GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ölkənin ən gənc icra başçısı hakimiyyəti necə məyus etdi? - Seymur Orucovdan sensasion faktlar...

Ölkənin ən gənc icra başçısı hakimiyyəti necə məyus etdi? - Seymur Orucovdan sensasion faktlar...

Tarix: 1-03-2021, 12:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 814
Ölkənin ən gənc icra başçısı hakimiyyəti necə məyus etdi? - Seymur Orucovdan sensasion faktlar...


Bu gedişlə icra hakimiyyətlərinin ləğvi prosesi sürətlənəcək. Çünki yerlərdə əyalət başçılarının fəaliyyəti tamamilə fiaskoya uğramaqdadır.
Prezident gözləyirdi ki, yerli idarəetmədə islahatlar kadr dəyişiklikləri ilə mümkün ola bilər. Amma görünür ki, yeni təyinatlar köhnələrə “rəhmət oxudur”.


GundemXeber.Az-ın apardığı ayrı-ayrı araşdırmalar təsdiqləyir ki, bölgələrə yeni təyin olunan icra hakimləri uğurlu ola bilmirlər.

Başçı hansı kəndə, hansı şəhid qapısına gedib?

Bu xüsusda Ağstafanın icra başçısı Seymur Orucov daha çox fərqlənir. Ona rayon həvalə edilməsi bəlkə də tez, tələsik və erkən qərar idi.
S.Orucov ən azı İH-də bir müddət müavin səviyyəsində fəaliyyət göstərməklə təcrübə toplaya, sonra başçı kürsüsünə yüksələ bilərdi.
Bu səbəbdən onun səriştəsizliyi, Ağstafada başçı olduğu vaxtdan heç bir iş görməməsi, idarəçilikdə köhnə əyyamların davam etməsi vəzifədə uzun müddət qalmacağını deməyə əsas verir.
Əslində əksər İH rəhbərləri vəzifədən azad olunmalıdır, bütövlükdə bu struktur ləğv edilməlidir. Rayonların inkişafına töhfəsi olmayan icra başçıları dağıdıcı, özbaşına əməllərlə məşğul olmaqdan savayı iş görmürlər.
S.Orucovun isə gənc kadr olmasına böyük ümidlər bəslənmişdi və ehtimal edilirdi ki, qoca məmurlardan, talançı fiqurlardan fərqli olaraq müsbət addımlar atacaq.
Gələn məlumatlardan isə belə aydın olur ki, Ağstafanın İH rəhbəri vətəndaşlara xidmət etmək yox, bir gənc kimi icra başçısı vəzifəsində ədabazlıqla məşğuldur.
İndiyə qədər S.Orucov haqda “vətəndaşın problemini həll etdi”, “icra başçısı Ağstafada şəhid ailəsinə kömək etdi” və sair bu qəbildən olan xəbərlərə rast gəlməmişik.
Həmçinin, onun dövründə rayonda hər hansı abadlıq-quruculuq işlərinin görülməsi, hansısa məsələnin yoluna qoyulması faktı olmayıb.
Bəs Seymur Orucovun icra başçısı kimi gündəlik funksiyası nədən ibarətdir? Hər gün saat 9-da iş otağına gəlib kabinetində axşam 6-ya qədər nələr edir? İcra başçısı bir kəndə, bir qəsəbəyə baş çəkirmi?
Ona görə də rayonda heç bir yeniliyə imza atılmayıb. Əksinə, icra başçısı reputasiyası zədələnmiş keçmiş korrupsioner məmurlarla işləməkdədir.

Başçı maaşına 350 minlik maşın

GundemXeber.Az məlumat verir ki, Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucov hakimiyyəti məyus etmiş oldu.
Həmişə fikirlər və çağırışlar səslənirdi ki, gənc fiqurlara üstünlük verilsin, qan dəyişməlidir, sistemin mobil işləməsi kadr islahatlarından asılıdır.
Amma Orucov pis mənada nümunə oldu ki, heç də gənc olmaqla deyilmiş. Məmur postunda peşəkar və tamahına hakim kəsilməyi bacaranlar əyləşməlidir.
Yeri gəlmişkən, bu yaxınlarda elektron mətbuatda xəbər yayıldı ki, Ağstafanın icra başçısı dəyəri 350 min manat olan 10 NK 200 dövlət qeydiyyat nişanlı amerikan istehsalı olan “GMC Yukon Denali” markalı avtomobilin sahibidir. Buyurun, bu da gənc icra başçısı...Çatar-çatmaz 350 minlik avtomobilə yiyələnib.
Ölkədə 35 yaşlı hansı gənc 350 minlik maşın almaq imkanına malikdir? Bu, fantastikadır. Deməli, ortada qeyri-şəffaf maliyyə var.
Media yazır ki, icra başçısı fəndgirlik edib, həmin avtomobili qardaşı Vasif Orucovun adına sənədləşdirib. Deyilənə görə, avtomobil zirehlidir. Görəsən Orucovlar ailəsi kimdən və nədən ehtiyat edir?
KİV yazır ki, 350 minlik maşın S.Orucovun həyat yoldaşı Çeşmə xanım tərəfindən idarə edilir. Çeşmə xanım Maştağa qəsəbəsində bağça müdirəsidir. Maraqlıdır, bağça müdirəsi ilə icra başçısının aylıq dövlət maaşı nə qədərdir ki, ailə 350 minlik avtomobilə malikdir?
Ümumiyyətlə, ölkədə məmur məvacibi hesabına nəinki bahalı avtomobil, hətta ikiotaqlı bir mənzil də almaq mümkün deyil.
Ona görə icra başçılarının, nazirlərin, məmurların milyonluq mülkləri, maşın kolleksiyaları, biznes obyektləri dövlətin malını yağmalamaq, çapmaq, korrupsiya və oğurluq sayəsində əldə edilir.
Odur ki, 35 yaşlı gənc məmur Ağstafaya rəhbərlik etməklə bu dərəcədə bahalı maşın əldə edə bilməz. Absurddur. İnanılmazdır. Fantastikadır.

Şantajçı Qurbanovun adamları başçının çevrəsində...

Bundan əlavə, Ağstafa İH başçısının idarəetmədə komandası da bərbaddır. O, köhnələrə - adı rayonda qara işlərdə çəkilən məmurlara üstünlük verib.
GundemXeber.Az-a gələn məlumatlara əsasən S.Orucovun adamları rayonda keçmiş başçı Nizaməddin Quliyevin işdən çıxardığı Şaiq Qurbanovun kadrlarından təşəkkül tapıb.
O həmin Ş.Qurbanovdur ki, sabiq başçı N.Quliyev barəsində hüquq-mühafizə orqanlarına şikayətlərin göndərilməsini təşkil edirmiş.
Ş.Qurbanov bu yolla N.Quliyevin onu işdən çıxarmasının qisasını alırmış. Özü isə ömrü boyu vəzifədə işləyəndə idarə müdirlərini şantaj etməklə məşğul olub.
İndisə Seymur Orucov İH rəhbəridir və ətrafındakı adamlar həmin Ş.Qurbanovun təlimatlarına boyun əymiş icra nümayəndələridirlər.
İddialara görə, o dövrdə Ş.Qurbanov rayonda “Həqiqətin Güzgüsü” adılı bir qəzetə 20-30 manat verməklə şantaj, böhtan yazdırırmış.
S.Orucov isə belə intriqabaz sabiq məmurun sözü ilə hərəkət edən qalmaqallı adamlarla işləməkdə maraqlıdır.
Məlumatda deyilir ki, hazırda Şaiq Qurbanov özünü deputat Nizami Cəfərovun yanına verib. Guya onun Ağstafa üzrə köməkçisidir. Qorx ki, onun da reputasiyasını belə ləkələsin, adından istifadə etsin.
Əfsus ki, Prezident İlham Əliyev Seymur Orucova belə yüksək vəzifə verəndə, etimad göstərəndə hesablamışdı ki, gənc məmur özünü doğruldacaq.
Ancaq sabiq başçının invertarlarını belə mənimsəyən Orucovdan bundan artıq nəsə gözləmək belə əbəsdir. Bu da başadüşüləndir, ona üç korrupsioner məmur qohumlarından unudulmaz xasiyyət keçib.
Xatırladaq ki, gənc icra başçısı Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin bacısı oğludur.
S.Mehbalıyevin adı həmişə həmkarların haqlarını mənimsəməkdə, yeyintidə, o cümlədən Qarabağ qazisinin intiharına səbəb olmaqda hallanıb. İcra başçısının bir başqa arxa-dayağı da qayınatası idi. İqtisadiyyat Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin kürəkəni olan S.Orucov illərlə bu qohumluqlar sayəsində mövqe tutub.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir icra başçısı özünə gənc müavin seçdi

    Daha bir icra başçısı özünə gənc müavin seçdi ...

    10-12-2013, 16:37

  • 
  • Bu rayona yeni icra başçısı göndərilir - Hazırki başçı isə...

    Bu rayona yeni icra başçısı göndərilir - Hazırki ...

    20-01-2018, 16:23

  • 
  • Laçın rayonuna yeni icra başçısı təyin edilib

    Laçın rayonuna yeni icra başçısı təyin edilib ...

    17-06-2016, 00:41

  • 
  • Prezident Qazaxa icra başçısı təyin etdi - SƏRƏNCAM

    Prezident Qazaxa icra başçısı təyin etdi - ...

    20-05-2016, 00:05

  • 
  • Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?

    Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar ...

    5-02-2021, 19:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu