GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Saloğlu” qanunları saymır

“Saloğlu” qanunları saymır

Tarix: 25-02-2021, 20:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 637
“Saloğlu”  qanunları saymır


Pandemiya ilə əlaqədar olaraq elan edilmiş karantin dövründə bir çox ticarət mərkəzləri və digər satış şirkətləri online fəaliyyət göstərirdi. Yəni bütün seçim və satış xidmətləri internet üzərindən həyata keçirilirdi. Buna görə də bir çox satış obyektlərinin dələduzluq faktları meydana çıxdı. Alıcıların seçdiyi malın yerinə yanlış, yaxud keyfiyyətsiz, qüsurlu malların göndərilməsi və sair kimi faktlar üzə çıxdı. Bu kimi hallar dələduzluq və istehlakçı hüquqlarının pozulması faktlarıdır.
İndi sizə təqdim edəcəyimiz vətəndaş da DogruXeber.az informasiya agentliyinə məhz bu kimi halla üzləşməsi, “Saloğlu” mebel şirkəti tərəfindən aldadılması, istehlakçı hüququnun pozulması barədə şikayət ərizəsi ilə müraciət edib.
Bakı şəhər Yasamal rayon sakini Cavadova Pərvanə Rəsul qızı öz ərizəsində bildirir ki, “Saloğlu” mebel mağazasından online məhsul alıb. Sosial şəbəkə vasitəsilə şirkətin satıcısıylə əlaqə saxlayıb, şəkillər əsasında seçim edib, divan sifariş verib. Lakin, şirkət onun seçimini deyil, tamamilə fərqli və qüsurlu bir divan göndərib. Xanım divanı şirkətə geri iadə etməyə və ya dəyişməyə cəhd etsə də şirkət xanımın haqlı tələbini təmin etməmişdir.
“Saloğlu” şirkəti bu davranışı ilə vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş “İstehlakçı hüququnun müdafiəsi haqqında qanun” ları kobudcasına pozmuş olur.
Qanunda bildirilir ki, “əgər alınan mal istehlakçının tələblərinə cavab vermirsə, 14 gün müddətində qaytarıla və ya dəyişdirilə bilə. Belə ki, istehlakçının bəyəndiyi başqa mal varsa, dəyişdirilə bilər, yoxdursa, istehlakçı malı qaytara bilər".
Vətəndaşın DogruXeber.az informasiya agentliyinin redaksiyasına göndərdiyi ərizəsini olduğu kimi təqdim edirik.

DogruXeber.az İnformasiya
agentliyinin redaksiyasına
Yasamal rayon. Ə.Əhmədov küçəsi
Ev41. mənzil 53 ünvanında yaşayan
Cavadova Pərvanə Rəsul qızı
tərəfindən

ƏRİZƏ:
Yazib sizə bildirirəm ki, pandemiya ilə əlaqədar olaraq bir çox firmalar öz mallarının satışını online şəkildə həyata keçirir. Mən də Cavadova Pərvanə 11.01.2021- ci il tarixində “Saloğlu” mebel mağazasında keçirilən kompaniyadan yararlanmaq niyyəti ilə online olaraq ehtiyacım olan divan sifariş etdim. Sifariş etdiyim divanı instagram sosial şəbəkədə seçib, maraqlanmışam. “Saloglu” instagram səhifəsini idarə edən mağaza əməkdaşlarından biri ilə yazışıb, seçdiyim məişət əşyası haqqında suallarımı vermişəm. Suallarımdan biri də bu idi ki, əgər sifariş etdiyim divanın yerinə başqa biri yanlış göndərilərsə necə olacaq? (Son zamanlar online sifarişlərdə çox tez-tez yanlışlıqlar olduğunun şahidi oluruq)
Mağaza əməkdaşı mənə cavab verdi ki, “olan halda sizin həmin əşyanı geri qaytarmaq ixtiyarınız var”.
Divan seçimim şəkil və videogörüntü vasitəsilə, alqı-satqımız da whatsapp sosial şəbəkəsi üzərindən aparıldı.
Mağaza əməkdaşı ilə olan yazışmalarımızı hələ də saxlamışam. Mənim seçimim qəhvəyi rəng olduğu üçün yenidən əlavə olaraq mənə qəhvəyi rəngli divan şəkli göndərildi. Bu şəkildə Divanın kürəklərinin aralı olduğunu gördüm. Satıcı mənə səsli mesaj vasitəsilə izah etdi ki, mağazada düzgün tənzimlənməyib, ona görə şəkildə elə görünür. Evimdə elə deyil, birinci şəkildə gördüyüm kimi olacaq.
Divanın rəngi və ölçüsünü də soruşdum. Lakin, mənə yalnız uzunluq ölçüləri barədə məlumat verdilər. (3.30-1.75) eni barədə isə heç bir cavab vermədilər.
Mən də bu işin mütəxəssisi olmadığım üçün ölçülərin yetərli olduğunu düşündüm və 18 ay faizsiz ödənişlə olduğunu da nəzərə alıb sifarişimi verdim.
Sifarişi verdikdən bir gün sonra 12.01.2021 tarixində mənim evimə gəlib özlərini “MJ Finans bank”ın nümayəndələri olaraq təqdim edən şəxslər mənə müqavilə imzaladan zaman kreditin bank vasitəsilə olduğunu öyrəndim.
14.01.2021-ci il tarixində “Saloğlu” mebel mağazasının əməkdaşı mənə zəng edib, sifarişimin ünvanıma göndərildiyini bildirdi. Mən səhiyyə əməkdaşıyam. Həmin vaxt işdə olduğum üçün həyat yoldaşıma zəng etdim ki, sifarişi qarşılasın.
Divan binanın həyətinə Daxil olarkən, bağlama şəklində olmayıb. Sadəcə üzəri klyonka vasitəsilə bükülüb, yapışqan lentlə bağlanmış olub. Hətta divanın ayaqları da açıq - ayrıca gətirilib. Divanın həyətə hansı vəziyyətdə gətirildiyi yaşadığım binanın komendatura kamerasında qeydə alınıb. Həmin videogörüntülər də məndə var. Həyat yoldaşım sifarişin niyə açıq gətirildiyini soruşub, cavabında əməkdaşlar bildiriblər ki, “liftə yerləşmədiyi üçün bağlaması açıldı”

Halbuki, divanın ayaqları kiçik ölçülüdür. Bağlama şəklində gətirilə bilməsi mümkündür.
Divanı quraşdırdıqdan dərhal sonra ustalar tələsdiklərini bildirib, çatdırılma sənədini imzalayıb onları tez yola salmalarını tələb ediblər.
Mən işdən evə döndüyümdə divanın sifariş verdiyim divan olmadığını görən kimi dərhal satıcıya zəng edib, divanın yanlış göndərildiyini və ölçülərinin də evimə uyğun olmadığını bildirdim. Satıcı mənə dedi ki, “narahat olmayın, mən məlumat verəcəm, gəlib baxıb, həll edəcəklər.”
15.01.2021-ci il tarixində şirkətin nümayəndəsi evə gəldi, divana baxdı, şəklini çəkdi. Divanı geri qaytarmaq, ya da heç olmasa dəyişmək istəyimizi də qeyd etdi. Zəmanətdə 14 gün ərzində malı geri qaytarmaq ixtiyarımızın olduğunu, etiketlərin hələ də malın üzərində olduğunu, qoparılmadığını bildirdim. Hətta, həmin şəxsə daşınma haqqını özüm ödəyəcəyimi dedim. Bizimlə tezliklə əlaqə saxlanılacağını deyib getdi. 16.01.2021-ci il tarixində özünün “Saloğlu” şirkətində səlahiyyətli şəxs olduğunu deyən İlkin müəllim adlı bir nəfər mənə zəng etdi. Şikayətimizlə maraqlandı və məni dinlədikdən sonra şikayətimizin əsassız olduğunu bildirdi.

Həyat yoldaşım ölçülərin də satıcının bildirdiyi kimi olmadığını dedi. Cavabında İlkin müəllim aqressiv şəkildə “istəsəm o divanın ölçüsünü 3.50 sm belə çıxara bilərəm” –dedi. Biz yenə də şirkətin səhvinə anlayış göstərib, “online sifarişdir, ola bilər yanlışlıq olub, başa düşürük. Amma, xahiş edirik bu yanlışı düzəldəsiniz “-dedik. Bizə dedilər ki, malın üzərindəki əmtəə nişanı artıq zədələnib. Hansı ki, gətirilən zaman malın üzərində heç bir əmtəə nişanı olmayıb.

“Saloğlu” şirkətinin laqeydliyi qarşısında çarəsiz qalıb, bankın nümayəndələri ilə əlaqə saxladıq, şirkətlə problem yaşadığımızı bildirdik. Bank əməkdaşları “Saloğlu” divanı geri götürərsə, krediti ləğv etməyə hazır olduqlarını bildirdilər.
Mən 18.01.2021- ci il tarixində Antiinhisar Dövlət Xidmətinə də müraciət etmişəm. Lakin, heç kim mənim üzləşdiyim mövcud problemlə maraqlanmayıb. Ona görə də artıq çarəmi məsələni ictimailəşdirməkdə görürəm. Odur ki, sizdən xahiş edirəm üzləşdiyim problemdən qurtulmağım üçün mənə dəstək göstərəsiniz.

Onu da qeyd edim ki, divana ödəniş etmişəm, ödənişin qəbzini də 19.01.2021-ci il tarixində kassadan götürmüşəm. Şəkilləri də var.
Alqı-satqı online olduğu üçün məndə mağazanın dəqiq ünvanı yoxdur. Əlimdə olan ünvan və telefon nömrələri bunlardır.

Saloğlu mebel fabriki-1441 Heydər Əliyev. Ağstafa
Tel: (+994 2222)-5-24-71
Nəsimi rayonu. Albert Aqarunov 8 A
Baş ofis: (012)404-49-03
Satıcı Esmira: (055) 525-85-48
İlkin müəllim: (055) 525-12-22

İmza: Cavadova Pərvanə
22.01.2021


PS: Biz də öz növbəmizdə vətəndaşın şikayətini araşdırmaq məqsədilə “Saloğlu” mebel şirkətinin satış müdiri İlkin müəllim ilə telefon əlaqəsi saxladıq. İlkin müəllim isə bu barədə şirkətin hüquqşünası ilə əlaqə saxlamağımızı dedi. Biz şirkətin hüquqşünası ilə də əlaqə saxladıq. Lakin, çox təəsüflər olsun ki, hələ də suallarımız cavabsız, vətəndaşın şikayəti isə təmin edilməmiş olaraq qalmaqdadır.

Gundemxeber Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Gözəl Evim" mebel salonundan çirkinlik... - GİLEY

    "Gözəl Evim" mebel salonundan ...

    12-11-2020, 15:40

  • 
  • Azərbaycanda istehlakçı niyə zay məhsulu qaytarıb pulunu ala bilmir?

    Azərbaycanda istehlakçı niyə zay məhsulu qaytarıb ...

    17-04-2014, 10:01

  • 
  • "Narıncı Mebel" MMC-dən ŞOK FIRILDAQ: - 9 min manat pul alıb ALDATDILAR

    "Narıncı Mebel" MMC-dən ŞOK FIRILDAQ: - ...

    4-06-2018, 13:55

  • 
  • Qurbanlıq qoyunlar onlayn satılır - FOTO

    Qurbanlıq qoyunlar onlayn satılır - FOTO ...

    31-07-2020, 15:50

  • 
  • Halal” “Sab”ın “icarəçisi” “Ozon”un halal olmayan ticarəti

    Halal” “Sab”ın “icarəçisi” “Ozon”un halal olmayan ...

    16-01-2014, 12:05


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu