəq oldu. Rasim Məmmədovun rəhbərliyi dövründə BSC bir neçə iri dövlət müəssisəsini özəlləşdirib.
“Azərboru” ASC real qiymətindən qat-qat aşağı qiymətə ələ keçirilib. Daşkəsəndə yerləşən “Filizsaflaşdırma” ASC-ni də eyni üsullarla ələ keçirmək üçün Rasim Məmmədov bir neçə il ərzində çabalar göstərib, müəssisəni dövlətin müəyyənləşdirdiyi qiymətdən ikiqat ucuza əldə etməyə çalışıb. Daşkəsən yataqlarının idarəedicisi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-ni ələ keçirmək üçün Rasim Məmmədov dövlət orqanlarına belə təpki göstərməkdən çəkinmirdi.

Həmin yataqlarda 270 milyon ton dəmir filizi ehtiyatı var. Polad İstehsalı Kompleksinin 2013-cü ilin aprelində yaradılması məsələsi boş yerdən ortaya çıxmadı. O zaman Daşkəsəndəki kombinatın rəhbərliyinin “Baku Steel Company” tərəfindən zorla uzaqlaşdırılması haqda məlumatlar yayılırdı. Həmin kombinat rəsmi mənbələrdə Britaniya şirkəti kimi təqdim olunan “Det.Al Holding” şirkətlər qrupunun Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə investisiya müsabiqəsinin nəticəsi olaraq bağlanmış müqavilə əsasında idarəsi altında idi.
Amma 2013-cü il aprelin 8-də “Baku Steel Company” Bakıda keçirilən mötəbər iqtisadi forum çərçivəsində Almaniyanın “SMS Siemag” şirkəti ilə Gəncədə metallurgiya istehsalı layihəsinin öyrənilməsi və “Siemens” VAI şirkəti ilə Daşkəsəndə yeni müəssisənin tikilməsi barədə sənədlər imzaladı. “Baku Steel Company” Rasim Məmmədovun sifətində nümayişkəranə şəkildə ortaya “əlcək ataraq” qanunlara meydan oxumuş, özgə əmlakı üzərində qərar verməyə cəsarət etmişdi. Əslində bu cür hərəkətlər Rasim Məmmədov üçün adi idi. Çünki buna qədər metallurgiya sənayesində inqilabi sıçrayışa nail ola bilmiş Zülfüqarlı qardaşlarına qarşı etdiklərinə görə ona hamisinin sayəsində toxunan olmamışdı. Odur ki, Rasim Məmmədovda dövlətə də meydan oxuyub cəzalanmayacağına arxayınlıq yaranmışdı. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi o zaman şirkətin buna səlahiyyəti olmadığını bəyan etdi.
Rasim Məmmədov bir tərəfdən Daşkəsəndə və Gəncədə öz metallurgiya kompleksini qurmaq iddiasını ortaya qoyur, digər tərəfdən, bazara tələbatdan artıq metal məmulatı çıxarmağın lüzumsuz olduğunu deməklə bu sahədə fəaliyyətdə olan dövlət şirkətinin gərəksiz işlə məşğul olduğunu söyləyirdi. Rasim Məmmədov milyardlarla investisiyadan danışır, amma zavodlarında fəhlələrin maaşlarını da vermirdi. Zavodların səhmdarlarına isə divident vermək isə Rasim Məmmədova ümumiyyətlə yad bir əməl idi.
Onun hamisinin sayəsində 20 ilə yaxın metallurgiya sənayesini inhisarda saxlamasından dövlətə də, bu sahəyə vaxtilə böyük sərmayə yatırmış iş adamları böyük ziyan görüblər.
İqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, istənilən sahənin inhisarı həmin sahənin inkişafının qarşısını alır: “Oyun qaydaları prinsipləri var. Bir sahənin inhisara alınması oyun qaydalarının pozulması deməkdir. Oyun qaydaları pozulanda isə həmin sahənin inkişafdan qalır, bir növ raxit uşağa çevrilir. Aydındır ki, bir sahənin inhisarda saxlamaq üçün güclü hami lazımdır. Hamiçilik olmasa, inhisar da olmaz. Bu gün araşdırılmalı məsələlər sırasında həm də bu məsələ var”.
Əkrəm Həsənov deyir ki, dövlət məmurlarının biznesə qarışması son nəticədə bu cür biabırçı durum yaradır: “Bacarıqlı, öz işlərini bilən iş adamları sıradan çıxarılır, onların yerlərini məmurların təyin etdiyi diletantlar tutur. Belələrinin vəzifəyə təyinatı bacarıqları ilə bağlı deyil, sadəcə, şəxsi münasibətlərə, qohumluq əlaqələrinə söykənir. Ona görə də məmurların ”əl qoyduğu" sahənin inkişaf edəcəyini gözləmək olmaz. Belə yerlərdə bacardıqca çox talamaq, ələ keçirmək prinsipləri hökmrandır. Bilirlər ki, gec-tez bu sahə əllərindən çıxacaq. Ona görə də sahənin inkişafı kimsənin marağında olmur. Tez bir zamanda varlanmaq üçün talamaq həvəsi ilə sahənin çöküşünü, tənəzzülünü şərtləndirirlər".
İqtisadçı ekspert deyir ki, gerçəkləşən həbsdən sonra atılacaq addımlar bu sahənin hansı istiqamətə yön alacağını müəyyən edəcək.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

    "Baku Steel Company” şirkətinin rəhbəri ...

    1-02-2021, 11:17

  • 
  • Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - Son anda Ramiz Mehdiyev...

    Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - ...

    2-02-2021, 11:52

  • 
  • Rasim Məmmədov bu gün məhkəməyə çıxarılacaq

    Rasim Məmmədov bu gün məhkəməyə çıxarılacaq ...

    30-01-2021, 10:53

  • 
  • Məşhur iş adamı Ramiz Mehdiyevin oğlu və kürəkəninin şikayəti ilə həbs edildi

    Məşhur iş adamı Ramiz Mehdiyevin oğlu və ...

    29-01-2021, 17:25

  • 
  • Ramiz Mehdiyevin general oğlu da "laxlayır": - Rasim Məmmədovun həbsinin bəzi mübhəmləri

    Ramiz Mehdiyevin general oğlu da ...

    29-01-2021, 17:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu