Əhalinin torpağı viran edilib, mal-materiallar oğurlanıb
Ağalarovlara məxsus “Krokus” şirkətinin Bakı kəndlərində əhaliyə qarşı talançılıq, reketlik, quldurluq əməlləri əndazəyə sığmır. Şirkət o qədər azğınlaşıb ki, nəinki əhaliyə, torpaq sahiblərinə zəbt etdiyi torpaq sahəsinin ölçülərinə , mal -materialın dəyərinə uyğun kompensasiya ödəyir, əksinə, hasarları, darvazaları buldozerə verib məhv edir , oğurlayıb aparır. Nardaran sakini, Balahüseyn İbrahimovun 16 sotluq hasarlı-qapılı torpaq sahəsini “Krokus”un buldozerləri necə dağıdıb məhv edibsə, 5-10 min manata alınan daşlar da yoxa çıxıb, 1200 manatlıq qapı da. Oğurluq-talançılıqla bağlı polisə müraciət edilib və hazırda araşdırma aparılır. Dövlət başçısının daim sadə vətəndaşların yanında olduğunu əməli işi ilə göstərməsi, deyəsən, talançı “Krokus” şirkətinə dərs olmayıb. Yoxsa, günün gündüzündə vətəndaşın malını, mülkünü belə nümayişkaranə surətdə məhv etməzdi. Onu da qeyd edək ki, “Krokus”un əmlakını məhv etdiyi, darvazasını oğurladığı Nardaran sakini Qarabağ qazisidir. Ali Baş Komandanın qazilərə, şəhid ailələrinə münasibəti imzaladığı fərmanlardan, sərəncamlardan, qanunlardan məlumdur. Prezident özü qarışıq hamının, bütün məmurların xalqa xidmət etməli olmasını hər çıxışında bəyan edir, Qarabağ qazilərinə, şəhid ailələrinə hörmət və ehtiramla davranmağı tövsiyə edir, “Krokus” kimi şirkətlər isə Prezidentin tövsiyələrinə əməl etmək əvəzinə reketlik, quldurluq edirlər. Qarabağ torpaqlarında düşmənin yurd yerlərini tanklarla, zirehli transportyorlarla viran qoyub xarabazara qoymasını “Krokus” şirkəti Bakıda buldozerlə təkrar edir. Buna nə ad vermək olar? Azərbaycan Prezidentinin Qarabağda düşməni pərən-pərən salan DƏMİR YUMRUĞU Bakı kəndlərində ağalıq edən şirkətin də başında çatlayacaq, inşallah! Onda Qarabağdan qucağında unitazla qaçanlardan fərqli olaraq , “Krokus” şirkəti 1200 manatlıq darvazanı belində apara bilməyəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?