GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müşfiqabad qəsəbəsində evlər belə qanunsuz tikilir-FOTOLAR

Müşfiqabad qəsəbəsində evlər belə qanunsuz tikilir-FOTOLAR

Tarix: 12-02-2021, 16:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 813
Müşfiqabad qəsəbəsində evlər belə qanunsuz tikilir-FOTOLAR


Qanunsuz tikililər problemi son on illərdir ki, aktuallığını qorumaqdadır. Xüsusi ilə də paytaxt, paytaxtətrafi qəsəbələrdə, eləcə də Abşeron, Sumqayıt və digər iri şəhərlərdə bu problemə daha çox rast gəlinir. Medianın, ekspertlərin bu problemi mütəmadi ictimailəşdirməsi və aidiyyatı dövlət orqanlarının gərəkən hüquqi addımları atması da hələ ki, son nəticə ilə yekunlaşmır. Səbəb sadədir... Qanunsuz tikililərdə maraqlı olan səlahiyyət sahibləri nəfslərini ya boğa bilmirlər, ya da bunu istəmirlər.

Xatırladaq ki, qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq, sifarişçi tikintiyə icazə almaq üçün Bakı şəhər inzibati ərazisində olduqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhər və rayonlarda olduqda isə yerli icra orqanına müraciət edir. Ərizəyə əlavə olunan sənədlər bunlardır:Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, Tikinti layihəsi və sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti.

Müşfiqabad qəsəbəsində evlər belə qanunsuz tikilir-FOTOLAR


Müşfiqabad qəsəbəsinin öz qanunları var?

Qanunsuz tikililərlə bağlı yenixeber.org-a yeni məlumatlar daxil olub. Bu dəfə paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində geniş vüsət alan qanunsuz tikililərlə bağlı...

Öncə bilməyənlər üçün qısa arayış: Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Müşfiqin şərəfinə adlandırılmışdır. Ərazisi – 58.8 km2 , Əhalisi –10000 nəfər civarındadır.

Müşfiqabad qəsəbəsində evlər belə qanunsuz tikilir-FOTOLAR


40 ilə yaxın zamanda, xüsusi ilə də son 20 ildə bu qəsəbə yeni tikililərlə dəyişdi, böyüdü, sakinlərinin sayı kəskin artdı... Bəs necə böyüdü? Yeni həyət evləri hansı qaydalarla tikildi və tikilməkdədir? Bəlli norma və qanunlara nə dərəcədə əməl olundu və olunmaqdadır? Bu prosesə məsul şəxslər vəzifə borclarına necə əməl etdilər və etməkdədirlər? Və s.

Bütün bu sualların cavabları ilə bağlı ziddiyyətli məlumatlar dolanmaqdadır. Məlumatlarda Müşfiqabad qəsəbəsində yeni həyət evlərinin tikintisində yumşaq desək bəlli qaydaların pozulmasından, kimlərinsə özəl maraqları səbəbindən bələdiyyə mülkiyyətini “seçilmişlər”ə satmasından bəhs olunur. Və bu “özəl seçimlər” də tikinti normalarının pozulması, küçələrin salınmasında kobud pərakəndəliklə, kommunikasiya xətlərinin çəkilişində problemlərin yaşanması ilə nəticələnir...Başqa sözlə məlumatlardan belə məlum olur ki, bu qəsəbənin öz qanunları var(?)

Müşfiqabad qəsəbəsində evlər belə qanunsuz tikilir-FOTOLAR


Qəsəbədən yenixeber.org-a verilən məlumata görə Akif və Nəriman adlı şəxslər zamanında böyük bir yaşayış sahəsini-Məcburi köçkünlər şəhərciyi ilə üzbəüz ərazini-hansısa yollarla “zəbt edə biliblər”. İndi də aidiyyatı strukturların sayəsində özlərinə sərf edən kimi satıb, “əridirlər”...

Bütün bu prosesdə isə Müşfiqabad Bələdiyyəsinin sədri Vüqar Əliyevin və Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının Müşfiqabad qəsəbə üzrə nümayəndəsi Coşqun Bayramovun da adı hallanır. Bu şəxslərin adları daha çox qanunsuz tikililərə XEYİR-DUA verməkdə diqqəti çəkir. Hətta 2020-ci ilin əvvəllərində bir Ağdaş rayon sakininin “2700 dəfə get-gəldən sonra” tikintiyə razılıq ala bildiyi də verilən məlumatlar sırasındadır... Məlumatlar sırasında diqqət cəlb edən faktorlardan biri də budur ki,bu ərazidə qeydiyyatsız olan evlər bələdiyyə tərəfindən müəyyən maraqlar naminə qeydə alınır...

Müşfiqabad qəsəbəsində evlər belə qanunsuz tikilir-FOTOLAR


Bu məlumatlarla bağlı əməkdaşımız Müşfiqabad qəsəbəsində olub, müəyyən araşdırmalar da aparıb. Qəsəbə sakinləri Akif və Nərimanın havadarlarının “krışa”lığı ilə özfəaliyyəti nəticəsində qarşılaşdıqları kommunal problemlərdən və digər infrastruktur layihələrindən kənarda qalmalarından gileylidirlər... Paytaxtın 20 km-də, ilin-günün bu vaxtında bu kommunal və infrastruktur problemləri ilə yaşamaq sadəcə mümkünsüz görünür.

Bu və digər məlumatlarla bağlı həm bələdiyyə sədri Vüqar Əliyev, həm də icra nümayəndəsi Coşqun Bayramov bizimlə telefon söhbətində məlumatları təkzib edib, bəhs olunan ərazinin adıçəkilən vətəndaşlara aid olduğunu bildirdilər. Qanunsuz tikililərə icazə verməklə, bu ərazidə yaşayan sakinlərə hansısa arayışların verilməsi və s. bu kimi hərəkətlərin də onların səlahiyyəti çərçivəsində olmadığını xatırlatdılar...

Qarşıdakı günlərdə rayon rəhbərliyinin və digər strukturların da mövqeyini öyrənməklə mövzunu davam etdirəcəyik.//yenixeber.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlandı

    Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlandı ...

    28-01-2015, 20:24

  • 
  • Qeyri-yaşayış təyinatlı torpaqlarda tikilmiş evə "kupça" verilməsi mümkünsüzdür

    Qeyri-yaşayış təyinatlı torpaqlarda tikilmiş evə ...

    24-09-2019, 15:37

  • 
  • Abutalıbovun adından “saxta sərəncam” üzə çıxdı, Rufullayevə cinayət işi qaldırıldı

    Abutalıbovun adından “saxta sərəncam” üzə çıxdı, ...

    29-08-2018, 12:03

  • 
  • İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərini əlindən aldı

    İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin ...

    2-08-2018, 12:01

  • 
  • Vəzifəli şəxslər barəsində cinayət işi başlanıb

    Vəzifəli şəxslər barəsində cinayət işi başlanıb ...

    11-12-2018, 13:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu