GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Mehdiyev AMEA-da elmdən başqa hər işlə məşğul olur - AKADEMİKLƏR İSƏ SUSUR

Ramiz Mehdiyev AMEA-da elmdən başqa hər işlə məşğul olur - AKADEMİKLƏR İSƏ SUSUR

Tarix: 10-02-2021, 13:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 255
Ramiz Mehdiyev AMEA-da elmdən başqa hər işlə məşğul olur - AKADEMİKLƏR İSƏ SUSUR


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat və informasiya şöbəsi növbəti dəfə KİV-ə jurnalistlərin “kiminsə sifarişi ilə” böhtan və yalan yaymamaqdan ibarət olan “əsas missiyasını xatırladan” müraciət ünvanlayıb.

Mətbuat və informasiya şöbəsi AMEA prezidenti Ramiz Mehdiyevin 49 il ərzində fasiləsiz olaraq sədaqətlə xidmət göstərdiyini, bu fəaliyyətin onu dövlət mükafatları ilə təltif edən prezidentlər Heydər Əliyev və İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirir.

“Bu gün AMEA prezidenti vəzifəsini tutan Ramiz Mehdiyev prezident İlham Əliyevin yoluna sadiqdir və prezidentin tapşırıqlarını yerinə yetirməkdə davam edir” – deyə, müraciətdə bildirilir.

AMEA-nın mətbuat və informasiya şöbəsi KİV-lərin adlarını çəkmədən, müəllifləri Ramiz Mehdiyevə “qara yaxmaq istəyən, “qeyri-peşəkarlıq” nümayiş etdirən, obyektivlik prinsiplərinə riayət etməyən və oxuculara qarşı hörmətsizlik edən böhtan xarakterli nəşrlərə” diqqət çəkir.

2020-ci ilin sentyabrında yayılan əvvəlki bəyanatlardan fərqli olaraq, bu mətn Ramiz Mehdiyev tərəfindən imzalanmayıb, jurnalistlərə və KİV-ə qarşı təhdid ehtiva etmir və xoşməramlı tonla yazılıb.

AMEA-nin mətbuat və informasiya şöbəsinin bu il fevralın 8-də yaydığı məlumat yerli mediada Ramiz Mehdiyev tərəfindən himayə olunduğu bildirilən ölkənin metal bazarında böyük çəkiyə malik “Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun həbsindən sonraya təsadüf edir. Bu şirkətin sahibi Rasim Məmmədov Dövət Təhlükəsizliyi Xidməti tərəfindən 42 milyon manatı israf etmək ittihamı ilə həbs edilib.

Müşahidəçilərin fikrincə, AMEA-nin prezidenti Ramiz Mehdiyev korrupsiya kontekstində onun adı keçən nəşrlərin artmasından narahatdır.

AMEA-nin məlumatını şərh edən Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, məhz Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi və ideologiyaya nəzarət etdiyi dövrdə Azərbaycanın peşəkar KİV-lərinə ölümcül zərbə endirilib.

“Onların yerini böhtan, ictimai rəyin aldadılması, cəmiyyətdə düşmənçilik mühitinin yaradılmasında ixtisaslaşan aşağı ayarlı media tutub. Bu gün bu media bumeranq qanunu ilə Mehdiyevin öz nüfuzuna xələl gətirir,” Mehman Əliyev qeyd edib.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev isə hesab edir ki, Ramiz Mehdiyev açıq şəkildə elm sahəsində islahatlara mane olur.

“Mehdiyev ölkənin elm məbədini istədiyi kimi idarə edir. Elmdən başqa nə işlə desəniz məşğuldur. AMEA-nın saytı onun şəxsi ambisiyalarını ifadə edən məkana çevrilib. Oradan siyasi bəyanatlar üyüdürlər. Elm cəmiyyətin hərəkətverci qüvvəsidir və siyasətdən ayrı olmalıdır. Elm durğunluq halına salındıqda onun xilası üçün çox böyük vaxt və vəsait tələb olunur. Təhsil də belədir. Təhsili durğunluqdan xilas edə bilməməyimizin səbəbi ali məktəblərin bir neçəsinə savadsız və korrupsioner rektorların rəhbərlik etməsi olub. Onlar dövləti aldatmaqla uzun müddət vəzifələrində qalıblar. Bütün dünya elm və təhsilin vəhdətindən danışır. Biri durğunluq dövrünü yaşayırsa digərini də bu vəziyyətə sürükləyir. Ramiz Mehdiyev elmi durğunluqdan bataqlığa itələyir. Akademiklərimiz isə susurlar,” deputat Facebook səhifəsində yazıb.

Ramiz Mehdiyev həm sovet rejimi dövründə, həm də müstəqillik dövründə yüksək vəzifələrdə çalışıb. Sovet İttifaqı zamanı 1974-cü ildən başlayaraq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində müxtəlif yüksək rəhbər vəzifələrdə çalışıb, parlamentin deputatı olub. Müstəqillik dövründə isə 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. O, iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür./gununsesi.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10

  • 
  • Ramiz Mehdiyev məzuniyyətə çıxdı

    Ramiz Mehdiyev məzuniyyətə çıxdı ...

    24-08-2020, 11:18

  • 
  • Novruz Məmmədovdan “Ramiz Mehdiyev olayı”na REAKSİYA - "...danışmaq istəmirəm"

    Novruz Məmmədovdan “Ramiz Mehdiyev olayı”na ...

    4-09-2020, 14:33

  • 
  • AMEA-nın şöbə müdiri Ramiz Mehdiyevi İTTİHAM ETDİ

    AMEA-nın şöbə müdiri Ramiz Mehdiyevi İTTİHAM ETDİ ...

    23-09-2020, 15:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (276)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu