Neçə müddətdir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vasitəsilə təqdim olunan sosial evlərlə bağlı qalmaqallar yerli KİV-lərdə müzakirə olunmaqdadır. Nəhayət ki, bu məsələ "yuxarıların" diqqətini cəlb edib. Gundemxeber.az bildirir ki, bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, MİDA-nın fəaliyyətiylə bağlı hüquqi araşdırmalar başlayıb.
"Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının özünün də fəaliyyəti araşdırılmaqdadır və bu barədə ictimaiyyət məlumatlandırılacaq".
Mənbə iddia edir ki, həbslərin olacağı istisna deyil...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?