GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 55 MİLYONUN ARXASINDAN MEHDİYEV ÇIXIR - “Rasim Məmmədov bizə də atıb” mesajı nəyə xidmət edir?

55 MİLYONUN ARXASINDAN MEHDİYEV ÇIXIR - “Rasim Məmmədov bizə də atıb” mesajı nəyə xidmət edir?

Tarix: 4-02-2021, 11:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 299
55 MİLYONUN ARXASINDAN MEHDİYEV ÇIXIR - “Rasim Məmmədov bizə də atıb” mesajı nəyə xidmət edir?


Prezident Aparatının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin Fövqəladə Hallar nazirinin müavini olan general rütbəli oğlu Teymur Mehdiyev və 10 il deputat mandatı gəzdirmiş kürəkəni İlham Əliyevin “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədovu dələduzluqda günahlandıraraq, ona qarşı müvafiq qaydada 4 milyon və 3.5 milyon dollarlıq iddia qaldırması mətbuatda və cəmiyyətdə şok effekti yaratmışdı.

Çünki bu, uzun illər metallurgiya sənayesində inhisarçılıq yaratmış və özbaşınalığı ilə ad çıxarmış sözügedən şirkətin Ramiz Mehdiyev və onun yaxınlarıyla əlaqəsinin rəsmi etirafı anlamına gəldi.

Hər zaman qapalı, ehtiyatlı və hiyləgər fiqur kimi tanınan sabiq PA rəhbərinin əslində, onun özü və ailə biznesi üçün heç də böyük sayılmayacaq 7-8 milyon dollara görə necə deyərlər, “açıq verməsi”, faktiki olaraq, bu inhisarçı şirkətlə əlaqələrini etiraf etməsi müəmmalı göründü. Məntiqlə hansısa 7-8 milyona görə qalmaqal yaratmaq və qanuna zidd olaraq biznes strukturlarına malik olduğunu etiraf etmək, nəhayət general oğlunun reputasiyasını və karyerasını zərbə altında qoymaq Ramiz Mehdiyevdən gözləniləcək addım deyildi...

Lakin DTX-nın Rasim Məmmədovun həbsi və ona qarşı açılan cinayət işi barədə yaydığı məlumatdan aydın olur ki, birincisi, söhbət daha böyük məbləğdən - üst-üstə 55 milyon manatdan gedir.

İkincisi, məsələ sadəcə, R.Mehdiyevin ailə üzvlərinin R.Məmmədova qarşı iddiasıyla deyil, metallurgiya sahəsinə vurulan külli miqdarda ziyan və digər daha ağır cinayətlərlə bağlıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin bu işə dair məlumatında deyilir ki, “Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb.

Başlanmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub... Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Göründüyü kimi, istintaq R.Mehdiyevin yaxınlarının R.Məmmədova qarşı qaldırdığı iddiadan qat-qat yüksək məbləğdə yeyintidən, ziyandan bəhs edir. Təbii ki, əslində, real ziyan 55 milyon manatdan da qat-qat çoxdur. Ən əsası isə bu fəaliyyətin təkcə “Baku Steel Company”-yə deyil, ümumilikdə ölkənin metallurgiya sənayesinə və dövlətin mənafeyinə ziyan vurduğu qeyd olunur. Daha doğrusu, nəhayət ki, etiraf edilir.

Bu isə təbii olaraq, sual yaradır ki, Rasim Məmmədov səviyyəli bir icraçı fiqur bütünlükdə ölkənin metallurgiya sənayesində ağalıq, qanunsuzluq, özbaşınalıq edə, bununla da dövlətin maraqlarına, iqtisadiyyata ağır zərbə vura bilərdimi? Əlbəttə ki, xeyr! Və əlbəttə ki, istintaqın gedişində bu işin arxasında kimin durduğu məlum olacaq, nəyisə gizlətmək nə Rasim Məmmədovun maraqlarına, nə də böyük ehtimalla xarakterinə uyğun deyil. Belədə isə rəsmi istintaq materiallarında, ifadələrdə Ramiz Mehdiyevin adı üzə çıxa bilər.

Deməli, belə çıxır ki, general Teymur Mehdiyevin və sabiq deputat İlham Əliyevin uzun illər Mehdiyevlərin ailə biznesinin idarəçilərindən birinə qarşı iddia qaldırması “Rasim Məmmədov bizə də atıb” mesajı vermək və sahibkarlıq mühitinə, metallurgiya sahəsinə, ölkə iqtisadiyyatına, büdcəyə vurulan külli miqdarda ziyana görə məsuliyyəti onun boynuna atmaqdır. Yəni “biz bu işdə yoxuq” deməkdir.

Lakin hər kəs bilir ki, arxasında böyük güc, dayaq olmayan heç bir iş adamı bütöv bir sənaye sahəsində bu miqyasda talançılıq, özbaşınalıq edə bilməzdi. Azərbaycanda isə uzun illər boyu metallurgiya sahəsində çalışmış və haqları tapdanmış iş adamları buna himayədarlıq edə biləcək ranqda olan şəxs qismində Ramiz Mehdiyevi göstəriblər. Onun oğlunun və kürəkəninin R.Məmmədova qarşı milyonluq iddiaları isə bu qənaəti daha da möhkəmləndirmiş, hətta sübut etmiş oldu...

Bir sözlə, Rasim Məmmədovun işi 7-8 milyon, hətta 55 milyonla da yekunlaşacaq işə bənzəmir və istintaqın obyektivliyi təmin olunarsa, ümumilikdə ölkə iqtisadiyyatına, büdcəyə, metallurgiya sənayesinə vurulan ziyanın həcmi, eləcə də bunun gerçək səbəbkarı məlum olacaq./“AzPolitika.info”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin general oğlu da "laxlayır": - Rasim Məmmədovun həbsinin bəzi mübhəmləri

    Ramiz Mehdiyevin general oğlu da ...

    29-01-2021, 17:07

  • 
  • Məşhur iş adamı Ramiz Mehdiyevin oğlu və kürəkəninin şikayəti ilə həbs edildi

    Məşhur iş adamı Ramiz Mehdiyevin oğlu və ...

    29-01-2021, 17:25

  • 
  • Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - Son anda Ramiz Mehdiyev...

    Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - ...

    2-02-2021, 11:52

  • 
  • Rasim Məmmədov bu gün məhkəməyə çıxarılacaq

    Rasim Məmmədov bu gün məhkəməyə çıxarılacaq ...

    30-01-2021, 10:53

  • 
  • “Baku Steel Company” Ramiz Mehdiyevin əlindən çıxdı

    “Baku Steel Company” Ramiz Mehdiyevin əlindən ...

    12-05-2020, 21:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu